Icma.az
close
up
RU
Bir neçə ildən bir universitetlər şəhərin kənarına köçürülə bilər AÇIQLAMA

Bir neçə ildən bir universitetlər şəhərin kənarına köçürülə bilər AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son dövrlərdə paytaxt Bakıda yerləşən bir sıra dövlət qrumlarının bölgələrə köçürülməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Ötən gün deputat Aqil Abbas KİV-ə açıqlamasında bu mövzuda fikirlərini bildirib və qeyd edib ki, Bakıdakı bir çox dövlət qurumları, xüsusilə nazirliklər bölgələrə köçürülməlidir.
Bəs, hansı dövlər qurumlarının bölgələrə köçürülməsi daha məqsədəuyğun olar?
Bununla bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, dünya sürətlə inkişaf edir:
“Bu da bir çox problemləri də özü ilə gətirir. Bu problemlər bu gün bütün dünyanın qarşısında duran ciddi çətinliklərdən biridir və onların hər biri cəmiyyətin həyatına birbaşa təsir göstərir. Azərbaycan da bu inkişafdan kənarda qalmayıb. Ölkəmiz sürətlə inkişaf edən dövlətlərdən biridir. Əhali sayı, xüsusilə də paytaxt Bakıda sürətlə artır. İnsanların həyat şəraiti yaxşılaşdıqca avtomobillərin, evlərin sayı və ümumilikdə yaşayışa, ərzağa, mənzillərə olan tələbat da artır. Bu kontekstdə son illərdə Bakı üçün problemli məsələlərdən biri də şəhərdə infrastrukturun bu sürətli artıma adekvat şəkildə inkişaf etməməsidir. Nəticədə nəqliyyat sıxlığı, kommunal xidmətlərdə yüklənmə və sosial obyektlərin çatışmazlığı kimi problemlər ortaya çıxır. Bu məsələlərin həlli üçün planlı şəhərsalma, alternativ yaşayış zonalarının inkişafı və sosial infrastrukturun gücləndirilməsi zəruri hala gəlib”. 
Deputat diqqətə çatdırıb ki, son illərdə Bakı şəhərində nəqliyyat sıxlığı və tıxaclar ciddi şəkildə artıb:
“Bu problem, artan avtomobil sayı və əhalinin paytaxta axını ilə birbaşa əlaqəlidir. Nəticədə şəhərin mərkəzi hissələrində hərəkət etmək getdikcə çətinləşir və nəqliyyat infrastrukturu üzərinə böyük yük düşür. Müvafiq dövlət qurumları, bu problemi həll etmək məqsədilə müxtəlif tədbirlər görməkdədir. Ekspertlərin də tövsiyələri nəzərə alınmaqla ictimai nəqliyyatın rolu artırılmalı, xüsusilə metro və avtobus kimi nəqliyyat vasitələrinin sayının çoxaldılması və onların hərəkəti üçün xüsusi zolaqların yaradılması təmin olunmalıdır. Şəxsi avtomobillərin mərkəzə girişinin məhdudlaşdırılması da bu istiqamətdə atıla biləcək addımlardandır”.
Millət vəkili əlavə edib ki,  şəhərin keçmiş planlaşdırılmasından qaynaqlanan bir sıra problemlər bu gün də özünü göstərməkdədir:
“Dövlət idarələrinin, universitetlərin, kolleclərin və orta məktəblərin əksəriyyəti şəhərin mərkəzində yerləşir. Bu qurumlar hər gün minlərlə insanın mərkəzə axınına səbəb olur və sıxlığı daha da artırır. Bəzi dövlət qurumları və təhsil müəssisələrinin şəhərdən kənara, ya da regionlara köçürülməsidir. Mən də bu mövzu ilə bağlı parlamentdə çıxış etmişəm və mətbuatda yazılarla çıxış etmişəm. Düşünürəm ki, bu məsələ mərhələli şəkildə həyata keçirilə bilər. Məsələn, hər bir neçə ildən bir bir universitet şəhərin kənarına, öz kampusu olan və müasir tələblərə cavab verən bir məkana köçürülə bilər. Beləliklə, həm şəhərdəki sıxlıq azalacaq, həm də regionların inkişafına töhfə veriləcək. Eyni yanaşma bəzi nazirliklər və dövlət qurumlarına da şamil oluna bilər. Bu cür islahatlar tədricən həyata keçirildikcə, həm şəhərin nəqliyyat problemi azalacaq, həm də vətəndaşların gündəlik həyat keyfiyyəti yaxşılaşacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri