Icma.az
close
up
RU
Bir səhnə, min rəng, bir gələcək Uşaqlar danışdı, böyüklər dinlədi

Bir səhnə, min rəng, bir gələcək Uşaqlar danışdı, böyüklər dinlədi

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların cəmiyyətə mesaj verdiyi, onların fikir və duyğularına, arzu və xəyallarına, potensial və haqlarına səhnə ayrıldığı "Bir səhnə, min rəng, bir gələcək” – Uşaqların Səsi Forumu keçirilib.

Forum Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Unibank"ın maliyyə, ARB Televiziyası və "Qaynarinfo"nun media dəstəyi ilə LİBRAFF Park Akademiyada baş tutub.

"Uşaqların Səsi Forumu”nun məqsədi cəmiyyətin diqqətini uşaqların ehtiyaclarına, hüquqlarına və duyğularına yönəltmək, eyni zamanda onların səsini duyurmaq idi.

Mərasim Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbin 4L sinfinin Azərbaycanın Dövlət Himnini səsləndirməsi ilə başlayıb.

Forumun aparıcıları – Yavru Rəhimli və Feyruz Abbaslının duyğusal açılış nitqi tədbirin məqsədini dəqiq ifadə edib:

"Biz bu gün burada yalnız öz adımız üçün deyilik, bütün uşaqların səsi olmaq üçün buradayıq. Biz istəyirik ki, bizi eşitsinlər, bizi görsünlər və bizi qəbul etsinlər!”

Daha sonra günün qəhrəmanları olan xüsusi uşaqlar ard-arda səhnəyə çıxaraq öz hisslərini, düşüncələrini, cəmiyyətə baxışlarını səmimi şəkildə bölüşüblər.

Onlar çıxışlarında "Mən balacayam, amma bir vətəndaşam, hüquqlarım var", "Biz uşaqlar birlikdə güclüyük və hər birimiz o gücün bir parçasıyıq", "Harda və hansı statusda olsam da, istəyirəm ki, orada yaxşılıq yayılsın", "Mən fərqliyəm və fərqliliyimlə gözələm, güclüyəm", "Mən fərqliyəm - çünki içimdə böyük sevgi var", "Mən olduğum kimi yaxşı və xoşbəxtəm, məni belə qəbul edin və duyun", "İnsanları sevindirməyi, qucaqlamağı sevirəm", "İstəyirəm ki, bütün böyüklər bizim qəlbimizin səsini eşitsinlər", "Mənə "sən balacasan, sus" deyilməsin, mənim də ürəyim, səsim, sözüm, fikrim var", "Bizi eşidin və anlayın", "Bizim oynamaq, təhsil almaq, fikirlərimizi söyləmək hüququmuz var", "Valideynlərimiz bizə təhsil verməklə barabər, sevməyi, mərhəmətli və ədalətli olmağı öyrətsinlər", "Uşaqları qorumaq - gələcəyi qorumaqdır" kimi mühüm və dəyərli mesajlar ötürüblər. Bu çıxışlar təkcə duyğulara deyil, vicdanlara da toxunub.

Səhnədə hər çıxış bir həyat hekayəsi, hər baxış bir ümid olub.

Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdlərinin çıxışları böyük maraq və alqışla qarşılanıb.

Forumun əsas məqamlarından olan uşaqların fərqli formalarda təqdimatları fərqliliyin gözəllik, çətinliyin isə güc qaynağı olduğunu bir daha xatırladıb.

Tədbirdə iştirak edən millət vəkilləri Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, Elnarə Akimova, "Unibank"ın mətbuat katibi Sülhiyyə Şirinova, şəhid Nurlan Həsənovun anası Həqiqət Həsənova forumun ruhuna uyğun çıxışlarla uşaqlara dəstək olub, onların səsinin eşidilməsinin zəruriliyini vurğulayıblar. Sevilən müğənni Vüsal Hacıyev isə öz mahnıları ilə xüsusi bədii dəyər qatıb.

Sonda forumun ideya müəllifi və tədbirin təşkilatçısı, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai səhnəyə gələrək, bütün uşaqlar əllərindəki şarları göyə buraxması üçün çağırış edib və bildirib:

"Bu şarlar balalarımızın arzularıdır. Onlar göyə qalxsa da, ürəklərdə qalacaq və həyata keçməsi üçün cəmiyyət olaraq çalışacağıq.”

Sevinc Fədai forumu bu fikir və sualla başa çatdırıb:

"Bu gün bu səhnədə danışan hər bir uşaq gələcəyin aydınlığı idi. Bu forum bir daha göstərdi ki, uşaqlar danışmağı bacarır – yetər ki, onları dinləyək. İndi siz gedəndə bir sual aparın: ‘Uşaqlar danışanda mən onları həqiqətən eşidirəmmi?’”

Auditoriyadan gələn təsdiq və alqış sədaları forumun məqsədinə çatdığını göstəririb.

Mərasimin sonunda uşaqlara təşəkkürnamələr və forumun tərəfdaşları olan "Save Max", "ETİ", "Iceland" və "ƏSRİK"in hədiyyələri təqdim edilib, "Foto Xalça"nın bəzədiyi səhnədə xatirə fotoları çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri