Icma.az
close
up
RU
Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub

Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 17 iyun, AZƏRTAC

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi Almaniyada yüksək səviyyədə qeyd edilib. Tədbirlər Azərbaycanın Almaniyadakı səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Bottrop şəhərindəki Müqəddəs Xaç Mədəniyyət Kilsəsində (Kulturkirche Heilig Kreuz) və Dorsten şəhərindəki Müqəddəs Məryəm Kilsəsində (Kirche St. Marien) baş tutan konsertlərdə Almaniyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı musiqiçi Tural İsmayılovun rəhbərliyi ilə fəaliyyət göstərən “Anima Şirvani” ansamblı və Almaniyanın peşəkar “Confido Vocale” xor kollektivi çıxış ediblər.

Konsertlərdə Üzeyir Hacıbəylinin bəstələri ilə yanaşı, digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Hər iki konsert “Leyli və Məcnun” operasından “Şəbi-hicran” parçasının ifası ilə başa çatıb.

Tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətinin zənginliyini və Üzeyir Hacıbəylinin irsini beynəlxalq auditoriyaya çatdırmaq, müxtəlif mədəniyyətləri musiqi vasitəsilə bir araya gətirmək və mədəniyyətlərarası dialoqu təşviq etmək olub.

İştirakçılar Azərbaycan musiqisinin dərinliyini və emosional təsir gücünü yüksək qiymətləndiriblər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see394

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see139

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see138

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see134

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see130

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see129

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see127

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Pensiya alanların nəzərinə!

22 Sentyabr 2025 15:00see119

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see119

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see119

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see118

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri