Icma.az
close
up
RU
Tramp Ukrayna danışıqlarında “favoritinin” olmadığını deyir

Tramp Ukrayna danışıqlarında “favoritinin” olmadığını deyir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Londonda Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloqun iştirak etdiyi Ukrayna üzrə sülh danışıqlarını şərh edib.

Bizimyol.info xəbər verir ki, CNN-in verdiyi məlumata görə, Londonda danışıqların necə keçdiyini soruşduqda Tramp: “Məncə, onlar yaxşı keçdi”, - deyə jurnalistlərə cavab verib.

O, həmçinin bildirib ki, nə Ukrayna prezidenti Vladimir Zelenski, nə də Rusiya lideri Vladimir Putin onun favoriti deyil. “Hər ikisi xoşbəxt olsa, hər ikisi müqavilə imzalayacaq, mənim favoritlərim yoxdur. Favoritlərimin olmasını istəmirəm. Müqavilənin yerinə yetirilməsini istəyirəm”, - deyə o qeyd edib.

Eyni zamanda Tramp Rusiya və Ukrayna arasında təklif olunan atəşkəs sazişində Kiyevi Krımı Moskvanın ərazisi kimi tanımağa məcbur edən bəndin olub-olmayacağı ilə bağlı açıqlama verməkdən imtina edib: “Mən sadəcə olaraq müharibənin bitməsini istəyirəm”, - deyə o qeyd edib.

“Razılığa gəlmək üçün iki nəfər, iki güclü, ağıllı adamın danışması lazımdır. Onlar razılığa gələndən sonra isə qətllər dayanacaq”, - deyə o, Zelenski və Putini nəzərdə tutaraq deyib.

Eyni zamanda, Tramp Ukraynadakı müharibənin yüksək maliyyə itkilərindən şikayətlənərək, keçmiş prezident Co Baydenin “heç vaxt bu müharibənin baş verməsinə imkan verməməli olduğunu” təkrarlayıb.

Londondakı görüşlərlə bağlı Ukrayna prezidenti Vladimir Zelenski də açıqlama verib. “Bu gün çox gərgin atmosver var idi. Amma yaxşı haldır ki, beş ölkə - Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya sülhü yaxınlaşdırmaq üçün görüşdülər. Tərəflər öz fikirlərini bildirdilər və bir-birinin mövqeyini hörmətlə qəbul etdilər”, - deyə Ukrayna prezidenti yazıb.

Bundan əvvəl Ağ Ev Trampın səbrinin tükəndiyini və danışıqlardan məyus olduğunu bildirmişdi. Mətbuat katibi Karolina Levitt deyib ki, prezident Zelenskinin “səhv istiqamətdə irəliləyir” deyib.

Tramp həmçinin bildirib ki, Ukrayna lideri Vladimir Zelenskinin Ukraynanın Krımın işğalını tanımaması ilə bağlı sözləri “Rusiya ilə sülh danışıqlarına çox ziyan vurur”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri