Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Bir sinifdən 5 kursant: 307 nömrəli məktəbin məzunlarının uğuru

Bir sinifdən 5 kursant: 307 nömrəli məktəbin məzunlarının uğuru

Icma.az bildirir, Dogru.az portalına istinadən.

307 nömrəli tam orta məktəbin 11 “Ç” humanitar-riyaziyyat-iqtisadiyyat təmayüllü sinfinin 5 məzunu xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunaraq kursant adını qazanıb.

Eyni sinifdən 5 şagirdin 3 müxtəlif xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olması məktəb kollektivi və müəllimlər üçün böyük uğur kimi qiymətləndirilir. Məzunların hər biri Azərbaycan dili və ədəbiyyat müəllimi Sərxan Şahverdiyevin dərs dediyi və hazırlığı ilə şəxsən məşğul olduğu şagirdlərdir.

Polis Akademiyasına iki qəbul

Aybaxan Babayev 573,1 balla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olunub. Onun Azərbaycan dili üzrə buraxılış imtahanı nəticəsi 83 bal olub. Blok imtahanında Azərbaycan dilindən 30 sualdan 29-na, ədəbiyyatdan isə 30 sualdan 26-na düzgün cavab verib.

Əliyev Qərib isə 487,2 balla Polis Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olunub. O, Azərbaycan dili üzrə buraxılış imtahanından 83 bal toplayıb. Blok imtahanında Azərbaycan dilindən 20, ədəbiyyatdan isə maksimum nəticə – 30 düzgün cavab göstərib.

Heydər Əliyev adına Hərbi İnstituta qəbul

Qənbərli Sinan 399 balla Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunub. Seçim əsasında Tarix–Beynəlxalq münasibətlər ixtisasını seçən Sinan Azərbaycan dili üzrə buraxılış imtahanından 86 bal toplayıb. Blok imtahanında Azərbaycan dilindən 17, ədəbiyyatdan isə 18 suala düzgün cavab verib.

DSX Akademiyasına iki məzun

Zeynalzadə Cavidan 207 balla Dövlət Sərhəd Xidməti Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına qəbul olunub. Onun Azərbaycan dili üzrə buraxılış imtahanı nəticəsi 62,5 bal, blok imtahanında ədəbiyyat üzrə nəticəsi isə 18 doğru cavab olub.

Sinfin digər məzunu Yusifov Oruc da Dövlət Sərhəd Xidməti Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına qəbul olunaraq kursant adını qazanıb. O, 165 bal toplayıb. Orucun Azərbaycan dili üzrə buraxılış imtahanı nəticəsi 55 bal olub.

Beləliklə, 307 nömrəli tam orta məktəbin 11 “Ç” sinfindən 5 məzun 3 xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub: 2 şagird DİN-in Polis Akademiyasına, 1 şagird Heydər Əliyev adına Hərbi İnstituta, 2 şagird isə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul edilib.

Doğru.az xəbər verir ki, əldə olunan nəticə məktəbdə şagirdlərin akademik inkişafına, peşə seçiminə, məqsədyönlü hazırlığına və vətənpərvərlik ruhunda yetişdirilməsinə göstərilən diqqətin göstəricilərindən biri kimi qiymətləndirilir.

Məktəbin direktoru Nizami Qasımzadənin rəhbərliyi ilə şagird nailiyyətlərinə göstərilən diqqət, müəllimlərin təşəbbüslərinə verilən dəstək və məktəbdə yaradılan sağlam təhsil mühiti də bu uğurun əldə olunmasında mühüm rol oynayıb.

Azərbaycan dili və ədəbiyyat müəllimi Sərxan Şahverdiyev şagirdlərinin nəticələri ilə bağlı bildirib ki, onların hər birinə dərs deyib və hazırlıqları ilə şəxsən məşğul olub.

Müəllim şagirdlərinin uğurunu öz uğuru kimi qiymətləndirərək onların gələcəkdə dövlətə, xalqa və Vətənə şərəflə xidmət edən layiqli zabitlər olmasını arzuladığını bildirib.

Bir sinif, 5 kursant, 3 xüsusi təyinatlı ali təhsil müəssisəsi. Bir amal – Vətənə xidmət!

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://dogru.az
archiveBu xəbər 20 Avqust 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri