Icma.az
close
up
RU
Tərəflər niyə güzəştə getmirlər?

Tərəflər niyə güzəştə getmirlər?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

“Avroüçlük” və ABŞ İranla bağlı qətnamə layihəsini MAGATE-yə təqdim edib

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı vəziyyət son aylar həm diplomatik, həm də hərbi səhnədə gərginləşib. Böyük Britaniya, Almaniya, Fransa və ABŞ çərşənbə axşamı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) idarə heyətinə İranın nüvə obyektlərinə və ölkədəki zənginləşdirilmiş uran ehtiyatlarına tam giriş tələb edən qətnamə layihəsi təqdim ediblər.

Avropa ölkələri və ABŞ qətnamə layihəsi ilə Tehrana diplomatik təzyiqi artırmaq və nüvə fəaliyyətinə nəzarəti gücləndirmək niyyətində olduqlarını nümayiş etdirirlər. Qətnamədə İrandan bütün nüvə obyektlərinə və uran ehtiyatlarına tam giriş imkanı təmin etməsi tələb olunur. Bu da danışıqlar prosesində Qərbin mövqeyini möhkəmləndirmək məqsədini daşıyır. Bu addım, eyni zamanda, beynəlxalq legitimlik qazanaraq Tehrana siyasi təzyiq göstərmək üçün nəzərdə tutulub.

Tehran qətnaməyə sərt reaksiya verib və onu suverenliyinə müdaxilə kimi qiymətləndirib. Bildirilib ki, ölkədə heç bir gizli nüvə obyekti yoxdur və bütün mövcud obyektlər MAGATE-yə məlumdur. İranın ali liderinin müşaviri Kamal Xarrazi açıqlamasında bildirib ki, son vaxtlar baş verən hücumlar səbəbindən bəzi işlər dayansa da, bütün nüvə fəaliyyəti şəffaf şəkildə aparılıb. O, həmçinin vurğulayıb ki, İran uranın zənginləşdirilməsini tam dayandırmaq barədə danışıqlar aparmayacaq, yalnız zənginləşdirmə səviyyəsinin tənzimlənməsi məsələsinə açıqdır. Tehranın mövqeyinə görə, bu proqram, əsasən, mülki məqsədlər üçün, xüsusilə enerji və tibbi ehtiyacların ödənməsi üçün vacibdir.

Xarrazi, eyni zamanda, ballistik raket proqramının heç bir halda danışıqlar mövzusu olmayacağını bildirib. O, bunu ölkənin milli təhlükəsizlik siyasətinin ayrılmaz hissəsi kimi qoruduqlarını vurğulayıb.

Bu açıqlamalar göstərir ki, İran danışıqlara qarşı deyil, lakin prosesi yalnız öz şərtləri və qırmızı xətləri çərçivəsində aparmağa hazırdır. Tehran mövqeyini 3 əsas prinsip üzərində qurur: ilk addımı ABŞ atmalıdır, çünki regionda gərginliyin əsas səbəbi Vaşinqtondur. İkincisi, uranın zənginləşdirilməsi tam dayandırılmayacaq, yalnız səviyyəsi üzərində müzakirə aparıla bilər. Üçüncüsü, ballistik raket proqramı müzakirə mövzusu deyil.

Bu prinsiplər İranın diplomatik çərçivəsinin nə qədər sərt və güzəşt imkanlarının məhdud olduğunu ortaya qoyur. ABŞ-dan ilk addımın tələb edilməsi Vaşinqtonun siyasətinə qarşı psixoloji üstünlük cəhdi kimi qiymətləndirilə bilər. Uranın zənginləşdirilməsinin dayandırılmasının rədd edilməsi proqramın milli suverenlik məsələsi kimi qorunduğunu göstərir. Ballistik raket proqramının müzakirədən kənarda saxlanılması isə Qərbin əsas narahatlıqlarından birinə toxunmayacağını nümayiş etdirir. Nəticədə, Tehranın mövqeyi sərt olaraq qalır. İran danışıqların yalnız onun müəyyən etdiyi konturlar daxilində aparılmasını istəyir. Belə olan halda isə İranın mövqeyi diplomatik prosesi yaxın dövrdə perspektivsiz edir. Tərəflər ortaq məxrəcə gələ bilmir. Bununla bağlı ABŞ Prezidenti Donald Tramp maraqlı açıqlama verib. “İran həqiqətən anlaşma istəyir. Mən deyə bilərəm ki, fikrimcə, onlar buna çox can atır”. Tramp bu sözləri Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşü zamanı deyib. O, həmçinin bildirib ki, özü də razılaşmaya tam açıqdır və İranla danışıqlar aparır. Tramp qeyd edib ki, saziş daha əvvəl də imzalana bilərdi, lakin “o vaxt alınmadı”.

ABŞ prezidentinin “İran razılaşma bağlamaq istəyir” bəyanatı həm İran, həm də beynəlxalq auditoriya üçün siyasi mesaj effektinə malikdir. Tramp bununla həm öz diplomatik xəttinin uğurlu olduğu təsəvvürünü yaratmağa çalışır, həm də İranı psixoloji təzyiq altında saxlamağa cəhd edir. Lakin eyni zamanda, ABŞ-ın danışıqlara açıq olduğunu deməsi Vaşinqtonun hələ də siyasi dialoq imkanını saxladığını göstərir. İstənilən halda, hər iki tərəfin mövqeyi fərqli olduğundan sazişin imzalanması qeyri-real görünür.

Eyni zamanda, regionda hərbi gərginlik artmaqda davam edir. Nüvə obyektlərinin hədəfə alınması məsələsi problemin yalnız diplomatik və texniki yox, həm də strateji və ideoloji tərəflərini önə çıxarır. 13 iyunda İsrail İran ərazisində hərbi əməliyyat həyata keçirib, bir gün sonra İran cavab tədbirləri görüb. Bundan 9 gün sonra isə ABŞ üç İran nüvə obyektini hədəfə alıb, İran isə 23 iyunda Qətərdəki ABŞ bazasına raket zərbəsi endirib. 24 iyunda tərəflər arasında atəşkəs əldə olunub. Bu hadisələr regionda təhlükəli hərbi–diplomatik mənzərəyə işarə edir.

Deməli, nüvə proqramı İran üçün həm strateji, həm də ideoloji məsələdir. Bu proqram milli suverenliyin və dövlətin simvolik tərkib hissəsi sayılır. Hərbi hücumlar isə Tehran tərəfindən ciddi cavab tədbirləri ilə qarşılanır. Bu isə regionda arzuolunmaz gərginliyin və təsadüfi eskalasiyanın artma riskini yüksəldir, tərəflər arasında hərbi etimadsızlığı dərinləşdirir.

Ümumiyyətlə, hazırkı vəziyyət nüvə danışıqlarının bərpasını çətinləşdirir və regionda onsuz da həssas olan təhlükəsizlik balansına əlavə risklər gətirir. Qərbin təzyiq və sanksiya strategiyası Tehran tərəfindən qarşılıqlı etimad mexanizmi yaradılmadan səmimi qəbul edilmir.

Politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı XQ-ya bildirdi ki, hər iki tərəf razılaşmaq istəyir, lakin güzəştə getməyə hazır deyillər: “İran uranın zənginləşdirilməsini davam etdirmək, sanksiyaları aradan qaldırmaq, danışıqlarda bərabər statusa sahib olmaq və raket proqramını müzakirəyə çıxarmamaq istəyir. Amma bu o qədər də asan görünmür. Çünki ABŞ və İran arasındakı danışıqlarda dərin etimadsızlıq mövcuddur. İran hesab edir ki, 2018-ci ildə ABŞ sazişdən çıxmaqla öhdəliyini pozub, ABŞ isə İranın son illərdə zənginləşdirməni artırmasını və bölgədəki fəaliyyətini əsas gətirərək Tehranın geri addım atmasında maraqlıdır. Vaşinqton uranın zənginləşdirilməsini saziş səviyyəsinə, yəni 3,67 faizə endirmək və ehtiyatları azaltmaq istəyir. İran isə zənginləşdirmənin artırılmasını sanksiyalara cavab olaraq izah edir və səviyyəni yalnız sanksiyalar ləğv edilərsə, azaltmağa hazır olduğunu bildirir.

Sanksiyaların aradan qaldırılması və zəmanətlər mövzusunda da fikir ayrılıqları mövcuddur. ABŞ sanksiyaların mərhələli şəkildə, İranın öhdəlikləri yerinə yetirməsindən sonra qaldırılmasını təklif etsə də, Tehran neft və bank sektorlarına aid sanksiyaların tam və zəmanətli şəkildə ləğvini tələb edir.

Nəticədə paradoksal vəziyyət yaranıb: hər iki tərəf razılaşmaq istəyir, amma geri çəkilmək istəmir. Bu isə danışıqları başlanğıc mərhələsində çətinləşdirir, regionda hərbi qarşıdurma riskini yüksək saxlayır. Tərəflər arasında etimadın zəif olması və kiçik təxribatların belə yeni eskalasiyaya çevrilmə ehtimalı diplomatik mühitin gərginliyini artırır”.

Beləliklə, hazırkı vəziyyətdə diplomatik və hərbi ölçülər iç-içə keçib, qarşılıqlı güvənsizlik isə danışıqları hər an pozmağa qadirdir. Dialoq imkanları tam bağlanmayıb, lakin hər iki tərəfin sərt qırmızı xətləri və güzəştsiz mövqeləri yeni böhran riskini davamlı olaraq gündəmdə saxlayır. Regionun gələcəyi isə tərəflərin bu gərginliyi nə dərəcədə idarə edə biləcəyindən asılı olacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri