Icma.az
close
up
RU
Birimizə hücum hamımıza hücumdur: Məkkə Sazişi nə vəd edir?

Birimizə hücum hamımıza hücumdur: Məkkə Sazişi nə vəd edir?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqust 2026-cı ildə imzalanan Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərq və Cənubi Asiyanın təhlükəsizlik arxitekturasında diqqətçəkən yeni əməkdaşlıq formatı yaradıb. Sazişin ən mühüm müddəasına görə, tərəflərdən birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək. Bu müddəa sənədin NATO-nun kollektiv müdafiə prinsipinə bənzərliyi barədə müzakirələri də gündəmə gətirib.

Məkkə Sazişi yalnız üç ölkə arasında siyasi həmrəylik mesajı kimi deyil, həm də qarşılıqlı müdafiə və regional çəkindirmə mexanizmi kimi qiymətləndirilir. Türkiyənin hərbi və müdafiə sənayesi imkanları, Pakistanın hərbi potensialı və Səudiyyə Ərəbistanının maliyyə və strateji imkanlarının bir araya gəlməsi bu əməkdaşlığa xüsusi çəki verir. Bununla belə, sazişin real hərbi gücünün hansı səviyyədə olacağı tərəflərin gələcəkdə birgə hərbi planlaşdırma, kəşfiyyat mübadiləsi, müdafiə sənayesi və praktiki hərbi əməkdaşlıq sahələrində atacağı addımlardan asılı olacaq.

Mövzu ilə bağlı TBMM millət vəkili Şamil Ayrım Modern.az-a açıqlama verib.

O, Məkkədə imzalanan Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan strateji təhlükəsizlik paktının üç ölkə baxımından mühüm çəkindirmə və həmrəylik mexanizmi olduğunu söyləyib:

"7 avqust 2026-cı ildə Məkkədə imzalanan Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan Birgə Müdafiə Sazişinin ən güclü siyasi və hüquqi mesajı tərəflərdən birinə qarşı silahlı hücumun digərlərinə də edilmiş hesab olunmasıdır. Məkkədə imzalanan Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan strateji təhlükəsizlik paktı üç ölkə baxımından mühüm çəkindirmə və həmrəylik mexanizmidir.


Tərəflərdən birinə qarşı hərbi hücum baş verdiyi təqdirdə digər ölkələrin siyasi, kəşfiyyat, logistika və zərurət yarandıqda hərbi dəstək verməsi gündəmə gələ bilər. Lakin bu, Türkiyənin avtomatik olaraq müharibəyə girəcəyi anlamına gəlmir.
Türkiyənin birbaşa hərbi gücdən istifadə etməsi və ya xaricə əsgər göndərməsi hücumun şərtlərindən və Konstitusiyanın 92-ci maddəsi çərçivəsində Türkiyə Böyük Millət Məclisinin səlahiyyətindən asılıdır.
Xülasə, paktın mesajı belədir: Üç ölkədən birinin təhlükəsizliyinə yönəlmiş ciddi təhdid digər iki ölkənin də ortaq təhlükəsizlik məsələsi kimi qiymətləndiriləcək. Bu da regional çəkindirməni əhəmiyyətli dərəcədə gücləndirə bilər".

TBMM millət vəkili Eylem Ertuğrul açıqlamasında sazişin ən diqqətçəkən müddəasının isə tərəflərdən birinə qarşı silahlı hücumun hər üçünə qarşı edilmiş hesab olunması olduğunu bildirib:

"Xarici işlər naziri Hakan Fidanın bu müddəanı texniki baxımdan NATO-nun 5-ci maddəsinə bənzətməsi də təbii olaraq “yeni bir hərbi ittifaqmı yaranır?” sualını gündəmə gətirdi. Üstəlik, sazişin başqa ölkələrə açıq olması və Misirin mümkün iştirakı ilə bağlı müzakirələrin aparılması bu sualı daha da əhəmiyyətli edir. Lakin Məkkə Sazişinin əhəmiyyəti NATO-ya nə dərəcədə bənzəməsindən çox, necə bir təhlükəsizlik anlayışının məhsulu olmasındadır.


Sazişin qısa müddətdə kəşfiyyat, müdafiə sənayesi, hərbi təlimlər, birgə hərbi təlimlər, kibertəhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə dərinləşməsi daha real görünür. Üç ölkənin hərbi, texnoloji və maliyyə imkanları da bir-birini tamamlaya bilər. Lakin bu üç ölkəni eyni təhlükəsizlik çərçivəsində bir araya gətirən amilin ortaq düşməndən daha çox, müxtəlif təhlükəsizlik narahatlıqlarının kəsişməsi olduğunu söyləmək daha realdır.
Sazişin ən diqqətçəkən müddəası isə tərəflərdən birinə qarşı silahlı hücumun hər üçünə qarşı edilmiş hesab olunmasıdır".

Onun sözlərinə görə, diplomatiyada qeyd olunanlar güclü bir ifadədir. Amma güclü ifadələrin arxasında güclü öhdəliklər yoxdursa, çəkindirmə ilə siyasi ritorika arasındakı məsafə sürətlə artır.


"Bu səbəbdən əsas məsələ sazişin imzalanması deyil, “birimizə hücum hamımıza hücumdur” prinsipinin praktikada nə məna daşımasıdır. Hələlik sazişin bütün müddəaları ictimaiyyətə açıqlanmayıb. Buna görə də Türkiyənin hansı şərtlər daxilində, hansı həcmdə və hansı mexanizmlərlə hərbi öhdəlik götürəcəyini indidən dəqiq şəkildə söyləmək mümkün deyil. Lakin Türkiyə baxımından sazişin müdafiə sənayesi aspektinin əhəmiyyətli olduğunu söyləmək mümkündür".

Nicat Rüstəm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri