Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

... Bir qab yal üçün sümsünən küçük

... Bir qab yal üçün sümsünən küçük

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Əli Kərimlini belə xarakterizə edirdi

“Monitor” jurnalının 2002-ci il iyun buraxılışında “Xalq cəbhəsinin parıltısı və zırıltısı” adlı məqalə dərc olunub. Bu gün AXCP sədri Əli Kərimlinin həbsi ətrafında redikül müxalifətin ajiotaj yaratmaq, onu cəmiyyətə “mələk” simasında təqdim etmək cəhdlərini nəzərə alaraq həmin məqaləni ixtisarla dərc edirik. Bəri başdan bildirmək istəyirik ki, bu yazı Əli Kərimlinin xislətini, gerçək simasını açıb göstərən ştrixlərlə zəngindir. Qeyd edək ki, “Monitor” jurnalının mərhum redaktoru məqalədə Əli Kərimliyə “... Bir qab yal üçün sümsünən küçük” tərifini verib.
Əvvəlcə, zamanında “Monitor” jurnalı ilə bağlı yaşanan bir faciəvi hadisəni xatırlatmaq istərdik. AXCP sədri öz xislətinə uyğun olaraq jurnalın baş redaktoru Elmar Hüseynovun yaşadığı evin qarşısında qətlə yetirilməsindən siyasi dvidentlər qazanmaq istəyib. Belə ki, o, jurnalda iqtidar barəsində tənqidi yazıların dərc olunmasına əsaslanmaqla hipotez qurub və o iddiadan çıxış edib ki, baş redaktorun qətlinin sifarişi hakimiyyətdən gələ bilər. Lakin Elmar Hüseynovun yazılarını araşdırarkən  məlum olur ki, mərhum baş redaktor ən kəskin tənqidlərini məhz müxalifət düşərgəsi, xüsusilə də Əli Kərimli barəsində qələmə alıb. Beləliklə də, Əli Kərimlinin “məntiqi” onun özünə qarşı çevrilir...

Məqalə AXCP-nin tarixinə qısa arayışla başlayır. Qeyd olunur ki, cəmiyyət həyatında iştirak edən kütləvi-siyasi təşkilatlardan heç biri Xalq Cəbhəsi Partiyası qədər gərgin diskussiyalar doğurmayıb. Bu da onunla əsaslandırılır ki, Elçibəyin ölmündən sonra Xalq Cəbhəsinin daxilində başlayan dağılma prosesi davamlı hal alıb. Partiyanın dağılması Elçibəyin çiyindaşlarının ünvanına kəskin və müəyyən qədər də haqlı ittihamların səsləndirlməsi ilə sonuclandı.

Məqalədə eks-prezidentin siyasi irsi haqqında danışarkən bu irsin ilk növbədə 1995-ci ildə yaradılmış Xalq Cəbhəsi Partiyası vasitəsilə qorunması və inkişaf etdirlməsinin nəzərddə tutulduğu vurğulanır. Odur ki, bu təşkilatın parıltısının və zırıltısının məqalədə prioritet olacağı əvvəlcədən diqqətə çatdırılır.
Yazının “Əks-inqilabdan doğulanlar” yarımbaşlığı altında Xalq Cəbhəsinin iki çöküş dövründən bəhs edilir. Bunlardan biri 20 Yanvar hadisələrindən, digəri isə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verib. “Prezident Elçibəyin qaçışı – məhz bu, hər bir cəbhəçi üçün biabırçı damğa olub, hərəkatın çöküşünə yol açdı. Öz istefasından bir neçə ay əvvəl Elçibəy Əli Kərimlini populyarlaşdırmağa başladı. Həmin məqamda cəbhənin “başına gələcək” müsibətləri mərhum Elçibəy təsəvvür edirdimi? Bu haqda ehtimal etmək qalır”.

Müəllif “Masson lojası”nın parıltısı” yarımbaşlığı altında Əli Kərimlinin ətrafından bəhs edir. Qeyd olunur ki, həmin vaxtlar ölkə mətbuatı AXCP rəhbərliyində gizli adı “Yurd” olan və özü də hakimiyyətlə sıx əlaqədə olan hansısa bir sirli qüvvə haqqında yazmağa başladı. Əli Kərimlinin ətrafında birləşən yeni cəbhəçi nəsil sanki “masson lojası”na bənzər sirli bir cəmiyyətə oxşamağa başlamışdı. Əli Kərimlinin inkar cəhdlərinə baxmayaraq, sonradan belə bir təşkilatın həqiqətən mövcud olduğu təsdiqlənib. Beləliklə də, Əli Kərimli “masson lojası” ilə birlikdə digər müxalifət partiyaları tərəfindən hakimiyyətlə separat sövdələşmələrdə ittiham edildi. 

“Yurdçu massonlar” siyasi riyakarlığı udaraq hakimiyyətlə əməkdaşlığın mümkünlüyü haqqında daha bərkdən danışmağa başladılar. Müxalifət qalıqları Əli Kərimlini tamam-kamal satqınlıqda ittiham etdilər... Bu parçalanmanın başlanğıcı idi. Elçibəy heç nə olmamış kimi susurdu”, - deyə məqalədə bildirlir.

Məqalədə qeyd olunur ki, mahiyyətcə Elçibəyin ölümü cəbhəçi liderlərin və AXCP-dəki sualtı mərcan qayalarının qarşıdurmasını aşkarladı. O cümlədən həmin vaxtadək Əli Kərimlinin tərəfdarları olmuş bir çoxları liderlərinin hakimiyyətə loyallıqda çox uzağa getdiyini anlayaraq  tələm- tələsik “mason lojası”nı tərk etdilər. Məqalədə o da qeyd olunur ki, bütün bu proseslər Əli Kərimliyə qarşı neqativ yüklənmiş protestçi elektoratın fikrinə də təsir elədi, bu isə parlament seçkilərindəki məğlubiyyətlə ifadə olundu. Əli Kərimlinin AXCP-si beş faizlik baryeri aşa bilmədi və bununla da tənqidin haqlı gülləbaranına tuş gəldi. Amma Əli Kərimli növbəti tula payından – bir neçə deputat mandatından yararlanmaq imkanını qaçımaq istəmir və sistemin içində olmaq üçün çabalar göstərirdi.

“Bir dəfə aldatdınsa...” yarımbaşlığı altında “maklavellist tülkü” Əli Kərimlinin perspektivin saxlanılması naminə çirkaba bulaşmış keçmişini yumalı olduğu vurğulanır. 

“Q əməliyyatı və başqa sərgüzəştlər” yarımbaşlığı altında oxuyuruq: “Ə.Kərimli ən yaxın dostu və silahdaşından, çətin və taleyüklü günlərində özü qədər etibar etdiyi, bir vaxtlar irəli çəkdiyi keçmiş köməkçisindən ağır və arxadan zərbə alır. 
Bir vaxtlar sirlər pərdəsinə bürünmüş cəbhəçilərin taleyini həll edən siyasətçi Əli Kərimlinin əvvəlki inamından nə qalıb? Azərbaycan müxalifətçilərinin yeni nəslinin ulduzu hansı vəziyyətdədir? Özünüz deyin. 

Parıltıdan zırıltıya yol çox ağırdır. Siyyasətçi üçün miskinlik nə olan şeydir? Bəlkə, redikül cəbhədə yer alan müxalifətçilərin Əli Kərimliyə xitabən “bir qab yal üçün sümsünən küçük” demələri? Ya bəlkə ona zənginliyə - avtomobillərə, cangüdənlərə, əla mənzilə olan sevgisini tez-tez xatırlatmaları?
Hə, bunlar siyasi miskinlikdir. O, adamı həyatın dibinə salır, şərf və ləyaqətdən məhrum edir. Neçə ki, indi Əli Kərimli quyunun dibindədir, hətta çiyindaşları arasında belə nüfuzu palaz kimi yerlə bir olub.

“Yeni Azərbaycan”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri