Icma.az
close
up
RU
Emin Həsənli Türkiyə Parlamentində bir sıra görüşlər keçirib

Emin Həsənli Türkiyə Parlamentində bir sıra görüşlər keçirib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli qardaş ölkənin Böyük Millət Məclisində bir sıra görüşlər keçirib.

525.az Herbiand.az-a istinadən xəbər verir ki, Emin Həsənli Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri hakim partiyanın İstanbul millət vəkili Şamil Ayrımla onun iş otağında bir araya gəlib. Birlik sədrini hörmətlə qarşılayan millət vəkili iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında Ulu öndər Heydər Əliyevin xidmətlərini yada salıb. Görüş zamanı bu ənənənin bu gün də davam etdiyi, iki ölkənin prezidenti İlham Əliyev və Rəcab Tayib Ərdoğan arasında olan isti münasibətin siyasi və mənəvi bağların bir qədər də möhkəmlənməsində müstəsna rol oynadığı vurğulanıb.

Emin Həsənli Türkiyəyə vaxtaşırı səfərləri zamanı bu bağların daha da möhkəmlənməsi üçün müxtəlif görüşlər keçirməsi və müxtəlif layihələrin icra olunmasından söhbət açıb. Bu əlaqələrin genişlənməsi üçün Türkiyənin hərbi yönümlü QHT-ləri ilə daima təmasların saxlanmasını, müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin qarşılıqlı səfərlərin təşkil olunmasını da yada salıb.

Daha sonra Emin Həsənli sabiq hərbçi və hazırda İzmir millət vəkili olan Mehmet Əli Çələbi ilə görüşündə Azərbaycan-Türkiyə hərbi əlaqələri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkənin hərbi yönümlü QHT-lərinin əlaqələrinin genişləndiurilməsi perespektivləri müzakirə olunub.

Haızrda sabiq Milli Müdafiə naziri Hülusi Akarın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisinin Müdafiə Komissiyasının üzvü olan Mehmet Əli Çələbi bundan sonra da hərbi yönümlü təşkilatların əlaqələrinin genişlənməsi üçün parlamentin dəstək verəcəyini bildirib.

Emin Həsənli MHP-də uzun müddət türk dövlətləri üzrə sədr müavini olmuş, Ərzurum millət vəkili Kamil Aydınla da görüşü olub.

Kamil Aydın Xocalı soyqırımı zamanı Londonda təhsil aldığını və Azərbaycanın haqq davasının beynəlxalq aləmdə tanıdılması üçün fəaliyyət göstərdiyini yada salıb. Azərbaycanın son illər keçidiyi uğurlu yola nəzər salan millət vəkili bu uğurların bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Şuşaya səfər etdiyini xatırlayan Kamil Aydın Azərbaycanın Qarabağ zəfərinin türk millətinə sevinc yaşatdığını söylədi.

Görüş zamanı Azərbaycan və Türkiyə liderləri, İlham Əliyev və Rəcab Tayib Ərdoğanın qardaşlıq münasibətinin iki ölkənin inkişafında müstəsna rol oynadığı və bundan sonra da uğurlar gətirəcəyi vurğulanıb.  

Görüşlərdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin Türkiyə təmçilsi Taciyyedin Hüseynquluzadə də iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri