Icma.az
close
up
RU
Bir qapı bağlananda min qapını döyən adam

Bir qapı bağlananda min qapını döyən adam

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən bir insanın gördüyü işin miqyasını anlamaq üçün onun dediyi sözlərə deyil, ortaya qoyduğu nəticəyə baxmaq kifayətdir. Çünki söz demək də, problemlərdən danışmaq da asandır. Əsl məsələ çətinlik qarşıya çıxanda məsuliyyəti öz üzərinə götürmək, çıxış yolu axtarmaq və nəticə əldə olunana qədər mübarizədən geri çəkilməməkdir.

Azərbaycanın tanınmış ictimai xadimi, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri Emin Həsənlinin fəaliyyətində də məhz bu xüsusiyyət diqqəti cəlb edir. O, problemi sadəcə gündəmə gətirməklə kifayətlənən insanlardan deyil. Çıxış yolu axtarır, əlaqələr qurur, insanları bir araya gətirir, aidiyyəti şəxslərlə görüşlər təşkil edir və məsələ həllini tapana qədər prosesin içində qalır.

Onu ilk dəfə tanıdığım uzaq keçmişdə - yaşadğımız minilliyin əvvəllərində də belə idi.

Aradan azı 25 il keçib. Amma dəyişməyib. Necə idisə, elə də qalıb.

Bunun son nümunələrindən biri Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı həkimlərlə bağlı yaşanan hadisə oldu. Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun təklifinin bir müddəası xarici vətəndaş olan həkimlərin əlavə ödənişlərinə təsir göstərə bilərdi. Bu isə Türkiyədə uzmanlıq keçən azərbaycanlı həkimlərin gəlirlərinin ciddi şəkildə azalması təhlükəsini yaradırdı.

Vaxt isə olduqca məhdud idi.

İyulun 15-də həkimlər məsələ ilə bağlı Emin Həsənliyə müraciət etdilər. Qarşıda qanun layihəsinin müzakirəsinə cəmi bir neçə gün qalırdı. Belə məqamlarda kənardan müdaxilə gözləmək ən asan yoldur. Emin müəllim isə gözləmədi - dərhal hərəkətə keçdi.

Qısa müddət ərzində Türkiyənin siyasi dairələri ilə əlaqələr quruldu. Hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, partiyanın Türk Dünyası üzrə sədr müavini Kürşad Zorlu, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, TBMM Milli Təhsil Komissiyasının sədr müavini professor İlyas Topsakal, MHP-nin baş katibi və digər millət vəkilləri ilə məsələ müzakirə edildi.

Amma burada əsas məsələ görüşlərin çoxluğu deyildi. Əsas olan problemin mahiyyətini doğru ünvanlara çatdırmaq idi.

Məlum oldu ki, qərar qəbul edən bəzi şəxslər Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı həkimlərin vəziyyəti barədə tam məlumatlı deyillər. Onlarda belə bir təsəvvür formalaşmışdı ki, bu həkimlər dövlət və ya digər təqaüd proqramlarından geniş şəkildə yararlanırlar. Halbuki reallıq tamam fərqli idi.

Bəzən problemi həll etmək üçün etiraz etmək kifayət etmir. Əvvəlcə həqiqəti anlatmaq, yanlış təsəvvürləri aradan qaldırmaq və qarşı tərəfə məsələnin əsl mahiyyətini göstərmək lazımdır.

Emin Həsənlinin fəaliyyətinin mühüm cəhətlərindən biri də məhz budur – o, insanları problemin ətrafında birləşdirməyi bacarır.

Ankarada təhsil alan azərbaycanlı həkimlərdən ibarət nümayəndə heyətinin yaradılması, onların TBMM-də, Ədalət və İnkişaf Partiyasının, eləcə də MHP-nin mərkəzi qərargahlarında görüşlər keçirməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Hətta qeyri-iş günündə belə bu görüşlərin keçirilməsi üçün şərait yaradıldı.

Bu artıq tək bir şəxsin təşəbbüsündən daha böyük məna daşıyırdı. Bu, həmrəyliyin real nəticəyə çevrilməsinin nümunəsi idi.

Bir tərəfdə öz haqqını qorumağa çalışan azərbaycanlı həkimlər, digər tərəfdə məsələni siyasi və ictimai müstəvidə gündəmə gətirən insanlar, qarşı tərəfdə isə problemin həllinə həssas yanaşan Türkiyə rəsmiləri vardı. Müxtəlif istiqamətlər bir nöqtədə qovuşdu və nəticədə qanun təklifinin mübahisə doğuran müddəası qəbul edilmədi.

Bu hadisənin əhəmiyyəti yalnız bir qanun maddəsinin qəbul olunmaması ilə ölçülməməlidir. Burada daha böyük bir məna var: xaricdə yaşayan, təhsil alan və çalışan Azərbaycan vətəndaşlarının özlərini tək hiss etməməsi, onların problemlərinin diqqətdən kənarda qalmaması və lazım gəldikdə aidiyyəti qurumların diqqətinə çatdırılması.

Emin Həsənli də əldə olunan nəticəni şəxsi uğuru kimi təqdim etmir. Əksinə, Azərbaycan-Türkiyə qardaşlığını, dövlətlərarası münasibətləri və qarşılıqlı dəstəyi ön plana çəkir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyənin siyasi rəhbərliyinə, MHP sədri Dövlət Baxçalıya və bu prosesdə dəstək göstərən digər şəxslərə təşəkkürünü bildirir.

Onun Türkiyə ilə bağlı fəaliyyəti yalnız bu hadisə ilə məhdudlaşmır. Rəhbərlik etdiyi QHT strukturlarının Türkiyəyə səfərləri, Türkiyədən Azərbaycana qazilərin, şəhid ailələrinin, ehtiyatda olan zabit və gizirlərdən ibarət təşkilat nümayəndələrinin səfərlərinin təşkili iki qardaş ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Belə fəaliyyətlərin dəyəri isə hər zaman rəqəmlərlə ölçülmür.

Çünki qardaşlıq yalnız rəsmi görüşlərdən, protokol tədbirlərindən və bəyanatlardan ibarət deyil. Qardaşlıq həm də çətin vəziyyətə düşən bir insanın yanında olmaq, onun səsini eşitdirmək, lazım gələndə bir qapını döymək, o qapı açılmayanda isə başqa qapıya üz tutmaqdır.

Emin Həsənlinin fəaliyyətində bu prinsip aydın görünür. Problem yarananda “imkanım çatmaz” deyib kənara çəkilmək yox, imkan yaratmağa çalışmaq, tərəfləri bir masa arxasında toplamaq və nəticə əldə olunana qədər prosesi davam etdirmək.

Bəlkə də “bir qapı bağlananda min qapını döymək” ifadəsi məhz Emin Həsənli kimi mübariz insanlar üçün yaranıb.

Çünki ictimai fəaliyyətin əsl dəyəri verilən vədlərin sayı ilə deyil, insanların həyatında yaratdığı dəyişikliklə ölçülür. Bu baxımdan Emin Həsənlinin son hadisədə göstərdiyi fəaliyyət də diqqətəlayiq nümunədir. Vaxtın azlığı, məsələnin mürəkkəbliyi və qərarın qəbuluna sayılı günlər qalması onu geri çəkilməyə deyil, bütün imkanları səfərbər etməyə sövq etdi.

Emin Həsənlinin fəaliyyətinin təqdirəlayiq tərəfi təkcə əldə olunan nəticə deyil, həmin nəticəyə aparan fədakarlıq, təşəbbüskarlıq və məsuliyyət hissidir.

Bəzən bir insanın “bu mənim borcum idi” deyərək gördüyü iş başqaları üçün böyük ümidə çevrilir.

Emin Həsənli də sözün ardınca əməli, problemin ardınca həlli, müraciətin ardınca nəticəni gətirməyə çalışan ictimai fəallardandır.

Çünki bir qapını döymək asandır.

Əsas məsələ o qapı açılana qədər dayanmayıb döyməkdir…

Seymur Vaqifoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Avqust 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri