Icma.az
close
up
RU
Bitcoin in 17 min manata düşmə ssenarisi nə qədər realdır?

Bitcoin in 17 min manata düşmə ssenarisi nə qədər realdır?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son proqnozlara görə, "Bitcoin"in qiymətində kəskin eniş ehtimalları müzakirə olunur və bu, investorlar və maliyyə bazarları üçün diqqət mərkəzindədir. Əsas sual isə ondan ibarətdir ki, belə 10 min dollara qədər düşmə nə dərəcədə realdır və bu dalğalanmaların əsas mexanizmləri hansılardır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, "Bitcoin"in qiymətinin 10 min dollara qədər enməsi ssenaridir, kimsə bunu proqnozlaşdırır. 
"Bu, həddindən artıq pessimist və ekstremal ssenaridir. Nəzəri olaraq hər şey mümkündür, amma reallıqda belə bir dəyərin tezliklə baş verməsi qeyri-mümkündür. "Bitcoin"in özü fiziki mayaya malik deyil, onun “maya dəyəri” yalnız elektrik enerjisi, sistemlər və kompüterlərdir. "Bitcoin" istehlak dəyərinə malik deyil, yalnız mübadilə dəyəri var. Yəni onu alırsan, mübadilə üçün dəyəri olur, almasan, nəzəri olaraq sıfıra da düşə bilər".
Ekspert bildirib ki, tarixə baxanda görürük ki, "Bitcoin"də kəskin dəyər düşmələri olub, 70–80% azalmalar qeydə alınıb. 
"Məsələn, yaxın keçmişdə 80–100 min dollardan 20 min ətrafına düşməsi müşahidə olunub. Amma indiki halda, məsələn 70 mindən 10 minə düşməsi qeyri-real görünür. Bunun səbəbi bazarın indi daha möhkəm struktura malik olmasıdır: son illərdə ETF-lər (Exchange Traded Fund – fondlar vasitəsilə ticarət) yaradılıb, institusional investorlar bazara daxil olub, pozisiyalar yaradıb. Bu isə bazara sabitlik gətirir, çünki uzunmüddətli investorlar gündəlik dəyişikliklərə deyil, uzun perspektivə baxır. Kəskin qiymət düşməsi üçün bir neçə faktor eyni anda baş verməlidir. Məsələn, bazar şərtləri, dolların və faiz dərəcələrinin artması, tənzimləmələrdə xəbər və ya dəyişiklik, investorların psixoloji reaksiyaları, spekulyasiyalar və bazarın likvidlik davranışı. Əgər bütün bu faktorlar eyni vaxtda Bitcoin əleyhinə işləsə, qiymət kəskin düşə bilər. Amma bu, nəzəri ssenaridir və realistik deyil".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri