Icma.az
close
up
RU
Bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn olur Uşaqlara ad seçərkən nələrə diqqət edilməlidir?

Bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn olur Uşaqlara ad seçərkən nələrə diqqət edilməlidir?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Uşaqlar üçün ad seçmək mühüm qərardır, çünki seçilmiş ad uşağın şəxsiyyətinə təsir edə bilər. Uşağınız üçün seçdiyiniz adın onun həyatında mühüm rol oynayacağı üçün diqqətlə seçilməsi vacibdir. Ad seçmək şəxsi seçim olsa da, uşağınızın gələcəyinə və şəxsiyyətinə müsbət təsir edəcək bir ad seçməyə diqqət yetirmək mühüm məsələdir. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir. Uşağa ad qoyarkən mənası gözəl olan ad seçmək lazımdır. Mənaca gözəl olmayan adların insan üzərindəki mənfi təsirləri nəzərə alınaraq bu adları qoymaq məkruh və ya təhrimən-məkruhdur.

Doğulduğu zaman uşağa verilən şəxsi isim onun adı sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsində də bildirilir ki, “Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir…”.

İslama görə, yeni doğulan uşağa ad qoyarkən sağ qulağına əzan, sol qulağına da iqamə oxumaq lazımdır. Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Allahın ən çox sevdiyi ad Abdullah və Abdurrahmandır”.

Ötən il Azərbaycanda doğulan körpələrə ən çox verilən dini adlar məlum olub. Yenidoğulanlara verilən adlar arasında ilk üç yerdə Əli (1389), Hüseyn ( 1384) və Zəhra (1241) dayanır. Bundan başqa, Zeynəb (1261), Məryəm( 1244), Yusif (1191), Fatimə (942) adları da üstünlük təşkil edib.

Həmçinin 882 uşağa Ömər, 747 uşağa Məhəmməd, 663 uşağa Mədinə, 624 uşağa Adəm, 475-nə Mehdi, 447 uşağa Xədicə, 390 uşağa isə Həsən adı verilib.

Dini adların üstünlük təşkil etməsi cəmiyyətin dini dəyərlərə bağlılığının göstəricisidirmi? Adlar, xüsusilə də dini adlar uşağın şəxsiyyət və gələcək həyatına təsir göstərə bilərmi?

Bununla bağlı ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, son illər ölkəmizin milli mənəvi həyatında kifayət qədər yaxşı mənada dəyişiklər olduğu kimi, mənfiyə doğru da dəyişiklər var:

“Hər halda bu, həyatın şər və xeyrin vuruşu, savaşı mücadiləsidir. Ümid edirik ki, həmişə gözəllik qələbə çalacaq, həmişə xeyir öz bayrağını hər yerdə sancacaqdır. İnsanlarımızın mənəviyyat və milliliyə daim marağı var. Nə qədər qloballaşan bir dünyada yaşasaq belə, insanlar öz kimliklərinə, keçmişlərinə, köklərinə bağlılığını müxtəlif şəkildə ifadə etməyə çalışırlar. Bu adətlərdən biri də ad qoyma mərasimləridir. Dinimizcə bu məsələ çox önəm daşıyır, əhəmiyyət verilir. Hətta yedinci gün bir uşağa ad vermək üçün xüsusi bir prosedur təşkil olunur. Körpə üzü qibləyə yönəldilir. Daha sonra isə adı verilir. Bu prosesdən sonra oğlan uşağı, qız uşağı haqlarında qurbanlar kəsilir. Oğlan uşaqları üçün iki, qız uşaqları üçün bir qurban kəsilir, sədəqələr paylanır”.

İlahiyyatçı bildirib ki, İslam dinində ada çox önəm verilir:

“Məsələnin daha çox dini adlara gəlincə, insanlarımız Qurani Kərimdə Peyğəmbərlərin adını, Peyğəmbərimizin səhabələrinin isimlərini daha çox övladlarına verməyi üstünlük verirlər. Hər kəs öz övladının xoşbəxt olmağını istəyir. Ona görə də istəyir ki, gözəl adlar verilsin. Hər halda insanın adı, onun taleyini dəyişməsə də, adın insan həyatında fövqəladə bir təsiri var, psixoloji bir təsiri var. Bu baxımdan da valideynlərimiz çalışır ki, valideynin üç böyük vəzifələrindən birini yerinə yetirmiş olsunlar. Peyğəmbərimiz (s.a.s) valideynin üç böyük vəzifəsi olduğunu söylüyür. Ən birinci uşaq dünyaya gələndə ona gözəl ad qoymaqdır. İkinci vəzifə uşağın gözəl şəkildə tərbiyə və təlim almasıdır. Üçüncü isə hər bir valideyn uşağı ailə qurarkən yaxından iştirak etməlidir. Bir sözlə, uşağa gözəl ad vermək lazımdır”.

Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, bu cür dini xarakterli adların qoyulması, daha çox ərəb adların qoyulması əslində, dini bağlılıqla bağlı deyil:

“Bu insanların böyük əksəriyyətinin heç dinlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Sadəcə vərdişdir, mental çevrədə olan adlara baxışdır. Yaradıcı imkanların, potensialın olmamasından irəli gələn məsələlərdir. Əslində, mahiyyətcə belə də olmalıdır. Biz müəyyən dərəcədə zehni şəkildə fars və ərəb mentallığına, türk mentallığından daha çox bağlı olan cəmiyyətik. Yəni türk vücudu ilə düşünən ərəblər, farslarıq. Ona görə də böyük əksəriyyət üçün bu ad məsələsi elə də bir önəm daşımır. Amma müəyyən dərəcə yetkinləşmiş cəmiyyətlərdə bu məsələyə xüsusi diqqət yetirilir”.

Deputat əlavə edib ki, adlar birinci növbədə mənasına görə müəyyən olunmalıdır:

 

“Bunu müəyyən dərəcədə daha çox mental dəyərlər olaraq, ayrıca bir türk dünyasının, türk arealının insanları olduğumuza görə üstünlüyü bu sahəyə verməliyik. Bu bizim həm də milli özünü dərklə bağlı ciddi natamamlığımızın olduğunun bir göstəricisidir. O baxımdan da belə bir yayğın şəkildə dini adların, ərəb adlarının üstünlük təşkil edilməsi gözləniləndir. Bu cəmiyyətə hələ milli özünü dərkə gətirə bilməmişik. Çünki keçmişlə yaşayan və gələcəyin hansısa bir şəkildə layihəsini beynində canlandırmayan bir cəmiyyətik. Bu cəmiyyət adlarda da olsa belə keçmişə qayıdır. Gələcəklə bağlı hansısa bir şəkildə bir proqramı, yaxud da düşüncəsi ola bilməz. Təbii ki, bu türk adlarının kifayət qədər siyahısı var, bunu müəyyən dərəcədə təbliğ etmək də lazımdır. Ən azından ağıllı insanlar daha çox bu istiqamətə yönələcəklər. Bu da müəyyən dərəcədə bu sahədə olan problemləri ortadan qaldıra bilər”.

Sosioloq Lalə Mehralı diqqətə çatdırıb ki, ölkəmizin adqoyma mədəniyyətində təkrarlanan ad çoxdur:

“Bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn, 5 Zəhra olur. Kim olduğu anlaşılsın deyə ayama qoşulur uşaqlara – eynəkli Məhəmməd-qara Məhəmməd, balaca Zəhra-uzun Zəhra, arıq Hüseyn, kök Hüseyn. Əslində ad alternativimiz çoxdur, amma var olan adları bəyənməyən olanda da yaradıcılığı olan özü yeni ad yarada bilər, milli köklü və gözəl mənası olan. Bütün hallarda uşaqlara gözəl ad verilməlidir ki, adından utanmasın. Pakistanda isə son illər yenidoğulmuşlara Məhəmməd adının verilməsi qadağan edilib. Buna səbəb, bu adın Pakistanda çox yayılması və hər hansı cinayət hadisəsi baş verdikdə suçlunu yaxalama zamanı böyük çaşqınlıq yaratmasıdır. Yəni ad yaxşıdır, amma vəziyyətə görə qoyulması qadağandır”.

Sosioloq deyib ki, insanın adının taleyinə sirayət etməsi inancı Qədim Misir və hind mədəniyyətindən qaynaqlanır:

“Maraqlı burasıdır ki, Hindistanda hələ də bu ənənəyə sadiq qalırlar. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün astroloq-kahin-münəccim çağırılır, o müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Yəni adın tale olması fikri aktualdır. Doğrusu, uşaqlara həm milli köklü, həm də müasir ad seçməyin tərəfdarıyam. Həmçinin mənası gözəl, bütün dillərdə səslənməsi estetik, virtual platformada istifadəsi rahat olmalıdır. O səbəbdən uşaqlara ad seçəndə tərkibində ə, ü, ğ, x, ö, ş kimi hərflər olan adlar olmamasına diqqət etmək lazımdır ki, virtual platformada yazıldıqda dəyişikliyə uğramasın. Məsələn, Lalə adını virtual məkanda ya Lala, ya da Lalə olaraq yazmalı oluruq, amma Sevda adını olduğu kimi yazırıq. Bu hərfləri ona görə deyirəm ki, onlar olanda ad başqa dillərdə başqa cür tələffüz edilir. Məsələn, Əli adını başqa dildə tələffüz edəndə Ə hərfi A ilə əvəzlənir, amma tutaq ki Azad adı dəyişmir. Çox görürəm, uşağına Məhəmməd adı verib onu Maqa, Mika çağıranları. Adı bəyənərək, sevərək qoymaq lazımdır uşağa, nə uşaq, nə valideyn narahat olmamalıdır o addan”.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Leyla Turan
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Fevral 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1217

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri