Icma.az
close
up
RU
Bir ildə sərhəddə 128 milyon manatlıq qaçaqmal tutulub

Bir ildə sərhəddə 128 milyon manatlıq qaçaqmal tutulub

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan müşavirədə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2025-ci ilin dövlətçilik tariximiz üçün xüsusi önəm daşıması, ölkə rəhbərliyi tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunub.

Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib.

Bildirilib ki, 2025-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfərin saxlanılması, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi, Dövlət Sərhəd Xidmətinin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 24 ton 585 kiloqram narkotik xassəli bitkinin məhv edilməsi qeyd edilib.

Müşavirədə 2026-cı ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq sərhədçilərin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olması, dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin gücləndirilməsi, çətin relyefə malik ərazilərdə və istənilən hava şəraitində qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların hazırlanması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin sağlamlığının qorunması istiqamətində tədbirlərin görülməsi barədə göstərişlər verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Yanvar 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri