Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

BİR ŞƏKİLİN MANİFESTİ: Regionda şah mat oyunu!!! KONKRET

BİR ŞƏKİLİN MANİFESTİ: Regionda şah mat oyunu!!! KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman əl‑Səudun dünənki Tehrana səfəri yerli mediada sönük təqdim edilsə də, Yaxın Şərq dinamikasını izləyən ekspertlər üçün əsl “siyasi partlayış” oldu.

İlk növbədə, səfəri həyata keçirən şəxsin kimliyinə diqqət yetirmək vacibdir. Şahzadə Xalid bin Salman hazırkı kralın oğlu, eyni zamanda varis şahzadə Məhəmməd bin Salmanın doğma qardaşıdır. Məlumdur ki, son 15 ildə Məhəmməd bin Salmanın yüksəlişində onun ən yaxın siyasi və şəxsi dayağı məhz Xalid bin Salman olub. Xalid bin Salman ABŞ-la münasibətlərdə də mühüm rol oynayıb. 2016-cı ildən etibarən o, Vaşinqtonda Səudiyyə Ərəbistanının səfiri kimi çıxış edərək Donald Tramp administrasiyası, xüsusilə də Trampın kürəkəni Jared Kuşnerlə sıx əlaqələr qurub. ABŞ-da hərbi təhsil və diplomatik təcrübə onun daha sonra müdafiə naziri təyin edilməsində həlledici rol oynayıb.

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər tarixən gərgin olub. 1979-cu il İran İslam İnqilabından sonra bu gərginlik daha da dərinləşib. Hər iki tərəf birbaşa hərbi qarşıdurmadan qaçsa da, region ölkələrində proksi qüvvələr vasitəsilə nüfuz uğrunda rəqabəti davam etdiriblər. İki ölkə arasındakı münasibətlər 2016-cı ildə yenidən ciddi şəkildə pozuldu. Həmin il tanınmış şiə ruhani Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edamı İranda geniş etirazlara səbəb oldu və Səudiyyənin Tehrandakı səfirliyinə hücum edildi. Bu hadisədən sonra diplomatik əlaqələr tamamilə dayandırıldı və təxminən yeddi il davam edən diplomatik təcrid dövrü başladı. Bu müddətdə tərəflər bir-birinə mesajlarını əsasən regiondakı proksi aktorlar vasitəsilə ötürürdülər.

Hazırda da İran ətrafında vəziyyət kifayət qədər gərgindir. ABŞ və İran nümayəndələrinin masa arxasına əyləşməsinə baxmayaraq, proseslərin dinamikası tez-tez dəyişir və region uzunmüddətli qeyri-sabitlik riski ilə üz-üzə qalır. Belə bir fonda Ər-Riyad İranın bölgədə təsirinin güclənməsində maraqlı deyil və bu təsirin məhdudlaşdırılmasına yönəlmiş siyasəti bəzən gizli, bəzən isə dolayı yollarla dəstəkləyir.

Digər tərəfdən, Səudiyyə rəhbərliyi yaxşı anlayır ki, regionda hərbi və siyasi gərginliyin artması Hörmüz boğazında gəmi daşımalarına, xüsusilə də neft tankerlərinə ciddi təsir göstərə bilər. Bu isə Səudiyyə iqtisadiyyatının əsas sütunu olan neft ixracını zəiflədə və Krallığın büdcəsinə ağır zərbə vura bilər.

Gərginliyin artması həmçinin Donald Trampın Səudiyyə Ərəbistanına planlaşdırılan səfərinin təxirə salınması ehtimalını artırır. 2016-cı il seçkilərindən sonra Trampın ilk xarici səfəri məhz Ər-Riyada olmuş və bu səfər şahzadə Məhəmməd bin Salmanın siyasi nüfuzunun möhkəmlənməsi baxımından əhəmiyyətli rol oynamışdı. Gözlənilən növbəti səfər isə onun gələcək kral kimi reytinqini artıracaq və Kral ailəsi daxilində mövcud olan spekulyasiyaların qarşısını almağa xidmət edəcək.

Bu səbəbdən də, şahzadə Məhəmməd bin Salman qardaşı Xalid bin Salmanı Tehrana göndərməklə həm ABŞ-İran münasibətlərində irəliləyiş əldə etmək niyyətində olduqlarını nümayiş etdirir, həm də Tramp administrasiyasına bu prosesdə körpü rolu oynaya biləcəklərinə işarə edir. Əgər Tehran Riyadın vasitəçiliyi ilə Vaşinqtonla danışıqlarda irəliləyərsə, bu həm də Səudiyyəyə İslam dünyasında liderlik iddiasını möhkəmləndirmək fürsəti verəcək. Ər-Riyad bu halda geniş PR kampaniyasına start verərək, “müsəlman qardaşlarımızı fəlakətdən qoruduq” mesajı ilə İslam dünyasının vahid mərkəzi kimi çıxış etməyə çalışacaq.

Lakin bu strategiya uğurla nəticələnməzsə və regionda genişmiqyaslı münaqişə qaçılmaz olarsa, o zaman Səudiyyə rəhbərliyi plan B-yə keçərək, İran tərəfinə Hörmüz boğazında neft tankerləri üçün təhlükəsizlik zəmanəti məsələsini gündəmə gətirəcək. Ər-Riyad yaxşı xatırlayır ki, İraq-İran müharibəsi zamanı İran, İraqın tanker hücumlarına cavab olaraq, BƏƏ, Küveyt və Səudiyyəyə məxsus gəmiləri hədəfə almışdı.Hörmüz boğazı hal-hazırda Səudiyyə iqtisadiyyatı üçün əsas nəfəs borusunu təşkil edir. Belə ki, dünya üzrə dəniz yolu ilə daşınan xam neftin təxminən 20%-i Hörmüz boğazından keçir. Gündəlik təxminən 18 milyon barel neft bu dar boğazdan daşınır. Səudiyyənin neft ixracının təxminən 88%-i dəniz marşrutları ilə baş tutur. Bu səbəbdən, Hörmüz boğazında sabitlik Səudiyyə üçün həyatı əhəmiyyət daşıyır.

İran bu dəfə təhlükəsizlik təminatını verə bilər. Lakin qarşılığında Səudiyyə, Yəmən və BƏƏ ərazilərinin və hava məkanının ABŞ hərbi qüvvələri tərəfindən istifadə edilməyəcəyinə dair təminat tələb edəcək. Prinsip etibarilə, Ər-Riyadın bu təminatı Tehrana verməsi mümkündür xüsusilə də neftin axınının və iqtisadi sabitliyin təmin olunması müqabilində.

Çün ki, ABŞ və bu prosesə cəlb olunacaq müttəfiqlər açıq hərbi münaqişə baş verdiyi təqdirdə uzunmüddətli qarşıdurmadan çox, dəqiq və hədəfli zərbələrlə İranın nüvə obyektlərini sıradan çıxarmağa yönəlmiş lokal əməliyyatlarla maraqlıdırlar. Məhz buna görə də, Ər-Riyad və Tehran potensial münaqişə halında bir-birinə qarşı müəyyən zəmanətləri nisbətən asanlıqla təqdim edə bilərlər.

Aqil Məmmədov,
Politoloq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Aprel 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri