Bellinqem və Rüdiger stadion əməkdaşlarını vurdular Qalmaqal
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real”ın İspaniya çempionatının 10-cu turunda “Valensiya”nı 3:0 hesabı ilə məğlub etdiyi matçdan sonra qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, Naço Sançesin yaydığı məlumata görə, komandalar arasında gərginlik hələ ilk hissədə, meydanda baş verən insidentdən sonra yaranıb. “Valensiya”nın futbolçusu Maffeo ilə Mark Kukurelya arasında sərt toqquşma yaşanıb. Lakin münaqişə komandalar fasiləyə yollanarkən daha da böyüyüb.
Bildirilir ki, “Real”ın futbolçuları tuneldə rəqib komandanın üzvlərini təhqir ediblər. Həmin insident zamanı Cud Bellinqemin stadionun təhlükəsizlik əməkdaşlarından birinə zərbə endirdiyi, Antonio Rüdigerin isə digər stüarda şillə vurduğu iddia olunur.
Zərərçəkənlər baş hakim Ernandes Maesoya müraciət edərək baş verənlər barədə məlumat veriblər. Lakin jurnalist Naço Sançesin iddiasına əsasən, hakim bu hadisələri matçın protokoluna daxil etməyib.
Qeyd edək ki, “Real”ın 3:0 hesablı qələbə qazandığı görüşdə Federiko Valverde (28), Arda Gülər (36) və Kilian Mbappe (75) fərqləniblər. “Valensiya”nın futbolçusu Xose Luis Qaya isə 79-cu dəqiqədə qırmızı vərəqə alıb.
Baxış sayı:78
Bu xəbər 09 Noyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















