Icma.az
close
up
RU
Birdəfəlik ödənişləri kimlər alacaq?

Birdəfəlik ödənişləri kimlər alacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılmış “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək.

Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq. Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanuna da müvafiq dəyişikliklər təklif olunub.

Qeyd edək ki, bu gün bir çox dünya ölkələrində yaş həddinə görə əmək fəaliyyətinə xitam verilənlərə birdəfəlik haqq ödənilir.

Ölkəmizdə isə hələ bu qayda tətbiq edilmir. Ancaq bu da bir faktdır ki, dünya ölkələrində birdəfəlik ödənişdən çalışan əhalinin əksəriyyəti yararlanır. 

Ölkəmizdə də bunu yalnız dövlət qulluqçularına deyil, bütün işəgötürənlərə şamil etmək olarmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, həmin məsələ uzun müddət idi müzakirə olunurdu və indi bu cür qəbul olundu:

“Burada əsas problem ondan ibarətdir ki, bizdə dövlət qulluqçularının sayı azdır. Ümumilikdə 26-27 min nəfərdir. Ancaq büdcə təşkilatlarında çalışanların ümumi sayı 900 minə yaxındır. Ona görə də bu yükün ağır olacağı üçün bunun hamıya şamil etməkdən çəkindilər. 

Çünki büdcənin gəlir hissəsində problemlər var. Ancaq bu da bərabərlik hüququnun pozuntusudur. Bunun bir fərqi yoxdur, insanlar dövlət qulluqçusudur və yaxud başqa bir sahədə çalışırlar. Özəl sektorda bunu dövlətin qərarı ilə etmək mümkün deyil.

O zaman məcbur edə bilər ki, özəl sektor ödədiyi qədər vergini az ödəsin. Yəni bir işçiyə 5 min manat ödəyirsə, ilin sonunda onun vergi borcundan 5 min çıxılsın. Buna da dövlət getməz”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Birdəfəlik ödənişlər Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri