Icma.az
close
up
RU
Birgə səfərlər həyata keçirilən bərpa və quruculuq işlərinə verilən ümumi siyasi dəstəyin ifadəsidir

Birgə səfərlər həyata keçirilən bərpa və quruculuq işlərinə verilən ümumi siyasi dəstəyin ifadəsidir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dövrdə Azərbaycanda qanuna əsaslanan normal siyasi mühitin və yeni siyasi münasibətlər sisteminin formalaşdırılmasi ölkənin siyasi sistemin inkişafının aktual istiqanətlərindən biridir. Bu prosesində dövlətlə siyasi partiyalar arasında dialoqun əhəmiyyəti əvəzsizdir və bunun alternativiyoxdur. Belə ki, siyasi partiyalar, ayrı-ayrı şəxslərin və şəxslər qrupunun, sosial təbəqələrin müxtəlif fərdi və korporativ maraqlarını ümumi siyasi maraqlara çevirib təmsil etməklə bütövlükdə cəmiyyətlə dövlət arasında bir növ əlaqələndirici vəsilə kimi çıxış edir.

Cəmiyyətdə sağlam siyasi dialoq mühitinin formalaşması ilk növbədə iqtidar – müxalifət qarşıdurmasının siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlıqla əvəz olunmasına şərait yaradır, milli maraqların və milli birliyin qorunması naminə ölkənin bütün siyasi qüvvələrinin səfərbər olmasına kömək edir. Bütövlükdə siyasi partiyalarla dövlət arasında sağlam dialoq mühiti və konstruktiv əməkdaşlıq,  ümummilli məsələlərdə birliyin və həmrəyliyin olması cəmiyyətin və dövlətin inkişafını şərtləndirən əsas amillərdəndir.

Siyasi dialoqlar vasitəsilə dövlət orqanları cəmiyyət və dövlət üçün əhəmiyyət kəsb edən aktual məsələlərə dair siyasi partiyaların, müxtəlif qrupların və təbəqələrin  mövqelərini, onları narahat edən məqamları birbaşa öyrənir, narahatlıq doğuran məsələlərə dair təklifləri ümumiləşdirmək və lazım gələrsə həmin sahələr üzrə həyata keçirilən siyasətdə operativ dəqiqləşdirmələr etmək imkanı əldə edirlər.

Bu baxımdan son bir neçə ildə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini  xüsusi qeyd etmək olar. Bu tədbirlər cəmiyyətdə siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşmasına, ümummilli məsələlərdə xalq – dövlət – siyasi partiyalar birliyinin və milli həmrəyliyin yaranmasına gətirib çıxardı. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı zamanı milli birlik və həmrəyliyin ən yüksək nöqtəsi oldu və  bizim ümummilli məsələlərdə birgə olmağımızın, vahid mövqedən çıxış etməyimizin əyani nümayişi oldu.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə işğaldan azad olunmuş bölgələrə partiya sədrləri və nümayəndələrinin, müstəqil siyasətçilərin, politoloq və siyasi şərhçilərin, media subyektlərinin rəhbərlərinin və jurnalistlər birgə səfərlərinin təşkili artıq ənənə halını almışdır. Aprelin 29-da Laçın şəhərinə təşkil olunmuş səfər sayca 6-cıdır. Laçın səfəri milli birlik və həmrəyliyin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən növbəti əhəmiyyətli tədbir olub yeni siyasi münasibətlər sisteminin daha da möhkəmlənməsinə kömək edəcək.

Səfər çərçıvəsində Laçında bərpa və yenidənqurma işlərinin təşkili, əhalinin qayıdışı üçün görülən işlər, o cümlədən yaşayış binalartının tikintisi, infrasutrukturların yaradılması, məşğulluq problemlərinin həlli istiqamətində həyata keçirilən və görülməsi nəzərdə tutulan işlərlə tanışılıq səfərdə iştirak edənlərdə pozitiv təəssürat yaratdı.

Birgə səfər bu baxımdan yalnız siyasi həmrəylik aktı kimi deyil, həm də işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən bərpa və quruculuq işlərinə verilən ümumi siyasi dəstəyin ifadəsi kimi nəzərdən keçmirilməlidir.

Belə səfərlər göstərir ki, partiyalar və müstəqil siyasətçilər arasında siyasi və ideoloji baxışlara görə müxtəlif fərqlər, bəzi ziddiyyətli məqamlar olsa da, ölkənin ərazi bütövlüyü və suverenliyinin  qorunması və daha da möhkəmləndirilməsində,  gələcək inkişafın prinsiplərinin  müəyyənləşdirilməsində ciddi əksliklər yoxdur, həmin məsələlərdə bir növ konsensus mövcuddur. Bu səfərlər həm də cəmiyyətə və beynəlxalq aləmə ölkədə siyasi qarşıdurmanın deyil, sağlam dialoqun, qarşılıqlı anlayışın və solidar məsuliyyətin olmasını əyani surətdə göstərən ciddi bir mesaj kimi də dəyərləndirilməlidir.

Qulamhüseyn Əlibəyli,

sabiq millət vəkili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri