Icma.az
close
up
RU
Bir xanımın son sözləri Ceyhun Ərmən Vedili

Bir xanımın son sözləri Ceyhun Ərmən Vedili

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Ceyhun Ərmən Vedilinin "Bir xanımın son sözləri" hekayəsini təqdim edir.

Güclü partlayışlar, ordunun yerişi, uçurducular (dronlar), bıçaq səsləri qanlı döyüşün arxada buraxdığı ölüləri, yaralıları, yağı ordusunun güclə yağının ordusuna yaraq (silah) buraxdırıldığı cəng (müharibə) öz sözünü yeni-yeni dedirtdiyi doğruculluğu (reallığı) barışlılığı (sülh masasını) döyüşün yazqısı çözülürdü (həll edilirdi).

Bu döyüşdə döyüşənlər, arasında Selgün ilə Süsel bir-birindən seçilmiş, ər-xatun evliliyindən çox iki döyüşçülərin yaşamı (həyatı) da 18 yaşından bu yana çox dəyişmişdi. İkisi birlikdə orduya yazılmış, qızın yaxınları bununla bağlı çox üzgün (kədərli) durumda (vəziyyətdə) qalırdılar. Onlar qızı bu düşüncədən daşındırmaq istəmiş, ama, alınmamışdır. Onlar da bunu düşünürdülər, qadınların orduda qulluq etməsi düzgün olmaz.

Günlərin bir günü iki yaşam (həyat) yoldaşı Süsel udu (və) Selgün bir dinclik bağında danışığa başladılar. Onlar yaz aylarının birində Göyçəyə gəzməyi öncədən istəyirdilər. Göyçə gölü Xəzər gölündən də arıdır (təmizdir). Onlar üçün ən qutsal işlərdən birisi də Azərbaycanı qarış-qarış gəzib, Yurdu tanımaqdır. Yurdun çoxlu gəzməli-görməli yerləri var. Keçən il Qonaqkəndi, Dərbəndi, o biri bölgələri gəzmişdilər.. Onlar yerli yaşayanlardan öyrənmişdilər, o bölgələr Azərbaycanın yönətiminə (idarəsinə) keçəndən, bu günəcən oralarda iri ölçülü quruculuq işləri gedir. Gənclər bu gün dinclik bağında quşların oxuduqları yirləri (melodiyaları), əsən yelin tərpətdiyi yarpaqların səsini böyük istəklə qulaq asan cütlük sonunda (nəhayət) danışmağa başlamaqla yanaşı gələcəklə bağlı düş (xəyal) qururdular.

- Ey çiçəyim, ey günəşim sən mənim ən böyük almazımsan.
- Canım, dəyərlim, ayım sən də mənim üçün böyük dəyərsən. Biz-bizə yetərik.
- Bu il İrəvana, Göyçəyə, Zəngəzura gedərik. Gələn ildə Kərkükə, Mosula, Ərbilə baş çəkərik. Ər yoldaşının saçına əl gəzdirdi.
- Türklər gərək yenidən Altın Almaya doğru yeriyib, addımlasınlar. Xanım başını ərinə söykədi.
- Selgün sən necə bir gələcək istərdin? Biz hamımız belə baxanda öz gələcəyimiz üçün çalışırıq. 2000-cilər, 2010-cular, 2020-cilər 2030-cu illərdən çox seçilir. Biz artıq, uçan arabalarla (maşınlarla) bir əngələ qarşılaşmadan uçuruq. Ama, təkcə 2020-ci illərin ilk yarısında belə bir ayrıcalıq (imtiyaz) yox idi. Ama. indi uçan minik arabaları günəşlə çalışır.
- Ərim sən onu deyirsən. Azərbaycan da çox dəyişilib. Balaca Azərbaycandan keçmiş torpaqlarını qaytaran Azərbaycana doğru gedirik. Üstəlik, doğal (təbii) yemək-içmək davarları (məhsulları) başlıca yanaşmalardan biridir.
- Çiçəyim mənə ayrı bir düşüncə düşündürür. Görəsən gələcəyimiz üçün necə gələcək ucaltmalıyıq? Necə etməli, gələcəyin balaları dünəni unutmasın, qurub, ucaltsın?
- Ərənim biz gərək özûmüz də əlimizin daşın altına qoyaq. Sevgi, us (ağîl), dözüm, yınam (inam), bir-birindən üz döndərməmək də başlıca işdir. Yuvamızın odunun sönməyini gərək ikimiz də qoymayaq. Balalarımızı da ulusal (milli) tində (ruhda) böyüdək.

Onlar çox danışdılar. Elə bu an Süselin atası zəng etdi. Dediyindən aydın olur, yeni bir qurğu (texnika) düzəldilib. Çağlıq adı verilən bu qurğu biraz baxmanca (televizora) oxşayır. Onu işə salırsan. İstənilən çağı (zamanı) yığırsan, o da o çağda (zamanda) baş verənləri göstərir. Bu çox uğurlu tapıntıdır. Qıraqdakıların işləməsinə uzaqdan işləmə quruluşunu qıraqdan dəyişdirə bilməyəcəklər. Artıq, Türkün keçmişini də öyrənmək olacaqdır.

Aşına (Asena) tinli (ruhlu) xanım olan Selgün üçün ən yaxın dayağı da əri idi. Bu döyüşdən qabaq da onlar üçün döyüşçü evliyi (mənzili) verilmişdi. Xan tək dolanırdılar. Uzan anlar keçdi. Qızın yaxınları da özlərinin düz etmədiklərini anladılar.

Gənclər öz evləri üçün yüksək basamaqda (pillədə) ev içliyi (mebel), gündəlik işlədilməsi üçün qurğu (texnika), isitmə, soyutma, yelləndirmə (havalandırma) qurğuluqlarını (avadanlıqlarını), yataq, yuyunma (hamam), qonaq, bişirmə (mətbəx), keçid (dəhliz), ayaqyolu otaqları üçün var (hər) dür (cür) gərəkli nəsnələrlə (şeylərlə) döşədilər. Onlar üçün ən gərəkli olan uşaq otağı idi. Ən çox bunun üçün çalışırdılar. Bilgisayar, oyuncaqlar, geyimlər də önəmli işlərdən biri idi.

Var (hər) nəsnə (şey) uğurla gedirdi. Amma bir neçə ildir, gənclərin yuvasında uşaq səsi eşidilmirdi. Günlərin birində Süsel öz xanımına uslu danışmancla (ağıllı telefonla) zəng etdi. Xanımına:

- Selgün bir baş sağlıqçı (həkim) tapmışam. O, mənə deyib, oğul mən budun otaçılığını (xalq təbabətini) bilirəm. Çağdaş bilmə (müasir elmə) ulularımız baxmayaraq, qabaqcıl qurğuları (texnikaları) yox idi, ama. böyük sıçrayış yaşayıblar.
- Xatun nə etmək gərəkdir? Nə edim?
- Oğul xanımını gətir, sizə elə bitkilərdən qarışım düzəldəcəyəm, bir neçə aya şad soraq alacaqsınız.
- Sevgilim, çiçəyim bunu da sınayaq.

Doğrudur. Keçmişdəki sağlıqçılıqla (tibblə) indiki sağlıqçılıq (tibb) arasında böyük bir boşluq var. Bu boşluğu son anlar doldurulması işi baş verməkdədir. Azərbaycanda böyük dəyişikliklər baş verir. İlkin olaraq, sağlıq işçilərinin əməyinin dəyəri qat-qat artıq qaldırıldı. Burada çox qatı dəyişikliklərə gedildi. Azərbaycan Sağlıqçılıq (Tibb) Ürətiki (Sənayesi) Qurumu yaradıldı. Onun içərisində o adı daşıyan Bilik Evi yaradıldı.

Döyüş günündən bir köçdən (saatdan) qabaq sübaşı (general) alpları eləcə də alp qızları yığdı:

- Doğma Türk kimlikli Azərlərim, oğullarım, qızlarım, bu döyüşdə ölməkdə var, yaralı qayıtmaqda olacaq. Siz şanlı bozqurd döyüşçûlərisiniz. Yağı ordusuna acımayın. Ama, döyüşdən üz döndərənlərə, ağ bayraq qaldıranlara da toxunmayın. Türklər qop (həmişə) gücsûzləri qoruyub, doğrunun, düzgünlüyûn yanında olub. Dinc yaşayanlara da öç yedirtməyin (kin bəsləməyin). Sizə döyüşdə uğurlar istəyirəm.
-Buyruq sizindir.

Döyüş başlamış, gərginlik artmış, topçu arabaları, uzağa atanlar, (raketlər), parladıcı arabaları (tanklar), yayaların (piyadaların) tin (nəfəs) kəsən döyüşün artıq, yaralıların, ölülərin soraqları gəlirdi. Ən pis olan da Selgünün yaralanması idi. Döyüş biraz qabaq ərinə şad sorağını verəcəyini demişdi. Süsel yoldaşının yanına gəldi.

-Börüm (canavarım) artıq, sağollaşmaq anı gəlib. çatıb. Gôrürsən necəyəm. Sənə şad sorağım yüklü (hamilə) olmağım idi. Bir balamız doğulacaq. Mənim qurtuluşum olmaya bilər Amma, balamız qurtula bilər.
- Selgün sən də Tanrının istəyiylə yaşayacaqsan! Özünü yorma, olarmı?
- İgidim səndən son istəyim var. Balamız qız olsun, oğlan olsun ayırma. Onlara Yurd, El, budun (xalq) üçün önəmli bir birəy (fərd) tək böyüt. Ôzün də dul qadınla evlən. Amma, o xanımın bəzəyi səni aldatmasın. Başlıca iş onun içəridən necə biri olmasıdır.
- Xanım sən sağ qala bilərsən. Çalış çox danışma. Sənin ürəyin kirli deyil, özün də hamıya əl tutmusan. Bu çətin günü də adlaya bilərsən.

Döyüş Azərbaycanın uğuruyla başa çatmışdı. Qarşı yağı uduzmuş, qırdaların (şərtlərin) hamısını yerinə yetirəcəklərinə söz verdilər. Selgün də ölümsüzlüyə (şəhidliyə) qovuşmuş, ama, aız balası sağ qalmışdı. Onun da adını anasının onuruna Selgûn vermişdilər.

İllər keçmiş, Süsellə qızı Selgün anasının basırığına (qəbrinə) gəlmişlər. Qızı böyük uğurlara qol çəkən bir onbaşı idi. Onun düşûncəsində ərənlə xanım arasında ayrıseçkilik salınmamalıdır. Bunun özü də Türklərə yad olan işdir. O qızı atası böyük sevgiylə böyütdü. Ona yaşamın (həyatın) çətin üzünü də daddırdı.

Bir ay keçmişdi. Selgün yüzbaşınacan yüksəldi. O, bağımsız bir Dəmir Xatun adlı birləşmə yaratdı. Bu birləşmə qısa an içində böyük başarılar əldə etdi. Bir il keçmiş minbaşına ucaldı. O da bilirdi, Türk alp qızları nələr ediblər. Dəmir Xatun yağıların başçısı Quruşun başını kəsmiş, bununla da qul oğlu qulu damuya (cəhənnəmə) göndərmişdir.

Ceyhun Ərmən Vedili

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək "Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 May 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri