Icma.az
close
up
RU
Bir qəza baş versə Azərbaycanda həyat olmayacaq Qüdrət Həsənquliyev

Bir qəza baş versə Azərbaycanda həyat olmayacaq Qüdrət Həsənquliyev

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.

Gununsesi.info  həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, Zelenskinin Bakıya səfərinə münasibətinizi bilmək istərdik…

– Bu səfər Azərbaycanın müstəqil xarici siyasətinin, Ukraynanın sülh istəyinin nümayişidir. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin verdiyi bəyanatlar bir daha təsdiq etdi ki, Azərbaycan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə dair beynəlxalq öhdəliklərə sadiqdir. Ukrayna Azərbaycana dost ölkədir. Xalqımız Ukraynada davam edən müharibəni öz faciəsi kimi qəbul edir, iki slavyan ölkəsi arasında müharibənin tezliklə başa çatmasını istəyir. Azərbaycan davamlı olaraq Ukraynaya humanitar yardım edir. Ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşmalar, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə bəyanatların verilməsi təqdir olunmalıdır. Zelenskinin Rusiya ilə sülh danışıqlarının Azərbaycanda keçirilməsinə dair təklifi Ukraynanın Azərbaycana olan etimadlı münasibətinin və Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Zelenskinin təklifini nəzərə alıb, Rusiya və ABŞ ilə danışıqlar aparmalı, sülhə bacardağımız qədər daha böyük töhfə verməyə çalışmalıyıq. Zelenskinin təklifini alqışlayıram və mümkün hesab edirəm. İlham Əliyevin Zelenski ilə yanaşı Putinlə və Trampla olan yaxın şəxsi münasibətləri belə bir ümid yaradır. Rusiya Azərbaycanla Ukrayna arasında olan dostluq münasibətlərindən maksimum faydalanıb, yalnız müharibəyə son qoymamalı, həm də ədalətli qərarları ilə Ukrayna xalqı ilə barış əldə etməlidir. Xalqlara başqalarının torpaqları və əbədi düşmənlər yox, ədalət və rifah lazımdır. Rusiya vətəndaşları və xalqları çoxdan sülh istəyir. Uzun illər birgə yaşamış xalqların bir-biri ilə müharibə etməsi böyük faciədir. Yalnız qarşılıqlı hörmət və ehtiram, bərabərhüquqlu əməkdaşlıq tarixi əlaqələri qoruyub saxlaya, düşmənçiliyə son qoya bilər.

– Qüdrət bəy, Azərbaycanda atom elektrik stansiyasının tikintisi barədə açıqlamanı necə qarşıladınız?

– Bu barədə qərar geniş müzakirələrdən sonra ümumxalq səsverməsi ilə qəbul olunmalıdır. Əvvəllər bunun tərəfdarı olsam da, indi elmin və texnologiyanın inkişafı ilə təhlükəsiz, bərpaolunan enerji qaynaqları yaratmaq imkanlarımız var. Bu istiqamətdə ciddi işlər görülür. Ona görə qərar qəbul etməzdən öncə hər birimiz ciddi düşünməli, xalqın fikrini öyrənməliyik. Külək və günəş enerjisindən istifadə etməklə böyük bərpaolunan enerji ehtiyatı yarada bilərik. Biz, hazırda xaricə enerji satırıq. Atom enerjisi çox ucuz başa gəlir və xarici ölkələr tərəfindən şirnikləndirici biznes layihələri təklif oluna bilər. Çernobıl faciəsindən sonra Almaniya bütün nüvə reaktorlarının dayandırılması barədə qərar qəbul etdi. Allah uzaq etsin, bizim ərazimiz kiçik olduğundan, bir qəza baş versə Azərbaycanda həyat olmayacaq.

Firuzə Mahmudova
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Aprel 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri