Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

ƏRmən türklərinin Ani şəhəri: Türkiyə tarixinin haylaşması və Böyük Hayastanyalanları

ƏRmən türklərinin Ani şəhəri: Türkiyə tarixinin haylaşması və Böyük Hayastanyalanları

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün səhər erməni mediasını izləyərkən qarşıma bir məlumat çıxdı. Türkiyəyə məxus olan “ermenihaber” saytı xəbər verir ki, Qars vilayət rəhbərliyi Ani xarabalıqlarına aparan yolda tikinti işlərinə başlayıb:"YUNESKO-nun dünya irsi siyahısında sivilizasiyaların beşiyi sayılan orta əsr Ermənistan paytaxtı An şəhəri yerli və xarici turistlərin böyük diqqətini cəlb etməkdə davam edir".

Bax elə sonuncu cümlə məni ” google” üzərindən araşdırma aparmağa,sonra isə bu məqləni yazmağa sövq etdi.

 Başı bəlalı Ani şəhəri


Hayların “vikipeiya”sında Ani xəyal ürünü olan “böyük Hayastan”ın paytaxtı kimi qeyd edilib:" Ani 961-1045-ci illərdə orta əsrlərdə inkişaf etmiş Baqratuni krallığının paytaxtı olmuşdur. Sonuncunun sərhədləri Sevan , Vana və Urmio gölləri arasındakı indiki Ermənistan yüksəkliklərinin demək olar ki, bütün əyalətlərini əhatə edirdi. Ani şəhərinin tarixi e.ə. IV minilliyə qədər uzanır".

Gerçək mənbələr isə deyir ki, orta əsrlərin ən zəngin şəhərlərindən olan Ani yüksəliş dövrünü ƏRmən qıpçaq tayfası olan Baqratunilər sülaləsi zamanında yaşamışdır. O dövrdə ƏRmən Krallığına tabe olan ərazinin paytaxtı Ani şəhəri olmuşdur. Şəhər o qədər gözəl, o qədər zəngin olmuşdur ki, bütün qonşu dövlətlər ona sahib olmağa çalışmışlar. Qırx qapılı, min bir kilsəli Ani Səlcuqlular, Gürcü Krallığı, monqollar, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı və Çar Rusiyası kimi müxtəlif mədəniyyətlərin daşıyıcıları olan dövlətlərə tabe olub və Anidə hər mədəniyyətdən bir xatirə qalıb. Ona görə də bu gün Türkiyədə Aniylə bağlı məşhur bir məsəl var: Ani bir dünyadır, amma bir dünya Ani etməz".

Hay alimlərinin  sarsaqlaması
XIII əsr tarixçisi Sibt ibn əl-Cövzi bildirir ki, Ermənistan Malazgird döyüşündə
Səlcuqlar tərəfindən zəbt edilənə qədər( Malazgird döyüşü-Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) döyüş baş vermişdir. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi Anadoluda və ətrafında Bizans hakimiyyətinin zəiflənməsində mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır) ƏRmən paytaxtının əhalisi bir milyon nəfərə çatmışdı, onların bir hissəsi öldürülmüş, sağ qalanlar isə əsir düşmüşdür . Sonrakı dövrdə gürcü çarlığının zəifləməsi ilə əlaqədar Şərqi Ermənistanda Zəkəriyyə knyazlığı yaradıldı və onun mərkəzi yenidən Ani oldu “ .

Hay tarixçiləri yazır:"Böyük Hayk səltənətinin qərbində Yüksək Hayk dövləti-dünyası yerləşirdi . O, adını yüksək coğrafi mövqeyinə görə deyil, erməni bütpərəst monastırının bütün tanrılarının məbədlərinin ziyarətgahı olduğuna görə almışdı . Onun qalalarından ən məşhuru Dəranağ vilayətində yerləşən qalası “Ani-Kamax” şəhəri idi . Burada əsas tanrı Aramazdın məbədi tikilmişdir . Ani şəhərinin adı da bu qaladan gəlir  . Aninin adı həm də analıq və məhsuldarlıq ilahəsi, erməni mifologiyasının başçısı Anahitlə bağlıdır" .

Bizans , Baqratuni və Türklər

İndi erməni vikipediyasından götürdüyümüz 4 cümləlik yazıda görün neçə yalan gizlənib. Əvvəlcə qeyd edək ki, ermənilərin ”böyük Ermənistan “adlandırdığı ərazilər əslində Bizans imperiyası və ya Yunan imperiyasının əraziləri olub. Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə qurulan Bizans imperiyasının paytaxtı Konstantinopol (bugünkü İstanbul) olub. Yeri gəlmişkən, Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır.
Adı həm də Şərqi Roma İmperatorluğu olan bu imperiya min ildən artıq varlığını qoruya bildi. Deməli, ermənilərin quraşdırıb tarix düzəltdikləri “böyük Ermənistan” əslində heç olmayıb. 2-ci mövzu olan Ani şəhəri isə ermənilərin nağıllar aləminin bəzəyindən başqa bir şey deyil.
Beləki, Bizansa bağlı olan Bagratuni krallığının paytaxtı Ani şәhәri bir dövlәtә paytaxtlıq etmiş nadir şәhәrlәrdәndir. Qars Malazgird müharibәsindәn öncә -1064-cü ildә Sultan Alparslanın oğlu Mәlikdaş tәrәfindәn fәth edilib və o dövrlәr türklәrin nәzarәtinә keçib.
Osmanlı İmperiyasının ərazilərinin genişlənməsindən sonra Bizans imperiyasının əlində demək olar ki, təkcə İstanbul qalmışdı. 1453-cü ildə II Mehmetin Konstantinopolu tutmasından sonra Bizans imperiyası süqut etdi. 
1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb.(Yeri gəlmişkən, akademik N.Marr erməni tarixi mənbələrinə istinad edərək yazırdı ki, ermənilər Hindistandan Bizansın şərqinə (indiki Suriya-Livan ərazisinə) qaçıb gəlmiş qaraçı tayfalarından törəyiblər").

Nələr çəkib başın sənin, Türkiyə!

Türkiyəyə aid mənbələrdə deyilir:” Ani şәhәrinin hәr küncündә mәscid, kilsә vә Sәlcuqlular tәrәfindәn inşa edilәn saraya rast gәlә bilәrsiniz. Bölgәnin tәbiәti isə əvəzsizdir. Qars şəhəri və qalası Türkiyәnin şimal-şərq sərhədlәrindә yerlәşir. Sәlçuqlu İmperiyası dövründә şәhәr Türk dövlәtinin qәrb sәrhәdindәydi. Qars qalası bölgәnin düşmәn qüvvәlәrindәn qorunması mәqsәdi ilә inşa edilib.
Qarsda mövcud olan hava limanı, dәmir yolu şәhәrin iqtisadi әhәmiyyәtini artırır. Qarsda gәzilәcәk çox yer var. Buranın kaşar pendiri çox məşhurdu. Mətbəxi də xüsusi ləzzəti ilə seçilir. Qars hәmçinin özünә mәxsus evlәri ilә dә diqqәtlәri cәlb edir”.
Məlumdur ki,böyük şəhərlərin tikintisində fəaliyyət göstərənlərin bir çoxu müxtəlif xalqların nümayəndələri olur. Xüsusən, Qərblə Şərqi birləşdirən ticarət xətti – İpək Yolu üzərində yerləşən belə bir unikal ərazi! O dövrdə hayların o əraziyə gəlməsi və tikintidə fəhlə , çox vaxt isə usta kimi çalışması bir sıra abidə və kilsələrə möhür kimi düşüb.

Bundan təsirlənən “goreşən- hay alimlər həmin abidə və kilsələri “erməni irsi”kimi qeydiyyata alıblar. Bu səbəbdən də başını “goreşən- tarixçi alimlərin” qondarma nağılları ilə xarab edən haylar özlərində azacıq güc tapan kimi terror dəstələri quraraq türklərə qarşı xain planlar qurmuş, onların kütləvi şəkildə məhv edilməsini təşkil etmişdilər. Məsələn, 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular. Səhər erkən qala alındı.

 Hay yox, ƏRmən


Son olaraq , məqaləni türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilovun ƏRmən xalqının tarixi ilə bağlı yazdığı araşdırma məqalə ilə bitiririk:"
Subarlardan batıda və güneydə Qamər boylarının yerləşməsi məlumdur. Van gölü ilə Qamər bəyliyi arasında subar boylarının bir qolu olan ƏRMƏN boyu yaşayırdı. Selevki çağında da burada ƏRmən canişinliyi vardı. Atropatın vaxtında Azərbiqan elinin qonşusu sayılan ƏRMƏN bölgəsi yalnız e.ə.II əsrin əvvəlində Ərtaşesin səyilə müstəqil dövlətə çevrildi.
Göründüyü kimi Doğu Anadoluda ortaya çıxan Ərməniyyə bölgəsinə hayların gəlib “erməniləşməsi” olayına qədər burada “hay” izindən daha çox başqa xalqların ,o cümlədən türklərin izi vardır və təsadüfi deyildir ki, 1071 ci ildə Malazgirt savaşında yunanlar tərəfində olan yerli xristian türkləri çoxu savaş başlayanda Arparslanın tərəfinə keçdi.Maraqlıdır ki, VI əsrdə Ərməniyyənin iç bölgələrində də türk adları qalmışdı.
Hayların başlanmış erməniləşmə prosesi xristianlığın yayıldığı çağlarda intensivləşdi. Belə ki,Alban türklərinin ardınca Erməniyyə türklərinin xristianlığı qəbul etməsi ilə ERMƏN etnonimi əlavə “xristian” anlamı da qazandı. Zatən Ermən bölgəsinə gəlib yerləşən haylar qonşularının gözündə erməniyəli idi və xristianlaşmış haylara ERMƏNİ (xristian) deyilməsi təbii idi. Lakin hay qaynaqlarının özü hələ bir neçə əsr ERMƏN ilə Hayk toponimlərini ayri- ayri ölkə kimi verirdi. Akadenik Q.Kapansyan hayların etməniləşmə tarixini bir necə əsr qədimə çəksə də ,onun bu fikri ilə razılaşmaq olar ki,öz dilinə və mədəniyyətinə görə Ərməniyyə ölkəsinin xalqı hurri-subar (türk) boylarına aid idi. Haylar isə tarixi Urartunu etnik- mədəni və siyasi cəhətdən mənimsəmiş və yerli əhali ilə davam edən qovuşma bir-iki əsrdən sonra başa çatmışdır.
Beləliklə ,Azərbiqanın batı qonşuluğunda olan Ərməniyyə ölkədinin yerli əhalisi türklər və Urartu çağından qalma qafüaxdilli boylar idi. Bura sonradan gələn haylar yerli Ərmən türkləri kimi xristianlaşıb “erməni” oldular".


P.S. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyasında Türkiyənin “Ani Arxeoloji ərazisi” Ümumdünya İrs Siyahısına qəbul edildi
Əntiqə Rəşid

 Məqalə hazırlayarkən araşdırma və tədqiqatlarından istifadə etdiyim bütün tarixçilərə dərin təşəkkürümü bildirirəm. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri