Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Birini o zaman unudursan ki...

Birini o zaman unudursan ki...

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Orxan Həsəninin "Gül kimi dəri kəmərlər" essesi təqdim edir.
Hər gün Xırdalandan Bakıya uzun bir yol ölçürəm. Abşeronun bir ucundan o biri ucuna uzanan axın.
Hərdən belə də olur, yol adamla danışır.
Yol nədir?
Rastına çıxan adamlar, şahid olduğun söhbətlər.
Küçənin söhbətlərinə qulaq asmağı sevirəm.
Keçdiyim yerlər mənə mənzərə, qoxu və səslərlə toxunur, toxunur və özünü möhürləyir. Dayanıb, diqqətlə baxdığım “səhnələr” məndən heç vaxt qopmur.
İnsan dayanıb, harasa diqqətlə baxmalıdır.
Qopmayan şeylərə sahib olmaq üçün.
Beləliklə, evdən çıxıram.
Məhəllədən magistrala düşən yolda, adamların arasında gənc bir ata məktəbli geyimindəki qızının əlindən tutub, yoxuşu qalxır. Qız yorulur deyə, ata qızını qucağına alır, saçlarının hörüyü ağ kəpənəklə bağlanmış qarayanız uşağa baxdıqca elə bilirəm, o ağ kəpənəklər indicə qanad açacaq, qızı qaldırıb səmada quşlara yoldaş eləyəcək.
Kəpənəklər qanad açmır, amma qız onu qucağına alır deyə, atasının saqqallı üzündən öpür, saqqal üzünə batır, dərhal sifətini turşudur.
Üzünü turşutmağı necə də məharətlə bacarır!
Bu oyunu birinci dəfə oynamırlar.
Yoxuşu qalxıb, hündür mərtəbəli binaların arasında itirlər. Dayanıb, bu xoş mənzərəyə tamaşa eləyərkən qulağım yaxındakı meyvə - tərəvəz satıcısının səsini çalır:
“Göyün on dəstəsi iki manat”
Yalnız restoranlarda yediyim üçün axırıncı dəfə nə vaxt bazarlıq elədiyimi unutmuşam. Çoxdandır ağır zənbillər qolumu ağrıtmır. Tək yaşamaq özünü belə göstərir.
On dəstə "göy"ü təsəvvür eləməyə çalışıram. On dəstə. On dəstə "göy"lə nə eləmək olar? Ağlıma heç nə gəlmir.
Yoluma davam edirəm. Parkı keçib avtobus dayanacağına çatıram. Avtobusda sıxlıqdır. Çətin də olsa, bir boşluq tapıb dayanır, tutacaqdan yapışıb pəncərədən bayıra tamaşa eləyirəm.
Hamı harasa tələsir.
İki orta yaşlı kişi söhbətləşirlər:
– Görəsən, bu iztirabların sonu olacaqmı?
– Nə?
– Görmürsən?
– Nəyi?
– Tıxacı.
– Mən on il əvvəl demişdim, indi də deyirəm, univerisitetlər Bakıdan köçməlidir.
– On il əvvəl?
– Bəli, düz on il əvvəl.
Avtobusdan düşüb, sürət qatarına doğru addımlayıram. Yarım saata şəhərdə olacağımı düşünüb rahatlaşıram.
Yaş ötür və başa düşürsən, insanı rahatlaşdıran şey nəyisə yaşamaq yox, nəyisə yaşayacağını düşünməkdir.
Həyat arzu formasında daha cazibədardır.
Üstəlik, bu gözəl payız havasında.
Hə!
Hava təmiz və gözəldir.
Adamlar pilləkənləri asta-asta qalxırlar. Addımlarda bir nizam var.
Pilləkənlərə çatıram. Hər gün eyni yerdə dayanıb corab satan yaşlı kişini yenidən görürəm.
– Co, co, co...
Yəqin, “corab” demək istəyir. Əlində tutmağı, hərdən-hərdən yelləməyi bəs eləmir, adını çəkir, elə bil əlindəkinin corab olduğuna adamları inandırmaq istəyir.
İnanıram.
Yuxudan kal qalxan şəhərlilər isə işə tələsirlər, hamı öz fikrinin içində batıb, qatar gələcək, qatar gəlir, fürsət olsa, qatarda yatacaqlar.
Yuxudan iyirmi dəqiqə də qənimətdir.
Və:
– Co, co, co...
“Corab” olmağa nəfəsi çatmayan bu səs adamları fikirdən oyadır.
Fikirdən oyanan orta yaşlı, zırpı, bığlı bir kişi ayaq saxlayır, sonra qocaya yaxınlaşıb deyir:
– Ay kişi, payız gəlib, payız. Görmürsən, payız gəlib? Bir azdan qış olacaq. Qış tezliklə gələcək. Onda bu pilləkənlər buz tutacaq. Soyuq adama bir başdan dəyir, bir də ayaqdan. Bu papağı görürsən? Bu papağa görə mən düz on ildir soyuqlamıram. Elə bir corab ver ki, məni bütün qış qorusun. İsti, yumşaq - bir corabdan nə gözləyirəmsə, o.
Qatara minirəm. Yol boyu Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” romanını oxuyuram. Tipik Latın Amerikası estetikası, möhtəşəm enerji, özünəməxsus ruh. Amma bu məni yorur. Son vaxtlar hər şey məni yorur.
Kitaba baxıram. Elə bilirəm, yazıçı xoşuma gəlmək üçün dəridən-qabıqdan çıxır. Bəlkə də, buna görə sadəlik mənim üçün daha cazibədardır.
Heç kim heç kimin xoşuna gəlmək, özünü göstərmək istəmir.
Mənə nəsə danış, amma qışqırma.
Kitabı bağlayıb, çantama qoyuram.
Qarşımda oğlan və orta yaşlı kişi söhbətləşirlər. Kişi əlini oğlanın dizinə qoyub təskinlik verir. Ənənəvi söhbətlər; ürəyini sıxma, hər şey yaxşı olacaq, özün görəcəksən, illər sonra yadına salıb güləcəksən. Sonra kişi deyir:
– Birini o zaman unudursan ki, artıq başqasını qısqanmağa başlayırsan.
Yadıma Vaqif Bayatlının şeiri düşür:

Sevgi sevgiylə
Dərd dərdlə
İnsan insanla
İsa Məhəmmədlə unudulur...

Qatardan düşürəm, metroya girirəm.
Metrodan çıxanda qol saatımı yoxlayıram, iş vaxtıma az qalıb. Gərək tələsim.
Gecikməyi sevmirəm.
Söhbət işdən getmir.
Qarşıda, nisbətən adamların az olduğu tərəfdə yanaqları qıpqırmızı, ağ saçlı, dolu bir kişi görürəm. Kəmər satır.
– Gül kimi dəri kəmərlər... gül kimi dəri kəmərlər...
Onun bu sözləri nədənsə məni qıdıqlayır.
Dodağım qaçır.
“Gül kimi dəri kəmərlər”.
Bu təbəssümlə işə çatıram.
Oturub bu esseni bir nəfəsə yazıram.

Pinəçinin ölümü Aqşin Yeniseyə görə sevdiyim qızdan ayrıldım Xromofobiya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see156

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see155

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri