Icma.az
close
up
RU
Biri 42 yaşında 8 dəfə infarkt keçirdi, digəri 38 yaşında baypass oldu Ürək problemləri niyə artır?

Biri 42 yaşında 8 dəfə infarkt keçirdi, digəri 38 yaşında baypass oldu Ürək problemləri niyə artır?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Son dövrlərdə ürək xəstəlikləri və qəfil infarkt hallarının artması diqqət çəkir. Artıq gənc yaşlarda belə ağır ürək problemləri ilə üzləşən insanların sayı çoxalıb.

Qayanrinfo "Hürriyet"ə istinadən xəbər verir ki, 42 yaşlı bir şəxsin qəfil ürək tutması nəticəsində xəstəxanaya aparılarkən yolda səkkiz dəfə infarkt keçirdiyi bildirilib. Müayinələr zamanı onun üç damarının 80-90 faiz dərəcəsində tutulduğu aşkarlanıb və bir neçə stent qoyulub. Xəstə dörd gün reanimasiyada saxlanılıb. İndi isə ömürlük dərman qəbul etməli və həyat tərzində ciddi dəyişikliklər etməlidir.

Digər bir nümunə 38 yaşlı bir qadının dörd damarının 90 faiz tıxanması nəticəsində bypass əməliyyatı keçirməsidir. Həkimlər onun damarlarının vəziyyətini 80 yaşlı bir insana bənzədiblər. Bu xəstənin də ömürlük dərman istifadəsi və daimi həkim nəzarəti altında yaşaması vacibdir.

50 yaşlı sürücü Kadir G. heç bir ürək xəstəliyi olmadığı halda qəfil infarkt keçirərək yıxılıb. Xəstəxanada dərhal müdaxilə edilərək üç gün reanimasiyada qalıb. Həkimlərin sözlərinə görə, son illərdə belə qəfil infarkt hallarına əvvəl sağlam görünən insanlarda da daha çox rast gəlinir.

Kardioloq prof. dr. Cüneyt Koçaş bildirib ki, təkcə Türkiyədə hər il təxminən 150 min nəfər infarkt keçirir və qan-damar sistemi xəstəlikləri bütün ölümlərin üçdə birindən çoxunu təşkil edir. Dünyada da vəziyyət oxşardır: obezlik, diyabet, siqaret istifadəsi və hərəkətsiz həyat tərzi əsas risk faktorlarıdır.

Onun sözlərinə görə, sağlam qidalanma, müntəzəm idman və stressdən uzaq həyat ürək sağlamlığını qorumağın ən təsirli yollarıdır.

Professor Koçaş risk faktorlarını belə izah edib:

* siqaret istifadəsinin artması,

- obezlik və fast food qidalanma vərdişləri,

*şəhər həyatının gətirdiyi hərəkətsizlik və stress,

* hətta gurultulu mühitin belə ürək sağlamlığına mənfi təsiri,

* genetik meyllilik.

O əlavə edib ki, son illərdə aparılan geniş elmi araşdırmalar koronavirus peyvəndlərinin ürək krizi ilə əlaqəsini təsdiqləmir, əksinə peyvənd olunanlarda riskin azaldığını göstərən nəticələr mövcuddur.

Mütəxəssisin sözlərinə görə, 40 yaşlardan etibarən infarkt riski yüksəlir. Yaşlılarda damar tutulmaları yavaş inkişaf etdiyindən "təbiidir bypass” mexanizmləri zərəri azalda bilir. Lakin gənclərdə qəfil tıxanma ciddi və geniş ürək zədələnməsinə səbəb ola bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri