Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Deputat yeni məktəbli formasından danışdı: “Uşaqlar bir birindən fərqlənməməlidir”

Deputat yeni məktəbli formasından danışdı: “Uşaqlar bir birindən fərqlənməməlidir”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. 

Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. 

Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər. Qərara əsasən, bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir. 

Qərar qəbul edildiyi tarixdən 5 iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilir. Qeyd edək ki, vahid məktəbli geyiminin tətbiqi bir sıra müsbət amilləri ilə seçilir. İlk növbədə vahid forma məktəblilər arasında sosial-iqtisadi bərbərliyin formalaşmasında önəmli rol oynayır. Eyni zamanda, qanunvericiliyə görə, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır və məktəb bütün şagirdlər üçün neytral, inklüziv mühit olmalıdır. 

"Vahid məktəbli formasının əsas hədəf və məqsədi birmənalı olaraq təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətinin formalaşdırılmasıdır. Yəni əsas məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində birmənalı olaraq bərabərlik təmin olunmalıdır". 

Bu fikirləri millət vəkili Ceyhun Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib. Millət vəkilinin sözlərinə görə, sosial statusundan, ailəsinin maddi imkanlarından, dini mənşəyindən asılı olmayaraq hər bir uşaq eyni şərtlərdə təhsil almalı və eyni imkanlara malik olmalıdır: 

“Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Yəni dünyəvi təhsil, məktəb, bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıldır. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət etməli, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərməlidir. Uşaqların parta arxasında olarkən bir-birindən seçilməməsi onların münasibətində də rol oynayır, eyni zamanda uşaqlar arasında iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmaq üçün imkanlar yaradır”. 

Deputat bildirib ki, bu, məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verəcək: 

“Bu baxımdan, vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə də dəstək verən vasitə kimi dəyərləndirilə bilər. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarında bütün şagird və valideyn üçün vacibdir. Yəni burada hansısa ayrı-seçkilik, fərqlənmədən söhbət gedə bilməz". 

Millət vəkilinin sözlərinə görə, məktəbli forması yalnız geyim üsulu deyil, həm də təhsil fəlsəfi, sosial adaptasiya məsələsidir: "Bu, bir fəlsəfədir, adaptasiya prosesidir. Bir sözlə, deyə bilərik ki, vahid məktəbli formasının əsas hədəf və məqsədi məktəbdə bərabər mühiti və eyni zamanda məktəbdə ümumi prinsiplərə, təhsil mühitinə uyğun şəraitin yaradılmasıdır. Təhsil müəssisəsində fərqlilik, etik çərçivələrə uyğun olmayan geyimlər yolverilməzdir. Çünki təhsil mühitinə ciddi mənfi təsir göstərən bir məsələ olar”. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

 

Açar sözlər: Deputat məktəbli forması

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri