Birdən nəfəsin daralırsa... DİQQƏT
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Son illərdə panik atak hallarının artdığını bildirir. Xüsusilə, daha çox 20-30 yaş aralığında olan şəxslərdə rast gəlinən bu vəziyyət qadınlarda üstünlük təşkil edir.
Panik atak nədir?
Panik atak birdən başlayan və getdikcə şiddətlənən qorxu və narahatlıq tutmaları ilə xarakterizə olunur. Adətən bir neçə dəqiqə içində pik nöqtəyə çatır və aşağıdakı simptomlardan dördü və ya daha çoxu eyni anda meydana çıxır:
Həddindən artıq tərləmə
Əsəbilik və ya titrəmə
Ürək döyüntülərinin sürətlənməsi və ya güclü hiss olunması
Nəfəs darlığı və ya boğulma hissi
Nəfəsin kəsilməsi
Sinə ağrısı və ya narahatlıq
Ürəkbulanma və ya qarın ağrısı
Baş gicəllənməsi, huşsuzluq hissi
Həqiqət hissinin itməsi (derealizasiya) və ya özünü tanımamaq (depersonalizasiya)
Kontrol itirmə və ya dəli olma qorxusu
Ölüm qorxusu
Uyuşma hissi
İsti-soyuq basmaları, üşümə
Panik pozuntu nədir bəs?
Panik pozuntu bu atakların həftədə bir neçə dəfə təkrarlanması ilə müşayiət olunan, gündəlik həyata təsir edən və qorxu hissi ilə davranış dəyişikliklərinə səbəb olan psixoloji bir pozuntudur. Şəxslər tək qalmaqdan, liftə minməkdən və ya təkbaşına çölə çıxmaqdan çəkinə bilər.
Mütəxəssislər qeyd edir ki, psixoterapiya və dərman müalicəsi ilə müalicəsi mümkündür, lakin dəstək alınmadığı təqdirdə panik pozuntu xroniki hala keçə bilər və depressiyaya yol aça bilər.
Agorafobiyalı və agorafobiyasız panik pozuntu
Panik pozuntu özbaşına meydana çıxan panik ataklarla birlikdə görülə bilər. Bəzən isə agorafobiya ilə müşayiət olunur – yəni açıq, qələbəlik və ya tərk edilməsi çətin olan məkanlardan qorxu. Bu vəziyyət şəxsi cəmiyyətdən uzaqlaşdırır, sosial münasibətləri zəiflədir və hətta alkoqol və narkotik istifadəsinə səbəb ola bilər.
Agorafobiya panik pozuntu ilə yanaşı ola biləcəyi kimi, təkbaşına da müşahidə oluna bilər.
Panik pozuntu olmadan Agorafobiya
Bu vəziyyətdə insanlar evdən çıxmaqdan, qələbəlik məkanlarda olmaqdan və ya oradan uzaqlaşa bilməməkdən qorxurlar. Hətta bəziləri evi heç tərk etmir, yalnız kimləsə birlikdə çölə çıxırlar. Bu qorxular gündəlik həyat keyfiyyətini ciddi şəkildə azalda bilər.
Xəbərdarlıq: Panik atak və panik pozuntunun əlamətlərini erkən təşhis etmək və dəstək almaq problemin böyüməsinin qarşısını almaq üçün çox vacibdir.
Əminə Bayramova


