Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“Bir ovuc xoşbəxtlik yetər!”

“Bir ovuc xoşbəxtlik yetər!”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Finlər bu düşüncə ilə özlərini dünya bəxtəvəri sayırlar  

Xoşbəxtlik nədir? Ona necə çatmaq olar? Elliklə xoşbəxtlik olurmu? Bəşər övladı tarix boyu bu və buna bənzər suallara cavab tapmağa çalışıb. 

BMT bu mövzuda növbəti sorğu keçirib. Nəticələr “Dünyanın ən xoşbəxt ölkələri” adlı hesabatda açıqlanıb. Finlandiya ardıcıl olaraq 8-ci dəfə birinci yerdə qərarlaşıb. Amma finlərin özləri bu xəbəri adi bir hal kimi, hətta laqeyd qarşılayıblar. Səbəb nədir?

BBC müxbiri yazır ki, “Helsinki” hava limanına çatanda, yaxud Baltik dənizi kruizindən Finlandiya limanlarından birinə enəndə sizi heç də “Dünyanın ən xoşbəxt ölkəsində” gülüş və şən zarafatlarla qarşılamayacaqlar. Həqiqət budur ki, finlər zahiri təmtərağı, hay-küyü sevmirlər. Onlar sadə həyat tərzini qəbul etmiş insanlardır.

Xoşbəxtlik anlayışı finlərin düşüncəsində “məmnunluq”, “dinclik”, “həyatdan razılıq” məzmunu kəsb edir. Təbii ki, bu fani dünyanın heç bir yerində ideal şərait və əbədi səadət olmur. Əlbəttə, hər şey nisbidir. Eləcə də insanın özünü səadətin hansı qatında hiss edib-etməməsi də...

Təsadüfi deyil ki, Finlandiya Prezidenti Aleksandr Stabb sözügedən sorğu ilə bağlı  özünün “Facebook” səhifəsində yazıb ki, “heç kim daim xoşbəxt ola bilməz. Bəzən şərait xoşbəxt olmağı çətinləşdirir. Xoşbəxtlik hər bir toplumun təhlükəsizlik, azadlıq və bərabərlik kimi əsas hüquqlara sahib olmasından başlanır”.. 

Sosioloqlar qeyd edirlər ki, Finlandiyada xoşbəxtlik anlayışı insanların gündəlik həyatı ilə sıx bağlıdır. Belə ki, finlər daim həzz dalınca qaçmaq əvəzinə, insanlarla ünsiyyətdə hörmət və məmnuniyyətə üstünlük verirlər. Bu düşüncə onların qəlbləri və davranışlarına hakim kəsilib. 

Turistlər finlərin həyat tərzini müşahidə etdikcə bundan heyrətlənərək təsirlənirlər. Ölkənin ən böyük turizm kampaniyalarından biri olan “Visit Finland”ın beynəlxalq əməliyyatlar üzrə  direktoru Teemu Aloha bu barədə belə deyib:

–Düşünürəm ki, finlərin xoşbəxtliyinin əsas ünsürü təbiətlə təmas qurmaqdır. Helsinkidə velosiped icarəyə götürmək və sahilboyu yollarla sürmək, yaxud şəhər mərkəzindən şimaldakı meşə zolağına doğru getmək asan olduğu qədər zövqlü bir duyğudur. 

Həkimlər isə bu qənaətdədirlər ki, təbiətdə belə sərbəst ruhlu bir macəra xoşbəxtlik hormonu endorfinin artmasına səbəb olur. Bu amil  BMT-nin uzunömürlülük, azadlıq və xoşbəxtlik meyarları ilə birbaşa əlaqəlidir.

Fin dilində “xoşbəxtlik” sözü birbaşa tərcüməsi çətin olan, amma dözümlülük, tolerantlıq, cəsarət və iradənin birləşməsindən ibarət məna daşıyan “sisu” anlayışını özündə ehtiva edir.

Bu barədə fin mənşəli kanadalı yazıçı Katya Pantzar çox yazıb. Onun qənaəti budur ki, finlər üçün xoşbəxtlik insanların və cəmiyyətlərin çətinliklər və sıxıntılar qarşısında təslim olmaq, bir-birini günahlandırmaq əvəzinə birlikdə qalmalarını təmin edən bir düşüncə tərzidir.

K.Pantzar belə bir məqama da diqqət çəkir ki, dünyanın ən xoşbəxt ölkələri sıralamasında ilk dördlükdə Skandinaviya ölkələri yer alıb. O ölkələr ki, sosial rifahı dəstəkləmək üçün güclü sosial təminat sistemləri qurublar.

Finlandiyada insanlar ən yaxın meşədən, parkdan, sahildən və ya göldən orta hesabla 200 metr uzaqlıqda yaşayırlar. Burada istər təbiət, istərsə də çox sayda saunalar, ictimai kitabxanalar, səmərəli və təhlükəsiz ictimai nəqliyyat, təmiz içməli su, təhsil və səhiyyə xidmətləri hamı üçün əlçatandır. Hər kəs üçün gündəlik xoşbəxtliyin çoxsaylı nümunələri mövcuddur.

BBC-nin şərhində həmçinin qeyd olunur ki, bəzi finlər “Dünyanın ən xoşbəxt ölkəsi” tituluna şübhə ilə yanaşırlar. Məsələn, təqaüdçü Juha Roha deyib ki, Finlandiyanın dünyanın ən xoşbəxt ölkəsi olduğunu düşünmək və bunu mütləq həqiqət kimi qəbul etmək onun üçün heç də asan deyil. Tailand və Nepal kimi kasıb ölkələrdə də bütün çətinliklərə baxmayaraq, insanlar sakit və rahat görünürlər. 

Dünyanın hər yerində xoşbəxt olmağa hər bir fərdin haqqı var. Şair-dramaturq Vaqif Səmədoğlunun “Bəxt üzüyü” komediyasının qəhrəmanı şair Moşu Göyəzənli də əsər boyu xoşbəxtlik sözünə qafiyə axtarır və tapa bilmir. Xoşbəxtlik bəlkə də axtarış prosesinin özüdür. İnsan bir şeyi axtarırsa, deməli, onun tapmaq, arzusuna çatmaq şansı da var!  

Bəlkə də xoşbəxt olmaq üçün sadəcə böyük iddialara düşmək lazım deyil. Tanınmış müğənni, Xalq artisti Mübariz Tağıyev mahnılarının birində oxuduğu kimi, bunun üçün “əl içi boyda xoşbəxtlik yetər!”.

Hörmətli oxucular, hər birinizə xoşbəxt olmaq diləyi ilə bu qeydləri qələmə aldı:

M.HACIXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri