Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

“Bir oyunçu necə 30 metrdən tüpürə bilər?” Medvedev

“Bir oyunçu necə 30 metrdən tüpürə bilər?” Medvedev

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Oyunda hakimdən qaynaqlanan problemlər var idi. Çünki o, matçın əvvəlindən etibarən bizim əleyhimizə xırda follar verirdi. Səkkizinci dəqiqədə isə daha ciddi problem yaşandı və rəqib qol vurdu. Rəqibin vurduğu qoldan əvvəl həm yan hakim bayrağını qaldırdı, həm də baş hakim fit çaldı. Buna baxmayaraq rəqib topu qapıya göndərdi. Bundan sonra hakimlər öz aralarında müzakirə apardılar və belə qərar qəbul etdilər ki, qol hesaba alınsın. “YouTube”da bunun görüntüləri də mövcuddur. Bu cür oyunlarda daha yaxşı hakimlər təyin olunmalıdır. “Sabah 2” “Qarabağ 2” oynayır və rəqib çempionatın birincisidir. Buna baxmayaraq hakim bu cür səhvlər edir. Məncə, AFFA da bunu nəzərə alaraq, oyuna daha yaxşı hakim göndərməlidir”. 

Bunu “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev deyib. O, Əvəzedicilər liqasının 21-ci turunda “Sabah 2”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda baş verənlərdən danışıb.

M.Medvedev həmin matçın 43-cü dəqiqəsində komandasını meydandan çıxarmasına aydınlıq gətirib:

“Matçın 43-cü dəqiqəsində hesab 1:1 idi. Rəqib oyunçu künc zərbəsini ötürülən topa əllə toxunaraq qapıya göndərməyə çalışdı. Yəni Maradonasayağı qol vurmaq istədi. Hakim də həmin epizodu gördü və fol kimi dəyərləndirdi. Lakin bunun qarşılığında rəqib oyunçuya sarı vərəqə vermədi. Normalda belə epizodlar “sarı”dır. Bizim futbolçumuz Sami Mmae də hakimə irad bildirdi ki, “epizodu saxlamısan, buna sarı vərəqə verməlisən”. Amma hakim əksinə Sami Mmaeyə sarı vərəqə verdi. Daha sonra isə o, hakimə rəqibə deyil, özünə sarı vərəqə verdiyinə görə təşəkkür etdi. Bundan sonra hakim ikinci sarı vərəqəni verdi və Samini meydandan qovdu.

Bizim də rəhbərliyimiz orada idi. Mən də onlara dedim ki, “bu, mümkün deyil, belə bir şey ola bilməz”. Biz hər dəfə “Sabah”la oynayanda bu cür epizodlar olur, əleyhimizə qərarlar verilir. Bundan əvvəlki oyunda da bizim futbolçumuza qırmızı vərəqə verilmişdi. Hakim protokola qeyd etmişdi ki, “futbolçu mənə tüpürüb”. Amma epizod “YouTube”da var, baxanda görünür ki, bizim oyunçumuz hakimdən 30 metr aralıdadır. Başa düşə bilmirəm, bir oyunçu necə 30 metrdən tüpürə bilər? Yəni, bu cür qərarlar qalmaqallara yol açır.

43-cü dəqiqədə Mmaeyə verilən qırmızı vərəqədən sonra dedim ki, rəqibə 3 xal lazımdırsa, meydandan çıxırıq, xal onların olsun. Paltardəyişmə otağına yollandıq. Komandamızın direktoru da gəldi və hakim-inspektor Ömər Paşayevə iradlar bildirildi.

Ö.Paşayev özü də idarəçilikdən şoka düşmüşdü, o da nə deyəcəyini bilmədi. Daha sonra direktorumuz gəldi, bizə bildirdi ki, “çıxıb oynayın”. Biz də meydana çıxdıq, oynamağa başladıq. Künc zərbəsindən qol vurub 2:1 hesablı qalibiyyət əldə etdik. Normal haldır ki, oyundan sonra ara qarışdı, bəzi şeylər baş verdi. Paltardəyişmə otağına girəndə gördük ki, “Sabah”ın paltardəyişmə otağından səslər gəlir, orada dava olub, polislər də otağa daxil olublar. Kimsə stadionun şüşələrin sındırmışdı. Amma rəqibin paltardəyişmə otağında baş verənlərin bizə heç bir aidiyyəti yox idi”.

Məşqçi iki futbolçunun polis bölməsinə aparılması ilə bağlı yayılan xəbər barədə isə bunları deyib: “Məncə, onlar futbolçular deyildi, başqa adamlar idi. Kim olduqlarını bilmirəm. Amma oyunda və ondan sonra da ara qatan adamlar həmin şəxslər idi”.

M.Medvedev əvəzedicilərin oyunlarında dəfələrlə bərbad hakim idarəçiliyi ilə üzləşdiklərini də sözlərinə əlavə edib:

“Ümumiyyətlə, bu, ilk dəfə baş verən hal deyil. Dəfələrlə belə hallar yaşanıb, amma bu əvəzedicilər komandasıdır. Biz futbolçuların inkişafını istəyirik, onlara nəsə qatmağa çalışırıq. Onsuz da burada nəticə qazanılsa da, bir şey dəyişməyəcək. Guya əvəzedicidə çempion olsaq, nə olacaq? Orada nə dəyişəcək ki? 

Əvəzedicilərdə ən gənc komanda “Qarabağ”ın komandasıdır. 2007-2008-ci il təvəllüdlü futbolçulara şans veririk ki, təcrübə qazansınlar. Onlar milli komandaya kömək edirlər. Amma bu cür hakimliklə, bu cür qərarlarla onların inkişafına ziyan vurulur. AFFA-nın verəcəyi cəzaya da hazıram. Yəni nə dəyişəcək ki? Axı bu hakimləri kim necə təyin edir?!  Bizim oyunlarda bu cür anlaşılmaz qərarlar verilir. Başa düşmürəm ki, məqsəd nədir? Bu gün milli komandaya ən çox futbolçu verən məhz “Qarabağ”dır.

Yəni istər bizim heyətimizdən, istər aşağı yaş qruplarından xeyli futbolçu milli komandalara çağrılır. Bu cür oyunçulara belə psixoloji zərbələr vurmaq olmaz. Meydanda əziyyət çəkirlər, çalışırlar ki, özlərini inkişaf elətdirsinlər, amma onlara qarşı belə hallar olur. Sonra mən özüm də futbolçuya nəsə deməkdən və hansısa bir tapşırıq verməkdən çəkinirəm.

Bu futbolçular meydanda baş qoyurlar, zədələnirlər. Amma əziyyətlərinin qarşılığı belə qərarlarla yerə vurulur və sonra da o futbolçunun psixoloji durumunu düzəltmək çətin məsələdir. Bu cür vəziyyətlə üzləşəndə onlar həvəsdən düşürlər. Dəfələrlə AFFA-ya şikayət etsək də, heç bir xeyri yoxdur.

Tüpürməyə görə cəzalandırılan oyunçuya görə gedib şikayət etdik, görüntülər verdik, amma min manat cərimə kəsdilər və dörd oyunluq diskvalifikasiya etdilər. Yəni, heç nə dəyişmədi. Maraqlıdır ki, bu cür hadisələr kritik anlarda baş verir. Yəni, adi oyunlarda çox yaxşı idarəçilik edirlər, kritik məqamlara çatanda isə bu cür anlaşılmaz qərarlar verirlər”.

Elsevər Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Mart 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri