Icma.az
close
up
RU
“Ey qadın! Ey kəmali ülviyyət!”...

“Ey qadın! Ey kəmali ülviyyət!”...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ey qadın! Mənbəyi-nəzakətsən,

Sən təcəssüm edən lətafətsən!”

( Məhəmməd Hadi)

Qadın deyəndə göz önünə fədakarlıq, zəriflik, incəlik gəlir. Qadınlar həyatımızın mənası, gözəlliyidir. Ana məfhumu doğma vətənin, Vətən torpağının təcəssümüdür. Qadın adı, ana adı vətənimizdə hər zaman uca tutulmuşdur.

Tarix boyu qadınların həyat tərzində  onlara məhdudiyyət qoyan bir anlayış mövcud olmuşdur. Müxtəlif mədəniyyətlərə mənsub olan qadınların ortaq xüsusiyyəti  kişilərin daha üstün tutulduğu bir cəmiyyətdə yaşamaları idi. Bu isə onların həm təhsillərində, həm də haqlarını tələb etmələrində  problemlər yaradırdı.

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakı şəhərində müsəlman Şərqində ilk qızlar məktəbi açmışdır.  Bununla o kişi və qadın bərabərliyində mühüm addım atmışdır. Özünün təhsilsiz olmağına, həm də o dövrün yerli ruhanilərinin bu işə maneçilik törətməsinə baxmayaraq, Hacı Zeynalabdin Tağıyev qızların təhsil almalarının vacib olduğunu vurğulamışdır. Bu böyük xeyriyyəçi insan həmçinin gəncləri öz hesabına oxutdururdu. Zeynalabdin Tağıyevin dediyi kimi,  “Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Bəli, həqiqətən  də bir qadının təhsil alması onun cəmiyyət üçün savadlı övlad yetişdirməsi deməkdir.

Azərbaycan qadını tarixin bütün mərhələlərində milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olmuşdur.  Güclü, öz ayaqları üstündə dura bilən, elmli, intellektual qadın - ağıllı övlad, sağlam ailə birliyi, qüdrətli dövlət, uğurlu gələcək deməkdir. Bir qadının təhsil alması, gələcəkdə savadlı, dünyagörüşlü bir ana deməkdir.

Azərbaycanda qadına - anaya daim böyük hörmət bəslənib. Müdrik hökmdarlarımız, cəsur sərkərdələrimiz, istedadlı şairələrimiz və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Elmdə, təhsildə, mədəniyyətdə, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu hər zaman təsdiq etmişdir.

Azərbaycanda da “8 Mart - Beynəlxalq Qadınlar Günü” geniş qeyd edilir. Azərbaycan qadını parlaq zəkası, müdrikliyi, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman seçilmiş, xalqımızın adını daima uca tutmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlərdən belə nəticəyə gəlmək olar ki, respublikada qadınların təhsil, sahibkarlıq fəaliyyəti, əvvəlki illərə nisbətən getdikcə yüksəlişə doğru inkişaf edir. Vaxt ötdükcə, bütün dünyada olduğu kimi, Azərbaycanda da qadının rolu daha da artır, o, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir.

Ümummilli Lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

Bu gün Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həllini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Qadınlarımız  ölkənin bütün ali orqanlarında böyük əzmlə, məsuliyyətlə, fədakarlıqla çalışırlar.

Bu gün Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həm ölkəmizdə, həm də vətənimizdən uzaqlarda öz bacarığı, əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən gözəl şəkildə təmsil edir. Mən deyərdim ki, Mehriban xanım Əliyeva Azərbaycan qadınının, Azərbaycan xanımının simvoluna çevrilib. Onun xeyriyyəçiliyi, humanizmi, bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl nümunədir.

Qadın! Anadır, bacıdır, övladdır, yardır, yoldaşdır - həyatdır  qadın!  Çiçəkdən zərif, incə, poladdan möhkəm, uca dağ vüqarlı Azərbaycan qadını! Ürəyində dağlar boyda dərdi olsa da, dağlar kimi qürurlu şəhid anasıdır Azərbaycan qadını...  Şəhiddir, qazidir, Milli qəhrəmandır Azərbaycan qadını! Dili laylalı, bayatılı, qəlbi bulaq kimi sözlü-nəğməli - şairdir Azərbaycan qadını! Şəninə şeirlər yazılan, özü də ən gözəl şeirdir Azərbaycan qadını! Böyük şairimiz Məhəmməd Hadi  gözəl söyləmişdir:

“Ey qadın! Ey cəmali-hürriyyət!

Ey qadın! Ey kəmali-ülviyyət!

Səni tərif məncə qabilmi?

Bu qələm hüsnünə müqabilmi?”

Nuranə Çələbi,

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, “Ərəbdilli Əlyazmaların tədqiqi” şöbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri