Icma.az
close
up
RU
Bir vaxtlar ailə faciəsi kimi qəbul edilən boşanmalar niyə adiləşdi? BİLİNMƏYƏN TƏRƏFLƏR KONKRET

Bir vaxtlar ailə faciəsi kimi qəbul edilən boşanmalar niyə adiləşdi? BİLİNMƏYƏN TƏRƏFLƏR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Bu gün Azərbaycanda boşanmalar cəmiyyətin sosial anemiya halına keçib. Yəni bu hal xronikləşib. Ümumiyyətlə, mətbuat nə qədər boşanmalardan bəhs etsə, rəqəmlər daha da artacaq. Ona görə də, yaxşı olar ki, boşanma mövzusu mətbuatda bir qədər məhdudlaşdırılsın.”

Bu fikiləri KONKRET.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

“Boşanmaların səbəbinə gəlincə, əsasən insanların düşüncə transformasiya yaşaması ilə bağlıdır. Azərbaycan mərkəzi cəmiyyət olduğuna görə, burada ailə institutuna da cəmiyyət nəzarət edirdi. İnsanlar qlobal dünya açıldıqdan sonra başqa ölkələrdə olan həyat tərzini gördülər. Seriallardakı həyat tərzlərini təqlid etməyə başladılar. Bir vaxtlar boşanmalar ailə faciəsi kimi qarşılanırdı. İndi isə boşanmalara tolerant yanaşırlar.

Boz boşanma- yəni, 50 yaşdan sonra boşanmaların sayı artıb. Keçən il 5 minə yaxın olub. Yeni tendensiyadır. Azərbaycan üçün heç vaxt xarakterik olmayıb. Uşaqlı ailələrdə də boşanmaların sayı artıb. Boşananların 50-60 faizi uşaqlı ailələrdə baş verib. Halbuki, əvvvəllər uşaqlı ailələrdə boşanma çox az idi. Uşaq ailəni bağlayan halqa idi. Bu da onu göstərir ki, düşüncəmizdə tranformasiya yaşanıb. Bugün ki, Azərbaycan adamı daha eqoist, bəncil , yəni zövqə düşkün bir həyat tərzinə meyilləniblər. Çox əfsuslar olsun ki, hələ də boşanma dinamikası artan istiqamət üzrə gedəcək.”

Sosioloq qeyd edir ki, boşanmalara səbəb kimi başqa arqumentlər də var.

“Əvvəl qadınlar daha çox evdar idi. Bu da şübhəsiz ki, qadınları kişilərdən iqtisadi asılılığa salırdı. Bilirdilər ki, boşandıqları təqdirdə çətin həyat şəraiti onları gözləyəcək. Amma qadınlar iqtisadi cəhətdən ayaq da durduqdan sonra köhnə qayda ilə yaşamaq istəmədilər. İqtisadi məşğul əlahiyə çevrildikcə daha müstəqil eqoist həyat sürdürməyə başladılar. Kişilər də köhnə qayda ilə idarə etməyi bacarmırlar. Bu fonda da boşanmalar artır.

Xəyanət əsasında boşanmalar son zamanlar daha da çoxalıb. Sosial şəbəkə platformaları xəyanətləri daha çox üzə çıxarır. Əvvəllər ağsaqqallar boşanmalara müdaxilə edirdi. Əvvəl mürəkkəb ailələr çox idi. Yeni qurmuş ailə, ana, ata ilə yaşayırdı. Ailə böhranlarını valideynlər tənzimləyirdi. Artıq indi valideynlərlə yaşamırlar. İndi isə ötəri konflikt belə boşanmalara gətirib çıxarır. Biz boşanmalara baxdıqda görürük ki, bu, sadə şeylərə görə baş verir. Yəni vaxtında psixoloq və sosioloq müdaxiləsi olsa, bu boşanmaların çox hissəsinin qarşısını almaq mümkün olar. Boşanmış ailədə doğulmuş uşaqlar, sanki potensial ayrılmağa hazır olur. Ailə sağlamdırsa, cəmiyyət də sağlam olur. Biz bilməliyik ki, natamam ailədə böyüyən uşaq travmalı böyüyür.”

Onun sözlərinə görə, hər birimiz çalışmalıyıq ki, ailə dayanıqlığı olsun.

“Boşanmalar artıqca dövlət üçün də maliyyə yükü çoxalır. Dövlət də maraqlıdır ki, ailə sabit, dayanıqlı olsun. Orta məktəblərdə ailə dəyərləri aşılanmalıdır. Çox təəssüflər olsun ki, bəzən KİV-lərdə , televiziyalarda boşanmış insanlar, məhşur imzalar boşanmanı təbliğ edirlər. Sosial şəbəkələrdə boşanma partiyaları keçirilir. Beləliklə bu hallar boşanmaya səbəb ola bilir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri