Icma.az
close
up
RU
Birbank kartlarında yeni komissiya qaydası müştərilərin narazılığına səbəb olub

Birbank kartlarında yeni komissiya qaydası müştərilərin narazılığına səbəb olub

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kapital Bank noyabrın 27-dən etibarən Birbank debet və taksit kartları, eləcə də  ko-brend kartları üzrə yeni komissiya tətbiq edəcəyini açıqlayıb.AzPost xəbər verir ki, bankın rəsmi məlumatına görə, şəxsi vəsaitlərin bankomatlarda nağdlaşdırılması və ya digər bank kartlarına köçürülməsi zamanı 1 faiz komissiya tutulacaq. Bu məbləğ minimum 1 manat (və ya 1 dollar, 1 avro) olacaq.

Bankın açıqlamasında qeyd olunur ki, bu dəyişiklik yalnız müvafiq SMS və ya Birbank tətbiqindən bildiriş almış müştərilərə aiddir. Kapital Bank bildirir ki, öz kartları arasında köçürmələr əvvəlki kimi limitsiz və komissiyasız qalacaq.

Lakin sosial şəbəkələrdə və istifadəçi qruplarında bu qərar müştərilər arasında ciddi narazılıq yaradıb. Bir çox istifadəçi yazır ki, bu addım müştəriləri itirməyə gətirib çıxaracaq. Bəziləri artıq Birbank kartlarını bağladıqlarını və digər banklara keçdiklərini bildiriblər.

Şərhlərdə qeyd olunur ki, bu dəyişiklik “ayrı-seçkilik” kimi qarşılanır, çünki yalnız bəzi müştərilərə tətbiq olunur. Digərləri isə hesab edir ki, bu, gələcəkdə bütün müştərilərə şamil ediləcək.

Bəzi istifadəçilər Birbank-ın cavablarını “şablon və qeyri-səmimi” adlandırıblar. Onlar qeyd edirlər ki, bankın “yalnız SMS alan müştərilərə şamil olunur” açıqlaması vəziyyəti izah etmir və daha çox çaşqınlıq yaradır.

Bank nümayəndələri isə bildiriblər ki, limitlər və şərtlər sistem tərəfindən avtomatik müəyyən edilir və hər müştəri üçün fərqli ola bilər.

İstifadəçilərin bir qismi bu qərarın müştəri loyallığını ciddi şəkildə azaldacağını, bəziləri isə “birkartın zibil qutusuna gedəcəyini” yazıblar.

Mütəxəssislər hesab edir ki, bu cür dəyişikliklər əvvəlcədən ictimaiyyətə daha aydın şəkildə izah edilməli və müştərilərin etimadı qorunmalıdır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri