Icma.az
close
up
RU
Birliyimizi müxtəlif adlar altında sarsıtmaq istəyirlər Emin Həsənli

Birliyimizi müxtəlif adlar altında sarsıtmaq istəyirlər Emin Həsənli

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tarix boyu bütün ziyalarımız, maarifpərvər insanlarımız Azərbaycanın, xalqın birliyi naminə çalışıb. Bizi işğal etmək istəyən güclər isə hər zaman “parçala, hökm sür” siyasətindən istifadə edib. Bir millət kimi bütünlüyümüz, birliyimiz pozulandan, xanlıqlara bölünəndən sonra isə torpaqlarımız işğal edilib, xalqımız əsarət altına düşüb. Bu üsul tarix boyu həmişə düşmənlərimizə xeyir verib. Son günlər bu xoşagəlməz tendensiya yenidən baş qaldırıb. Bəzi şəxslər tərəfindən Qarabağ regionundan olan, 30 ildir məşəqqətli məcburi köşkün həyatı yaşayan insanlar hədəfə alınıb. Bir müddət əvvəl bu cür kampaniya tanınmış mədəniyyət xadimləri, ədəbiyyat adamlarına qarşı da aparılırdı. Bu hallar, təmsil etdiyimiz bölgədən asılı olmayaraq, hamımızda təəssüf yaradır”.

525.az Herbiand.az-a istinadən xəbər verir ki, bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Birlik sədri hesab edir ki, hansısa fərdin hərəkətinə görə bütöv bir regionun insanlarını hədəfə almaq yolverilməzdir. Üstəlik, hücuma məruz qalan region düşmənlə savaşda minlərlə şəhid verib. Bu məsələdə həssas olmaq lazımdır: “Azərbaycan vahid dövlətdir. Azərbaycan hamımızın vətənidir və hər kəs bərabərdir. Kimisə, hansısa bölgənin insanını aşağılamaq olmaz. Bu, həm Azərbaycan qanunvericiliyinə ziddir, həm də bütövlükdə Azərbaycan dövlətinə qarşı atılmış addımdır”.

Təşkilat sədri xatırladır ki, bir müddət əvvəl mədəniyyət xadimlərinə və bəzi nüfuzlu şəxslərə qarşı da belə addımlar atılırdı. Bəzi hallarda şəhid ailələrinə, qazilərimizə və veteran təşkilatlarına qarşı da müəyyən hücumlar olur. “Belə fikirlər səsləndirərkən o şəxslərin xidmətləri nəzərə alınmalıdır” – E.Həsənli qeyd edib.

Emin Həsənli vəziyyətin həssas olduğunu və Azərbaycanın ziyalılarını, vətənpərvər insanlarını ciddi narahat etdiyini deyib: “Unutmaq olmaz ki, indi dövlətimiz üçün çox həssas zamandır. Son 30 ildə dövlətçilik maraqları ilə bağlı heç bir mövqe göstərməyən insanların indi müəyyən qrupların üzərinə getməsi qəbuledilməzdir. Bu faktlar ciddi araşdırılmalıdır, təhlil edilməlidir və gərəkli addımlar atılmalıdır. Kütləvi sürətdə hansısa regionun, böyük bir əhalisi olan rayonun, nüfuzu, çoxsaylı tərəfdarı olan şəxslərin, dəyərli insanların üzərinə getmək olmaz. Minlərlə üzvü olan təşkilatların nüfuzdan salması yolverilməzdir. Üzərinə gedilən insanların yaxınları birinci Qarabağ müharibəsində, ikinci Qarabağ müharibəsində döyüşüb. Bütün bunlar nəzərə alınmalıdır. Hansısa bir şəxsin fikirləri ümumiləşdirərək, regionları, insanları qarşı-qarşıya qoymaq yolverilməzdir, qəbuledilməzdir”.

Təşkilat sədri xatırladıb ki, Azərbaycanın bütün böyük qələbələri birliyimizin nəticəsində əldə edilib: “Azərbaycan istəməyən dövlətlər var. Onlar bu gün Azərbaycan cəmiyyətindəki belə qarşıdurmalarda maraqlıdır. Onlar artıq yaxşı başa düşdülər ki, 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində qazanılan uğurun əsas şərti Azərbaycan xalqının həmrəyliyi və birliyi idi. İndi birliyimizi müxtəlif adlar altında sarsıtmaq istəyirlər. Bəzi şəxslər bilərəkdən, bir çoxu isə bilməyərəkdən bu prosesə cəlb olunurlar. Ancaq əminik ki, müvafiq dövlət orqanları bu prosesləri yaxından izləyir. Azərbaycan dövləti zaman-zaman belə xoşagəlməz proseslərin hamısının öhdəsindən gəlib və bunun da öhdəsindən gələcək. Hamımız Prezidentin, dövlətimizin atdığı addımları dəstəkləməliyik və daha çox ayıq-sayıq olmalıyıq”.

107 il əvvəl bu gün - 15 sentyabr tarixində şanlı Türk Ordusunun sayəsində Bakının erməni-rus işğalından azad olunduğunu qeyd edən Emin Həsənli vacib bir məqama diqqət çəkib: “Həmin erməni-rus birləşmələri ki, onlar Qərbi Azərbaycanda da, Bakıda da, Qubada da, Salyanda da, Şamaxıda da, Qarabağda da eyni vəhşiliklə, eyni qəddarlıqla, heç bir fərq qoymadan qırğın törətmişdilər. Bu, düşmənin bizə münasibətidir. Düşmən bizi bölgələrə bölmür, bütöv bir millət olaraq məhv etmək istəyir. Amma biz özümüzü bölgələrə bölə-bölə zəiflədir və həmin düşmənin qarşısında gücsüz duruma salırıq. Bu, yolverilməzdir!”

Sonda Emin Həsənli Cümhuriyyət nümunəsini xatırladıb: “Unutmayaq ki, 1918-ci ildə də Azərbaycan Cümhuriyyətini babalarımız, Azərbaycan ziyalıları və vətənpərvər insanları məhz birlikdə qurublar. Azərbaycanın himn həmin dövrdə yaranıb. Azərbaycan naminə “can verməyə cümlə hazırız” deyəndə hər kəs, hər bir vətəndaş nəzərdə tutulur. “Səndən ötrü qan tökməyə cümlə qadiriz” deyəndə bütün vətəndaşlar, hər kəs nəzərdə tutulur. Minlərlə can məhz Azərbaycan üçün qurban olub. Hərəsi bir qəhrəman olan, hüququndan keçən əsgərlər bütün bölgələrdən, regionlardan var idi, indi də var. Bayrağımız, himnimiz və konstitusiyamız bizim bir, vahid xalq olduğumuzu bəyan edir. Dövlətimiz hazırlıqlı, xalqımız vətənpərvər, ordumuz çox güclüdür. Biz qalib xalqıq və böyük hədəflərimiz var. Güney Azərbaycan da, dünyanın başqa yerlərində yaşayan soydaşlarımız da gözünü Azərbaycana dikib. Bizim hədəfimiz birlik, bütövlük, Turandır. Hansısa güclər və onların əlaltıları bizi hədəflərimizdən yayındıra bilməz. Bizim böyük ailəmiz var. Cənab Prezidentin, Ali Baş Komandanımızın, qalib Sərkərdənin  dediyi kimi, bizim böyük ailəmiz Türk Dünyasıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri