Icma.az
close
up
RU
Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan təntənəli konsert təşkil olunub

Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan təntənəli konsert təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkekdə təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illiyi də qeyd olunub. Aprelin 23-də A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının Üzeyir bəyin 140 illiyinə həsr olunmuş konsert keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında gerçəkləşən konsertdə orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Konsert proqramı Üzeyir bəyin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Sonra solist Səidə Tağızadə (piano) Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün konsert” əsərini ifa edib. Orkestrin ifasında Niyazinin "Vals"ı və Qara Qarayevin “Yeddi gözəl” baletindən “Yürüş” və “Vals” gecəyə ayrıca rəng qatıb.

Əməkdar artistlər Nərgiz Kərimova (vokal) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”nı, Xəyyam Mustafazadə (vokal) “Sevgili canan” romansını ifa ediblər. Müslüm Maqomayevin "Nərgiz" operasından “Nərgizin ariyası” Fatimə Cəfərzadənin ifasında səslənib.

Konsertdə görkəmli qırğız bəstəkarı Kalıy Moldobasanovun “Əmək rəqsi” də orkestr tərəfindən məharətlə ifa olunub. Fikrət Əmirovun “Azərbaycan kapricciosu” isə ana yurdumuza məhəbbət və rəğbətin himni kimi könülləri oxşayıb.

Gecəyə qırğız sənətçilər də öz töhfələrini veriblər. Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının solistləri Samira Mamatova və Murat Dervişaliyev “Arşın mal alan” operettasından “Telli ilə Vəlinin dueti”ni ifa ediblər.

Türk-müsəlman dünyasının fəxri olan Üzeyir Hacıbəyli soraqlı musiqi axşamı Xəyyam Mustafazadənin ifasında böyük müğənni və bəstəkar Müslüm Maqomayevin “Odlar yurdu” mahnısı ilə başa çatıb.

Bütün ifalar qırğız musiqisevərləri tərəfindən böyük alqışlarla qarşılanıb.

Konsert proqramı unudulmaz bəstəkar Üzeyir bəyin mədəniyyətimiz qarşısında misilsiz xidmətlərinə minnətdarlıq duyğusu kimi qəbul olunub, onun 140 illiyinə qiymətli sənət töhfəsi tək yaddaşlara yazılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see157

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see124

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri