Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Bir yay qədər ömrü olan “Duzdağ” Neftçalada maraqlı təbiət hadisəsi

Bir yay qədər ömrü olan “Duzdağ” Neftçalada maraqlı təbiət hadisəsi

Icma.az bildirir, Azertag portalına istinadən.

Neftçala, 14 avqust, AZƏRTAC

Yay aylarında Neftçalanın Xıllı qəsəbəsinin yaxınlığında maraqlı təbiət mənzərəsi formalaşır, ucsuz-bucaqsız çöllük sanki qar örtüyünə bürünür. Lakin bu, qar deyil, günəşin istisi nəticəsində yaranan təbii duz təbəqəsidir. Yerli əhali arasında həmin ərazi “Duzdağ” kimi tanınır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xıllı qəsəbəsindən bir neçə kilometr aralıda yerləşən “Duzdağ” illərdir diqqəti cəlb edir. Yay aylarında əraziyə gələn insanlər burada yaranan duzdan istifadə edirlər.

83 yaşlı Xıllı qəsəbə sakini İmanverdi Zeynalovun sözlərinə görə, “Duzdağ”ın yaranması ilə bağlı müxtəlif rəvayətlər nəsildən-nəslə ötürülüb. Bildirildiyinə görə, ərazi vaxtilə Xəzər dənizinin suları altında olub, suyun geri çəkilməsindən sonra isə burada duz yataqları formalaşıb. "Qış aylarında burada qrunt suları üzə çıxır. Yayda hava istiləşəndə su tədricən buxarlanır, burada qalın duz təbəqəsi qalır. Bu mənzərə hər il təkrarlanır. Sakinlər duzu yığıb, ehtiyacları üçün istifadə edirlər. Neftçaladakı bu duzun tərkibi laboratoriyada analiz olunsa, bəlkə də, çox qiymətli bir məhsul olduğu ortaya çıxar”, - deyə İmanverdi Zeynalov diqqətə çatdırıb.

Sakinlərin sözlərinə görə, əvvəllər “Duzdağ”ın ərazisi daha geniş olub. İllər keçdikcə təbii amillərin təsiri ilə sahə azalıb. Onların bildirdiklərinə görə, duz layının tam formalaşması təxminən 40 gün çəkir. Yayın sonlarında yağan ilk yağışlar zamanı isə duz təbəqəsi tədricən əriyərək yox olur.

Xıllı qəsəbə sakini Vidadi Həmzəyev deyir ki, “Duzdağ” yerli əhali üçün yeni “kəşf” deyil. O, uşaqlıq illərindən bu əraziyə gəldiklərini və buradan duz apardıqlarını bildirir:“Deyilənə görə, bu duzun xeyri çoxdur. Vaxtilə bu duzdan əsasən balıqları duzlamaq üçün istifadə edirdilər. Həmin balıqların daha dadlı olduğu deyilirdi”.

“Duzdağ”dan toplanan duzdan yalnız Neftçala sakinləri istifadə etmirlər, digər rayonlardan gələnlər də ərazidən duz aparırlar. Xüsusilə heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri bu təbii məhsula maraq göstərirlər. Onların sözlərinə görə, duzu heyvanlara verirlər.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də ərazidə xeyli duz toplanıb. Həmin duzun bir hissəsindən istifadə olunub, qalanı isə hələ də ərazidədir.

Müxbir - Aydın Yavərzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri