Bir nömrəli favoritim Səbail dir
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Etdiyi transferlərə, Türkiyədə təkim-məşq toplanışı keçdiyinə görə bir nömrəli favoritim "Səbail"dir".
Bu sözləri Fanat.Az-a açıqlamasında ötən mövsümün sonunda 1-ci Liqa təmsilçisi "Baku Sportinq"in çalışdırıcısı postundan ayrılan Röyal Nəcəfov deyib.
Hazırda "B" kateqoriyası almaq üçün kurslara qatılan mütəxəssis yeni "futbol ili"ndə 1-ci Liqanın əsas favoritlərinin hansı komandalar olacağı barədə fikirlərini bölüşüb:
"Səbail"in heyəti daha zəngindir. Onlara yaradılan şərait də digərlərindən fərqlənir. "Şahdağ Qusar"ı da vurğulamalıyam. Baş məşqçi seçimləri doğrudur. Fizuli Məmmədov Birinci Liqada ciddi uğurlar qazanmış, çempionluq yaşamış, bu liqanı yaxşı tanıyan mütəxəssisdir. Yaxşı heyət yığa biliblər. Bu siyahıya "Karvan-Yevlax"la MOİK-i də əlavə etmək istəyərdim. Hər ikisinin potensialı böyükdür. "Karvan" elitadan düşmüş klubdu... Şərait problemləri yoxdur. MOİK də effektli transferlər reallaşdırıb. Adlarını çəkdiyim klublarda maliyyə sabitliyi, normal büdcə var".
Xatırladaq ki, Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 1-də başlayacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 18 Avqust 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















