Icma.az
close
up
RU
Sözə sədaqətli bir ömür Nicat Kolan yazır

Sözə sədaqətli bir ömür Nicat Kolan yazır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ədəbiyyat insan ruhunun aynasıdır. Zaman dəyişsə də, sözün gücü dəyişmir. Şeir bəzən bir ömrün danışa bilmədiyini deyir, roman isə bütöv bir dövrün yaddaşına çevrilir. Ədəbiyyat yalnız yazı deyil — o, hisslərin, düşüncələrin və insan talelərinin səssiz tarixidir.

Böyük ədiblər zamanın içindən keçib getsələr də, onların sözləri yaşayır. Çünki həqiqi ədəbiyyat ölmür. O, hər oxucunun qəlbində yenidən doğulur, yeni mənalar qazanır. İnsanlıq var olduqca sözə ehtiyac olacaq, söz yaşadıqca isə ədəbiyyat yaşayacaq.

İnsan ömrü bəzən bir kitab kimidir — illər keçdikcə səhifələri saralsa da, dəyəri daha da artır. Elə insanlar var ki, onların adı təkcə gördüyü işlərlə deyil, yaratdığı ab-hava, bölüşdüyü söz, yaşatdığı dostluqla yadda qalır. Professor Qurban Bayramov da məhz belə ziyalılardandır.

Sözdən anlayan insanlar həyatı da dolu yaşayırlar. Qurban müəllim də söhbəti, dostluğu, məclisi və insanları qiymətləndirməyi bacaran kişilərdən biridir. O, təkcə elm adamı deyil, həm də həyatın dadını bilən, yeyib-içən, zarafatcıl və səmimi insandır.
Qurban Fərman oğlu Bayramov 1946-cı il mayın 30-da Qarabağda - Ağdam rayonunun Əlimədədli kəndində anadan olur. Orta təhsilini elə doğulduğu kənddə aldıqdan sonra indki Nəsrəddin Tusi adına ADPU-nun filologiya fakültəsinə daxil olur və fərqlənmə ilə oranı bitirir. Pedaqoji fəaliyyətinə orta məktəbdə müəllim kimi başlayır, daha sonra tədris işləri üzrə direktor müavini vəzifələrində çalışır. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü , Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru , professordur.
Onun keçdiyi ömür yolu təkcə elmi fəaliyyətlə ölçülmür. Bu yolun içində tələbələrə verilən işıq, televiziyadan insanlara çatdırılan ədəbiyyat sevgisi, dost məclislərində bölüşülən səmimi söhbətlər, zarafatla qarışıq hikmətli fikirlər yaşayır. Uzun illər boyu Səməd Vurğun irsinin araşdırıcısı kimi gördüyü işlər Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutur. Vaxtilə Azərbaycan Televiziyasında (AzTV)

“Ədəbiyyat və zaman” verilişində onun səsi və düşüncələri bir çox insanların yaddaşına çevrilmişdir. Çünki o, ədəbiyyatdan danışanda sadəcə alim kimi yox, sözü sevən bir insan kimi danışırdı.

Qurban müəllim böyük bir nəslin nümayəndəsidir. Onun ədəbiyyata bağlılığı təsadüfdən yaranmayıb. Bu sevginin kökü ailədən, ocaqdan gəlir. Qurban müəllimin atası — Fərman müəllim də ədəbiyyat müəllimi olmuş, sözə və kitaba böyük dəyər vermiş insanlardan biri idi. Görünür illər öncə bir müəllim ocağında yanan o işıq sonradan oğul ömründə daha da böyüyərək davam edib.

Professor Qurban Bayramov mənim üçün təkcə alim və ədəbiyyatşünas deyil, həm də yol göstərən insanlardan biridir. Mənimdə ədəbiyyata marağım var. Hərdən özümçün cızmaqara yazılar yazardım. Bir dəfə mənə dediyi bir fikir yaddaşıma həmişəlik həkk olunub: “Sənin yaxşı qələmin var, hərdən yaz". O sözlər mənə sadə bir məsləhət kimi yox, ədəbiyyata baxış kimi təsir etdi. Bəlkə də Qurban müəllim sözdə fikir ağırlığını, düşüncə dərinliyini daha çox görürdü. Çünki o, ömrünü ədəbiyyata vermiş, sözün məsuliyyətini yaşamış insanlardandır. Onun bu fikri mənim üçün bir istiqamətə çevrildi.

Qurban müəllimlə aramızda həmişə səmimi münasibət olub. Onunla söhbət edəndə insan özünü sıxılmış hiss etmir, əksinə, elə bil illərin tanışı ilə danışır. Sadəliyi, təvazökarlığı və səmimiyyəti insanı ona daha da yaxınlaşdırır. Böyük alim olsa da, heç vaxt qarşısındakı insanla arasında məsafə yaratmır.

O, Azərbaycan ədəbiyyatında təkcə tədqiqatçı deyil, həm də obyektiv və prinsipial tənqidçi kimi tanınır. Onun ədəbi tənqidləri emosiyadan çox faktlara, elmi yanaşmaya və dərin təhlilə əsaslanır. Qurban Bayramovun tənqidçi mövqeyi ədəbiyyata yanaşmada ədaləti və balansı qoruması ilə seçilir. O, ədəbi əsərlərə yalnız təriflə deyil, həm də inkişaf etdirən, yön verən elmi baxışla qiymət verir. Onun əsas məqsədi qüsur axtarmaq deyil, ədəbiyyatın inkişafına xidmət etməkdir.

Bu gün elmə, təhsilə və insanlığa dəyərli töhfələr vermiş hörmətli professor Qurban Bayramovun 80 yaşı tamam olur. Uzun illər ərzində ədəbiyyatımıza göstərdiyi zəhmət, elm üçün gördüyü işlər və qazandığı nüfuz onun adını hörmətlə anılan ziyalılardan birinə çevirib. O, yalnız peşəkar alim deyil, həm də yüksək mənəviyyatı, sadəliyi və insanlara münasibəti ilə seçilən dəyərli şəxsiyyətdir. 80 illik ömür yolu böyük təcrübə, zəhmət və uğurlarla dolu bir həyatın göstəricisidir. Qurban müəllimə möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayıram. Qoy onun həyat yolu gələcək nəsillər üçün daim nümunə olsun.

"80 illik yubileyin mübarək" - böyük Ədib!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyun 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see167

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see166

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see161

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri