Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Bir pərdəlik vida tamaşası

Bir pərdəlik vida tamaşası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Çağırılmamış üzlü qonaqdan can qurtarmaq ev yiyəsi üçün həmişə müşkülə çevrilir. Axı, qapısını döydüyü, hörmət-izzətlə qulluğunda durduğu, amma “qalma müddəti xeyli uzanmış” birisini urvatla yola salmaq, onunla mədəni şəkildə “sağollaşmaq” elə də asan məsələ deyil. Bəzən səbri tükənmiş ev sahibi vəziyyətdən çıxış yolu kimi qonağın yola salınması şərəfinə xüsusi mərasim təşkil edir.

Amma qonaq rəsmi statusa, diplomatik ranqa malik olanda burada məsələ bir qədər qəlizləşir. Necə ki, Birləşmişı Ştatların Müdafiə naziri Lloyd Ostin erməni həmkarı Suren Papikyanın onunla israrlı görüşmək istəyini təntənəli vida mərasimi formatında yerinə yetirdi. Cari ildə Vaşinqtona etdiyi iki səfərində Papikyanı Pentaqonun şefi deyil, müavini qəbul etmişdi. Amma bu dəfə supergücün naziri amerikasayağı nəzakət və iltifat xatirinə, həm də digər səbəbdən ona bu şərəfi yaşatmaq qərarına gəldi. Bu zaman hay nazirin əlini sıxaraq, “sizin səfəriniz tarixi səfərdir. Ermənistan ABŞ-yə əl uzatdı və mən bu gün sizi burada qəbul etməkdən qürur duyuram” deməyi də unutmadı.

Gələk digər səbəbin üstünə. Pentaqonun qaradərili rəhbəri Lloyd nəzakətli insandır. Çox güman ki, təxminən, bir aydan sonra postunu tərk edəcəyinə görə, həm də diplomatik etiket naminə Papikyanı qəbul edib və onun səfərini “tarixi” epiteti ilə şərəfləndirib. Bu zaman qonaqpərvər ev sahibi kimi çıxış edən cənab Ostin ABŞ-nin Ermənistanın müstəqilliyini, suverenliyini və rifahını dəstəklədiyini vurğulamağı unutmayıb. Üstəlik, iki ölkə arasında əməkdaşlığın genişlənməkdə davam etməsindən məmnunluğunu da dilə gətirib.

İndi isə Ermənistan müdafiə nazirinin Vaşinqtona intensivləşən səfərlərinin arxasında gizlənən siyasi motivlərə toxunaq. Son iki ildə İrəvan–Vaşinqton hərbi-texniki əməkdaşlığının genişlənməsinə dəlalət edən bəzi fəaliyyətlər müşahidə olundu. Keçən il keçirilən birgə taktiki təlimlər bunun bariz nümunəsi sayıla bilər. Bu müddətdə ABŞ Ermənistana zirehli təcili yardım maşınları, kibertəhlükəsizlik əməliyyatları mərkəzi və milli təlim mərkəzi üçün istifadə olunan avadanlıq yardımı göstərib. ABŞ-nin Zəngəzur dəhlizi ərazisinə lokal hərbi kontingent və hərbi texnika yerləşdirməsi isə ikitərəli hərbi-texniki əməkdaşlığın yeni fazaya adladığına dəlalət edir.

Kanzas Milli Qvardiyasının Ermənistana müdafiə islahatı gündəliyini hazırlamaqda yardımçı olacağını deyən general Ostin ABŞ-nin Cənubi Qafqaz regionunda sülh və sabitliyə dəstəyini “güclü təməl üzərində qurduğunu” vurğuladı. Buna cavab olaraq Papikyan Ermənistanın da bölgədə möhkəm və uzunmüddətli sülhə nail olmağa çalışdığını dedi. Amma bu zaman, o, təəssüf ki, regiona sülhün gəlməsi üçün Ermənistanın ən qısa müddətdə konstitusiyasına müvafiq düzəliş etməsinin zəruriliyini deməyi “unutdu”. Deyəsən, İrəvanın Pentaqonla gələcək planlarının Rusiya və İran tərəfindən necə qarşılanacağı məsələsi də hay nazirin vecinə deyildi.

Ermənistana dumanlı perspektiv vəd edən vəziyyəti təsəvvürümüzə gətirməyə çalışaq. Misal üçün, geosiyasi oriyentasiyanı kəskin dəyişməsinə görə Moskvanın İrəvana ilkin cəzası nə ola bilər? Birinci cəza erməni mühacirlərin, “sezonşiklərin” Rusiyadan qovulması. Ardınca Rusiyada fəaliyyət göstərən və ermənilərə məxsus şirkətlərin vergi yoxlamalarına cəlb olunması, Krasnodar və Stavropol diyarlarında onlara torpaq sahələrinə mülkiyyət hüququ verən sənədlərin təftiş edilməsi. Hətta bunlardan daha betər cəza növləri də dövriyyəyə buraxıla bilər. Yəni, Rusiya ermənilərinin də həyatlarının “şən və maraqlı” məcraya yönəldilməsi istisna edilmir. Axı, Birləşmiş Ştatları idarə edənlər müdafiə nazirinin göründüyü kimi sadəlövh və ürəyiyumşaq deyil. Onlar praqmatikdirlər, sözə yox, əmələ inanırlar. Əgər Ağ ev İrəvandan “hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirməkdən” ötrü ərazisindəki Rusiyanın 102-ci hərbi bazanı çıxarmaq tələbini səsləndirsə nə baş verəcək? Bax o zaman “geri çəkilməyə yeri, enməyə ehtiyat aerodromu olmayan” Ermənistana Moskvanın cavabı çox sərt və gözlənilməz ola bilər.

Papikyanın Ostinlə bir pərdəlik vida mərasiminin doğurduğu assosiasiyaların ən maraqlısı isə heç də Moskva və Tehranın bu əməkdaşlığa reaksiyaları deyil. Paşinyan hakimiyyəti Donald Trampın andiçmə mərasiminə qədər ABŞ ilə hansısa razılaşma əldə etməyə can atır. Yəni, Ağ Evin yeni administrasiya ilə əllərində “danışmağa mövzuları” olsun. Bununla İrəvan “bulanıq sularda balıq tutmaq” təcrübəsini yeni sınaqdan keçirir və bu zaman səhv etməməyə çalışır.

Bəs, əgər Tramp Administrasiyası Cənubi Qafqaz regionunun hazırkı mərhələdə ABŞ-nin prioritetləri siyahısında olmadığını elan edərsə, onda Ermənistanın arzu və istəkləri necə olacaq? Hər halda, vəziyyət Trampın prezidentliyinin ilk aylaında aydınlaşacaq. O, iş adamıdır, sövdələşməyi yaxşı bacarır...

İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri