Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.
Reyting.az "Report"-a istinadla xəbər verir ki, mərasim şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.
Tədbirdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib.
A. Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.
Allah rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:Sədərəkdə Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədovla vida mərasimi keçirilib
16 May 2025 10:08
Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə vida mərasimi keçirilib
18 Aprel 2025 12:52
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
04 İyul 2025 15:01
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyevlə vida mərasimi FOTO
12 Sentyabr 2025 12:25
Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyevlə vida mərasimi keçirilir
07 Fevral 2025 12:41
Baxış sayı:78
Bu xəbər 28 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















