Icma.az
close
up
RU
Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn olunub FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn olunub FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları 30 il sonra İmişlidə naməlum əsgər məzarlığında aşkar edilərək doğulduğu Salyan rayonuna gətirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edib. Vida mərasimindən sonra şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyan rayonunun Seyid Sadıqlı kəndinin qəbristanlığında dəfn edilib.
Qeyd edək ki, Salyan rayonunun Seyid Sadıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elşən Qubad oğlu 1994-cü ildə Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub və naməlum əsgər kimi İmişli məzarlığında dəfn olunub.

seeBaxış sayı:27
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri