“Birliyin Gücü 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb VİDEO
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təlim meydanında hər üç ölkənin hərbi qulluqçuları birgə fəaliyyət göstərərək tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyət və uzlaşma imkanlarını təkmilləşdirirlər.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu təlim iştirakçıların praktiki vərdişlərinin inkişafına və peşəkar hazırlığının artırılmasına xidmət edir.
Təlimdə iştirak edən hərbi qulluqçularla həmsöhbət olduq. Azərbaycanlı hərbi qulluqçu bildirib ki, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi və qardaş ölkələrin hərbçiləri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. O, birgə tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyətin təmin edilməsinin mühüm təcrübə qazandırdığını qeyd edib.
Özbəkistanlı hərbi qulluqçu isə birgə təlimə cəlb olunan heyətin iştirakının qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət bacarıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, təlim çərçivəsində əldə olunan təcrübənin gələcək hərbi əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Təlim çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları müxtəlif tapşırıqları birlikdə yerinə yetirir, qarşılıqlı fəaliyyət imkanlarını təkmilləşdirir və peşəkar təcrübələrini bölüşürlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















