Icma.az
close
up
RU
“Bu, Azərbaycanın xarici siyasətində son dərəcə mühüm nailiyyətdir”

“Bu, Azərbaycanın xarici siyasətində son dərəcə mühüm nailiyyətdir”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri həm geosiyasi, həm də geoiqtisadi baxımdan son dərəcə əhəmiyyətlidir. Səfər çərçivəsində əldə olunan razılaşmalar, ifadə olunan bəyanatlar, münasibətlərimizi xarakterizə edən əhəmiyyətli nüansların dilə gətirilməsi, bu istiqamətdə gələcək yol xəritəsinin açıqlanması xarici siyasi əlaqələrimizin nə dərəcədə peşəkar formalaşdığının nümunələrindən biridir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.

Politoloq qeyd edib ki, Azərbaycan özünün çoxvektorlu siyasəti ilə hər zaman seçilib: “Avropadan Asiyaya materikin bir çox dövlətləri ilə dinamik əlaqələrimiz günü gündən inkişaf edir. Bu sırada Çinin adı xüsusi qeyd olunmalıdır. Elə adıkeçən səfər də bu fikri isbatlamış olur. Bu, Azərbaycanın xarici siyasətində son dərəcə mühüm nailiyyətdir, xüsusən də Qlobal Cənub ölkələrinin yeni dünya düzəninin qurulmasından danışarkən diqqət mərkəzində olduğu indiki geosiyasi proseslər fonunda. Qərbdə Çin dünyanın ən güclü dövlətlərindən biri və təhlükə kimi qəbul edilir. Azərbaycanın son illərdə fəal şəkildə Pekinlə münasibətləri yeni strateji səviyyəyə qaldıra bilməsi, bu münasibətləri prioritet istiqamətlərdən birinə çevirməsi bir daha Bakının xarici siyasətinin müdrikliyini, düzgün hesablama və uzaqgörənliyini əks etdirir”.

Z.Ruslanqızı hər iki dövlətin bir-biri üçün çox önəmli tərəfdaşlar olduğunu vurğulayıb: “İki dövlət arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi beynəlxalq münasibətlər platforması çərçivəsində formalaşan Azərbaycan-Çin münasibətləri qarşılıqlı siyasi etimad, dinamik iqtisadi əlaqələr, perspektivlərin düzgün dəyərləndirilməsi və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan qarşılıqlı dəstəklə xarakterizə olunur. Rəsmi Bakı Çinlə əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. Qarşılıqlı viza sisteminin aradan qaldırılması, Çinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləməsi, tərəflərin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlaması, 2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq ölkəmizə rəsmi Pekindən dəstək ifadə olunması və digər məqamlar birmənalı şəkildə deməyimizə əsas verir ki, Azərbaycan-Çin əlaqələri bundan sonra da yüksək dinamika ilə, konstruktiv çərçivədə inkişaf edəcək”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Aprel 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri