Birinin 21, digərinin 22 yaşı olub... Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyulun 10-u saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosikletlə, onunla eyni istiqamətdə hərəkətdə olan digər motosikletçi - 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi motosikilet toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Yüksək sürət və kobud qayda pozuntuları ilə müşahidə olunan qəzada Amin Cəfərov hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.
Həmin görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 11 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















