Bir nömrəli təhsil saytı 7 yaşında!
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün AzEdu.az təhsil portalının 7 yaşı tamam olur.
2018-ci ilin 1 mart tarixindən fəaliyyətə başlayan AzEdu.az, ötən illər ərzində ölkədə və dünyada baş verən ən vacib təhsil hadisələrini jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq oxuculara çatdırıb.
Elm və təhsil sahəsindəki problemləri və perspektivləri əks etdirən gündəlik materiallarla yanaşı, portalda eksklüziv rubrika yazıları, müsahibələr, reportajlar və araşdırmalar da təqdim olunur.
Bundan əlavə, AzEdu.az Azərbaycanda geniş rezonans doğuran uğurlu layihələrə imza atıb. “İlin gənc müəllimi”, “Brend tələbə”, “Örnək müəllim” kimi layihələr gənclərin və müəllimlərin motivasiyasını artıraraq, onların cəmiyyətə tanıdılmasına töhfə verib.
Bu gün AzEdu.az təkcə Azərbaycanda deyil, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən izlənilən aparıcı təhsil platformasına çevrilib. 7 illik uğurlu fəaliyyətimizin əsas səbəbi – dəqiq, operativ və etibarlı təhsil xəbərləri təqdim etməkdir!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















