Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

BİR SEANSA 100 FAİZ NƏTİCƏ VƏDİ... Psixoloq seçərkən nələri bilməliyik?

BİR SEANSA 100 FAİZ NƏTİCƏ VƏDİ... Psixoloq seçərkən nələri bilməliyik?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Psixoloji xidmətlərə tələbatın artması bu sahədə peşəkar mütəxəssislərə ehtiyacı daha da artırır. Bununla yanaşı, özünü psixoloq kimi təqdim edən şəxslərin təhsili, peşə hazırlığı və etik prinsiplərə əməl etməsi məsələsi də aktuallıq qazanır. Müvafiq ali təhsili və peşə səriştəsi olmayan şəxslərin psixoloji məsləhət verməsi müraciət edən insanların düzgün istiqamətləndirilməsi baxımından müəyyən risklər yarada bilər. Bu baxımdan, psixoloqların fəaliyyətinə qoyulan tələblər və vətəndaşların mütəxəssis seçərkən diqqət etməli olduğu məqamlar ön plana çıxır.

Azərbaycanda psixoloq kimi fəaliyyət göstərmək üçün hansı təhsil və peşə hazırlığı tələbləri olmalıdır? Vətəndaş psixoloq seçərkən onun peşəkarlığını, ixtisasını və etik prinsiplərə əməl etdiyini hansı meyarlar əsasında qiymətləndirə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında psixoloq Dilruba Həsənova bildirib ki, psixoloqun peşəkarlığı yalnız diplomla ölçülmür. 

Ali təhsil düzgün ixtisaslaşmaya yardım edir və bu peşənin əsas şərtlərindən biridir, amma nəzəri bilikləri praktikada tətbiq etmək, psixoloji qiymətləndirmə aparmaq, elmi əsaslandırılmış metodlardan istifadə etmək və nəticələri düzgün tətbiq etmək də eyni dərəcədə vacibdir.

Onun sözlərinə görə, psixologiya insan davranışını və psixi prosesləri mürəkkəb hadisələr kimi araşdırır. Ümumiyyətlə, insanlarla çalışmaq göründüyü qədər sadə deyil: "İnsan psixologiyası göründüyündən daha mürəkkəbdir. Buna görə də hər kəsə eyni yanaşmanın tətbiqi və bütün problemlərə universal həll vəd edilməsi elmi baxımdan doğru deyil. Peşəkar psixoloq insanın fərdi xüsusiyyətlərini, həyat şəraitini və ehtiyaclarını nəzərə almalı, öz sərhədlərini bilməlidir. Təbii ki, psixoloqların fəaliyyəti də müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Bununla yanaşı, davamlı təhsil, praktiki hazırlıq, superviziya və peşəkar özünüqiymətləndirmə mütəxəssisin inkişafında mühüm rol oynayır. Bütün bunlarla yanaşı psixoloqun özü mütləq şəkildə psixoloji terapiyalarda iştirak etməli öz şəxsiyyəti ilə tanış olmaldır. Bəs, vətəndaş necə seçim etməlidir?

Vətəndaş psixoloq seçərkən ilk növbədə onun təhsilinə, ixtisasına, hansı yaş qrupları və problemlərlə işlədiyinə, istifadə etdiyi metodlar üzrə hazırlığına diqqət yetirməlidir".

Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə tanınmaq, çoxsaylı izləyicilərə sahib olmaq və ya çoxlu sertifikat təqdim etmək peşəkarlığın avtomatik göstəricisi deyil: "Reklam bu günkü təlabatlardan biridir və insanlar bu üsullarla seçim etməyə üstünlük verirlər. Bunun da psixoloji səbəbləri var. Amma yenə də diqqətli olmaq lazımdır. Nəinki psixoloq seçərkən istənilən seçimdə sosial mediada ehtiyatlı olmaq vacibdir deyə düşünürəm. Digər mühüm şeylərdən biri mütəxəssisin etik davranışıdır. Psixoloq məxfiliyi qorumalı, məlumatlandırılmış razılığa hörmət etməli, insanın ləyaqətini müdafiə etməli və ehtiyac yarandıqda onu uyğun ixtisaslı mütəxəssisə yönləndirməlidir. Qorxu yaratmaq, əsassız vədlər vermək, (məsələn, 1 seansa 100% nəticə) kimi fikirləri absurd hesab edirəm. Bundan başqa müraciət edən şəxsi özündən asılı vəziyyətə salmaq və şəxsi məlumatları icazəsiz paylaşmaq peşə etikası deyil".

D.Həsənovanın fikrincə, psixoloqun həqiqi peşəkarlığı elmi biliklərin, praktik bacarıqların və etik məsuliyyətin vəhdətində formalaşır: "Psixoloji yardımın məqsədi insanı mütəxəssisdən asılı etmək deyil, onun özünü daha yaxşı anlamasına, daxili resurslarını kəşf etməsinə və daha şüurlu qərarlar verməsinə dəstək olmaqdır. Cəmiyyətin psixoloji savadlılığının artırılması və peşəkar fəaliyyətə dair tələblərə əməl olunması həm xidmətlərin keyfiyyəti, həm də insanların hüquqlarının qorunması baxımından vacibdir".

Oğuz Ayvaz

 “AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri