Icma.az
close
up
RU
Bir parça xoşbəxtlik...

Bir parça xoşbəxtlik...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şokoladın dadlı sirri

Şokolad dünyanın ən məşhur və sevilən qida məhsullarından biridir. Onun özünəməxsus dadı, ətri və insanın əhvalına müsbət təsiri əsrlər boyu insanların diqqətini cəlb edib. Şokolad həm uşaqların, həm də böyüklərin ən çox sevdiyi şirniyyatlardan sayılır. Müasir dövrdə müxtəlif növlərdə - südlü, tünd, ağ, qozlu, meyvəli və müxtəlif içliklərlə hazırlanaraq istehlakçılara təqdim olunur.

3 min illik tarix...

Şokoladın tarixi təxminən 3 min il əvvələ gedib çıxır. İlk dəfə Mərkəzi Amerikanın qədim sivilizasiyaları - olmeklər, daha sonra mayalar və asteklər kakao ağacını becərmiş və onun toxumlarından içki hazırlamışlar. O dövrdə kakao müqəddəs hesab olunur, hətta bəzi hallarda pul əvəzi kimi istifadə edilirdi. Hazırlanan içki indiki şokoladdan fərqli olaraq acı dadlı olur və müxtəlif ədviyyatlarla qarışdırılaraq içilirdi.

XVI əsrdə ispan səyyahları kakaonu Avropaya gətirdilər. Burada içkiyə şəkər, vanil və darçın əlavə olunaraq daha şirin hala salındı. XIX əsrdə isə kakao yağı ayrıldıqdan sonra bərk şokolad istehsalına başlanıldı. Bu yenilik şokolad sənayesinin sürətlə inkişaf etməsinə səbəb oldu və məhsul qısa zamanda bütün dünyaya yayıldı. Şokoladın elmi adını verən şəxs isveçli təbiətşünas Karl Linneydir. Şokoladın elmi adı “theobroma cacao”dur və mənası “Tanrıların yeməyi” deməkdir.

Əsas xammal kakaodur...

Şokoladın əsas xammalı kakao dənələridir. Onlar fermentasiya edilir, qurudulur, qovrulur və üyüdülərək kakao kütləsinə çevrilir. Daha sonra kakao yağı, şəkər, süd tozu və digər əlavələrlə qarışdırılaraq müxtəlif növ şokoladlar hazırlanır. Tünd şokoladın tərkibində kakao miqdarı daha çox, şəkər isə nisbətən az olur. Südlü şokoladda süd tozu əlavə edilir, ağ şokoladda isə kakao kütləsi deyil, əsasən kakao yağı, süd və şəkər istifadə olunur.

Şokoladın tərkibində antioksidantlar, maqnezium, dəmir, mis, fosfor, kalium və sink kimi minerallar mövcuddur. Xüsusilə yüksək kakao tərkibli tünd şokolad flavonoidlərlə zəngindir. Bu maddələr orqanizmi sərbəst radikalların təsirindən qoruyur və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.

Alman İnsan Qidalanması İnstitutu tərəfindən təxminən 19 min insan üzərində aparılan araşdırmada hər gün 7,5 qram şokolad yeyənlərin təzyiqinin daha aşağı olduğu, bu kəslərdə infarkt və iflic riskinin yüzdə 39 fiaz daha az olduğu təsbit edilib.

Faydalı, yaxsa ziyanlı?

Şokoladın faydaları olduqca çoxdur. O, serotonin və endorfin hormonlarının ifrazını artıraraq əhvalın yaxşılaşmasına kömək edir, stress və gərginliyi azaltmağa dəstək olur. Müəyyən miqdarda qəbul edilən tünd şokolad qan dövranını yaxşılaşdıra, qan təzyiqinin tənzimlənməsinə yardımçı ola və beynin fəaliyyətini stimullaşdıra bilər. Tərkibindəki minerallar sümüklərin möhkəmlənməsinə və enerji mübadiləsinə də müsbət təsir göstərir.

Lakin şokoladın həddindən artıq istehlakı sağlamlıq üçün arzuolunmaz nəticələr yarada bilər. Tərkibindəki yüksək şəkər və yağ miqdarı artıq çəkiyə, piylənməyə və diş problemlərinə səbəb ola bilər. Şəkərli diabetdən əziyyət çəkən şəxslər və xüsusi pəhriz saxlayan insanlar şokolad qəbul edərkən ehtiyatlı olmalıdırlar. Həddindən artıq istifadə bəzi insanlarda miqren tutmalarını və ya yuxu problemlərini də artıra bilər. Buna görə mütəxəssislər şokoladı ölçülü şəkildə qəbul etməyi tövsiyə edirlər.

Ən dadlı şokoladlar...

Dünyada kakao əsasən tropik ölkələrdə yetişdirilir. Ən böyük kakao istehsalçıları Fil Dişi Sahili, Qana, İndoneziya, Nigeriya, Kamerun, Braziliya və Ekvadordur. Hazır şokolad istehsalında isə İsveçrə, Belçika, Almaniya, İtaliya və Fransa xüsusi nüfuza malikdir. Bu ölkələr yüksək keyfiyyətli şokolad istehsalı və zəngin şokoladçılıq ənənələri ilə tanınırlar. Ən dadlı şokoladlardan danışarkən ilk növbədə İsveçrə və Belçika şokoladları qeyd olunur. İsveçrə şokoladı yumşaq teksturası və yüksək keyfiyyətli süd məhsullarının istifadəsi ilə seçilir. Belçika şokoladı isə zəngin kakao dadı, əl işi pralinləri və müxtəlif növ konfetləri ilə məşhurdur. Son illərdə Fransa, İtaliya və Yaponiyada da yüksək keyfiyyətli, xüsusi reseptlərlə hazırlanan şokolad növləri böyük rəğbət qazanmışdır. Müasir dövrdə şokolad yalnız desert kimi deyil, həm də müxtəlif tortların, peçenyelərin, dondurmaların, içkilərin və şirniyyatların hazırlanmasında geniş istifadə edilir. Bundan başqa, şokolad hədiyyə mədəniyyətinin də ayrılmaz hissəsinə çevrilib. Balanslı qidalanmanın tərkib hissəsi kimi qəbul edilən keyfiyyətli şokolad həm dadı, həm də faydalı xüsusiyyətləri ilə insanların həyatında xüsusi yer tutmağa davam edir.

Yeganə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 İyul 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri