Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bir qrup kino xadiminin ölkə başçısına açıq müraciəti

Bir qrup kino xadiminin ölkə başçısına açıq müraciəti

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir qrup kino xadimi Prezident İlham Əliyevə müraciət edib. Hurriyyet.media həmin müraciəti olduğu kimi dərc edir:

"AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ

HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Ümidvarıq ki, həyatını Azərbaycan milli kino sənətinə həsr etmiş kinematoqrafçıların öz Prezidentindən kömək istəməsini anlayışla qarşılayacaqsınız. 
Siz hər zaman mədəniyyətimizə, o cümlədən kino sənətinə və kino xadimlərinə həssaslıqla yanaşmısınız. Buna görə birbaşa Sizə müraciət etmək qərarına gəldik.

Bildiririk ki, sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ümumi Konfransı keçirildi. Təəssüf ki, AKİ-nin Ali orqanı sayılan bu Konfransda çoxsaylı qanun pozuntularına yol verildi. İttifaqın nizamnaməsinin tələbləri və prosedur qaydaları nəzərə alınmadan, qərarlar aşkar etinasızlıq və volyuntarist tövrlə qəbul edildi.
Kino İttifaqına sədr seçilməsi isə, haqsızlıq və qanunun tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olundu. Sədr vəzifəsinə alternativ namizədlər irəli sürmək istəyən kino xadimlərinə danışmaq üçün hər hansı imkan verilmədi. Biz, bu sayaq amiranəliyi,
birmənalı olaraq üzvlərin seçmək və seçilmək hüququnun məhdudlaşdırılması kimi qiymətəndiririk.
Səbəbini və zərurətini izah etmədən, hətta, siyahıda kimlərin olduğunu belə açıqlamadan, 87 nəfər İttifaq üzvünün AKİ sıralarından xaric edilməsi qərarı verildi.
Eyni qaydada -- müzakirəsiz, bir çox Konfrans iştirakçısının təklif və istəkləri nəzərə alınmadan, (əvvəlcədən hazırlanmış siyahı ilə) AKİ-yə yeni İdarə Heyəti "seçildi".
Saxta yetərsay görüntüsü yaratmaq üçün Kino İttifaqının üzvü olmayan kənar şəxslərə mandatlar paylandı, səs komissiyası bir dəfə də olsun lehinə və ya əleyhinə olanların sayının elan etmədi.
Təəssüf ki, bütün bu qanunsuzluqlara, dolayısı ilə müdaxilə etmək səlahiyyətində olan əlaqədar orqanlar da seyrçi mövqeyi tutdular.

Üzvlərin əksəriyyətinə qarşı nümayiş olunan hörmətsizlik, rəsmi tədbirin əvvəlindən sonuna qədər davam etdi. Və bütün bunlar 200-dən artıq kino işçisinin, eləcə də onlarca jurnalistin gözü önündə baş verdi... Düşünürük ki, sonradan KİV səhifələrində, habelə sosial media şəbəkələrində on minlərlə neqativ rəy və etirazlar məhz yuxarıda sadalanan ədalətsizliyin nəticəsində yarandı.
Əlbəttə, Konfransda şahid olduğumuz aşkar haqsızlıqlar çoxlarında böyük təəssüf hissi, o cümlədən xeyli suallar doğurdu. 
Əminik ki, digər layiqli namizədlər olduğu halda, "baş tutan" alternativsiz  sədr seçkisinin heç vəchlə ədalətli, şəffaf və demokratik prinsiplər əsasında  keçirildiyini iddia etmək olmaz.
Hesab edirik ki, bu kimi hallar yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə kino ictimaiyyətinin hüquq və maraqlarına toxunur.

HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Üzləşdiyimiz problemlərə müdaxilə etməyinizi  Sizdən xahiş edirik. 

Dərin hörmət və ümidlə;

1. Məbud Məhərrəmli - Xalq artisti.
2. Nizami Abbas - kinooperator, Əməkdar İncəsənət xadimi. 
3. Zemfira Sadıqova - Əməkdar artist, Prezident təqaüdçüsü. 
4. Suqra Bağırzadə - Əməkdar artist, fəxri doktor.
5. Xalidə Quliyeva  - Xalq artisti.
6. Rövşən Quliyev  - kinooperator,  Əməkdar İncəsənət xadimi. 
7. İsmayıl Qasımov  - prodüser.
8. Eldəniz Quliyev - yazıçı, kinodramaturq. 
9. Mübariz Nağıyev - kinorejissor, prodüser. 
10. Ötkəm İskəndərov - Əməkdar artist. 
11. Vaqif Azəryar - kinorejissor. 
12. Məhərrəm Musayev - aktyor.
13. Sirac Mustafayev - prodüser, ssenarist. 
14. Nicat Dadaşov  - ssenarist.
15. Kənan Musayev - kinorejissor. 
16. Murad Abdullayev - kaskadyor.
17. Manaf Dadaşov - aktyor.
18. Gülüstan Əliyeva - aktrisa.
19. Fərhad İsrafilov - Əməkdar artist. 
20. Xatirə Süleymanova - aktrisa.
21. Gülsabah Quliyeva - Əməkdar artist,  dosent.
22. Maarif Məhərrəmbəyli - kinorejissor. 
23. Namiq Ağaye - rejissor, aktyor. 
24. Səyyad Bayramov - rəssam.
25. Zülfiyyə Eldar qızı - aktrisa.
26. Pərviz Məmmədov - ssenarist.
27. Mahir Dərviş  - rejissor, aktyor. 
28. Kəmalə Məhərrəmova - ssenarist.
29. Nəriman Əbdülrəhmanlı - kino tarixçisi, ssenarist. 
30.
31. Sədaqət Kamal - kinoşünas. 
32. İntiqam Hacılı - rejissor, prodüser. 

Qeyd: 
Müraciətə qoşulmaq istəyən kinematoqrafçılar üçün  siyahı açıqdır"...

Hurriyyet.media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri