Icma.az
close
up
RU
Türkiyənin sabiq səfiri: İrəvan normallaşma prosesində Ankaradan birtərəfli addımlar gözləməməlidir

Türkiyənin sabiq səfiri: İrəvan normallaşma prosesində Ankaradan birtərəfli addımlar gözləməməlidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 17 iyun, AZƏRTAC

Erməni kimliyi türklərdə olduğundan daha fərqlidir. Türklər əsrlər boyu özlərini müstəqil dövlətsiz təsəvvür edə bilməyib, halbuki, ermənilər tarixin böyük bir hissəsində başqa dövlətlərdən asılı vəziyyətdə yaşayıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) rəhbəri, sabiq səfir Alev Kılıç Ankarada türk-erməni münasibətlərinin tarixinə həsr olunmuş konfransda ifadə edib.

Müxtəlif illərdə Türkiyənin İsveçrə və Meksikadakı səfiri vəzifəsində çalışmış, 2013-cü ildən AVİM-ə rəhbərlik edən A.Kılıç qeyd edib ki, ermənilər onların kimliyinə və dininə qarışmamaq şərti ilə güclü dövlətlərə xidmət etməyə öyrəşiblər. Eyni zamanda, həmin güclər zəifləməyə başlayan kimi, ermənilər dərhal daha güclü, qüdrətlənən ölkələrin tərəfinə keçirlər.

“Osmanlı imperiyası dövründə də məhz belə olub. Ermənilərin dövlətə münasibətindəki dəyişiklik 1699-cu il Karlovits sülh müqaviləsi imzalandıqdan dərhal sonra, Osmanlı imperiyasının ilk dəfə böyük əraziləri verdiyi zaman hiss olunmağa başlayıb”, -deyə AVİM rəhbəri bildirib.

Mərkəz rəhbəri hesab edir ki, Ermənistanın Rusiyadan uzaqlaşmağa, ABŞ və Avropa İttifaqına yaxınlaşmağa başladığı bu gündə də oxşar vəziyyət yaranır. “Qərbə yaxınlaşmaq üçün Ermənistana Türkiyənin simasında “əlaqələndirici” lazımdır. Ankara ilə dialoq olmadan və Türkiyə-Ermənistan sərhədləri açılmasa, İrəvan qərbyönlü kurs həyata keçirə bilməyəcək", - o bildirib. A.Kılıç, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə dialoqa hazır olması ilə bağlı açıqlamalarına diqqət çəkib. “Təbii ki, Paşinyanın sözləri müsbətdir, lakin onların arxasında heç bir hərəkət yoxdur. Faktiki olaraq, İrəvan normallaşma istiqamətində real addımlar atmır, bəyanatlar isə sadəcə asanlıqla unudula bilən sözlərdir", -deyə ekspert bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə sərhədi açmaq istəyini bəyan edən İrəvan Zəngəzur dəhlizinin əleyhinədir.

“Ankara Bakının Ermənistan konstitusiyasının hazırkı variantının dəyişdirilməsi tələbini tam dəstəkləyir. Əminəm ki, Ermənistandan real hərəkətlər olmasa, İrəvan Ankaradan normallaşma istiqamətində birtərəfli addımlar gözləməməlidir", - deyə AVİM rəhbəri sözlərini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri