“Bir səhv buraxdıq və rəqib bundan yararlandı” Perkons
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının X turu çərçivəsində səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olan “İmişli”nin baş məşqçisi Ervins Perkons matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, latviyalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Hər iki komandanın azarkeşlərinə möhtəşəm atmosferə görə təşəkkür edirəm. Belə bir mühitdə oynamaq çox xoş idi. Əvvəlcədən bilirdik ki, burada oynamaq çətindir və tribunaların təzyiqindən xəbərdar idik. Ümumilikdə, komandamızın oyunundan və sərgilədiyi performansdan razı qaldım, lakin nəticə istədiyimiz kimi olmadı. Matça 3 xal üçün gəlmişdik, fikrimiz də məhz buna köklənmişdi. Təəssüf ki, rəqib möhtəşəm qol vurdu, biz isə öz şanslarımızdan yararlana bilmədik. Nəticəyə görə çox məyusam, amma oyunçularımın meydanda qoyduğu enerjiyə və göstərdikləri mübarizəyə görə qürur duyuram.
– Komandanız döyüşkən oyun sərgilədi, lakin yekunda “Kəpəz” qələbə qazandı. Məğlubiyyətin əsas səbəbi nədə idi?
– Onlar vurdular, biz isə yox. Rəqib imkanlarından istifadə etdi, biz isə dəyərləndirə bilmədik. Amma deməzdim ki, onlar bizdən daha üstün komanda idilər. Matç müxtəlif epizodlarda fərqli cərəyan etdi. Bəzi məqamlarda biz daha aktiv olduq, təzyiq göstərdik, bəzi vaxtlarda isə rəqib üstün idi. Çox gərgin və intensiv mübarizə getdi. Futbol səhvlərdən ibarət oyundur. Bir səhvə yol verdik, cərimə zərbəsi təyin olundu və rəqib bunu ustalıqla qola çevirdi.
– Namik Ələsgərovun vurduğu qolu futbolçunun fərdi ustalığı kimi qiymətləndirərdiniz, yoxsa qapıçı Yusif İmanov həmin epizodda komandanı xilas edə bilərdi?
– Düşünürəm ki, çox gözəl zərbə oldu. Qapıçının işini şərh etmək istəmirəm, çünki mən qapıçı məşqçisi deyiləm. Bu epizodu qapıçı məşqçisi ilə birlikdə təhlil edəcəklər. Həmçinin qeyd edim ki, həftəiçi ağır kubok matçımız var idi və təəssüf ki, futbolçuların tam istirahət etməsinə şərait yarada bilmədik. Buna baxmayaraq, komandanın sona qədər göstərdiyi əzmkarlığı bəyəndim. Hətta matçın sonlarında mərkəz müdafiəçisini də hücuma göndərərək hesabı bərabərləşdirməyə çalışdıq. Məncə, hər kəs yalnız buraxdığımız səhvlərə deyil, həm də komandamızın cəsarətinə diqqət yetirməlidir. Çünki cari mövsümdə bu stadionda “Kəpəz”ə qarşı bu qədər cəsarətlə, geriyə çəkilmədən hücum futbolu oynayan çox az komanda görmüşəm. Komandam buna görə tərifə layiqdir.
– Karyeranızda belə görkəmli stadionda və ab-havada olmusunuzmu?
– Həyatımda gözəl stadionlar çox görmüşəm, lakin məşqçi kimi belə bir atmosferdə ilk dəfədir çıxış edirəm. Bir neçə oyunçumuz üçün də bu, ilk təcrübə idi. Matçdan əvvəl futbolçularıma da dedim ki, uşaq vaxtından məşq edəndə hər bir oyunçunun və məşqçinin arzusu məhz belə dolu stadionlarda, əsl futbol bayramında oynamaqdır. Futbol məhz azarkeşlər üçündür və bu gün tribunalar oyunçuların öz keyfiyyətlərini göstərməsi üçün mükəmməl mühit yaratmışdı.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 Noyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















