Icma.az
close
up
RU
Bitcoin investisiyadır yoxsa qumar? ARAŞDIRMA

Bitcoin investisiyadır yoxsa qumar? ARAŞDIRMA

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kriptovalyuta bazarının ən məşhur adı “Bitcoin” təkcə texnoloji yenilik deyil, sosial və dini müzakirə mövzusudur. Bakıdan İstanbula, Dubaydan Londona qədər eyni sual səslənir: bu, gələcəyin investisiyasıdır, yoxsa müasir dövrün qumar masası?

Lent.az araşdırmasında bu barədə ətraflı məlumat verir.

“Bitcoin” ənənəvi aktivlərdən fərqli olaraq mərkəzi bank tərəfindən idarə olunmur. Qiyməti bazar tələbi ilə formalaşır və məhz bu səbəbdən son dərəcə dəyişkəndir. Beynəlxalq bank hesabatlarında qeyd olunur ki, son onillikdə “Bitcoin”in qiymət dalğalanması qlobal səhm indekslərini bir neçə dəfə üstələyib. Bəzi dövrlərdə 20-30 faiz enişlər bir neçə gün ərzində baş verib.

Beynəlxalq Valyuta Fondu və Maliyyə Sabitliyi Şurasının hazırladığı yol xəritəsində kripto bazarının sürətlə böyüməsi və ənənəvi maliyyə sistemi ilə əlaqələrinin artması risk amili kimi göstərilir. Sənəddə vurğulanır ki, bazar genişləndikcə sistemik risk ehtimalı artır və tənzimləmə boşluqları problemlərə yol aça bilər.

Ekspertlər riskləri belə sıralayır:

Qiymət volatilliyi, platforma və birja iflası riski, hüquqi və tənzimləmə dəyişiklikləri, yüksək kreditlə əməliyyatlar.

Qumar bənzətməsi nə qədər əsaslıdır?

“Bitcoin qumardır” deyənlərin arqumenti əsasən qiymətin proqnozlaşdırılmasının çətinliyi ilə bağlıdır. Qumar isə nəticəsi şansa bağlı olan və bir tərəfin qazancının digər tərəfin itkisi hesabına formalaşdığı mexanizmdir.

“Bitcoin”də alqı-satqı yolu ilə sahiblik əldə olunur. Lakin mütəxəssislər qeyd edir ki, davranış modeli çox şeyi dəyişir. Əgər investor analiz və strategiya yerinə emosiyaya, sürətli qazanc arzusuna və ya borcla riskə girirsə, bu artıq investisiya deyil, qumar davranışına yaxınlaşır. Başqa sözlə, “Bitcoin” özü qumar deyil, lakin ona qumar psixologiyası ilə yanaşmaq mümkündür.

İslam hüququ baxımından mübahisə

İslam dinində faiz, qumar qadağasıdır. Kriptovalyuta məsələsi məhz bu üç anlayış çərçivəsində müzakirə olunur. 2017-ci ildə Misirdə kriptovalyutanın istifadəsi haram hesab edildi. Arqumentlər arasında qeyri-müəyyənlik, sui-istifadə və zərər riski ön plana çəkilmişdi.

Türkiyədə isə Din İşləri Yüksək Qurulunun açıqlamalarında məsələ daha şərtli təqdim edilir. Burada kriptovalyutaların ümumi qəbul, etibar və real mübadilə vasitəsi olub-olmaması, həmçinin zərər ehtimalı əsas meyar kimi göstərilir.

Bəzi müasir islam maliyyə araşdırmalarında isə kriptovalyuta dəyəri olan aktiv kimi qiymətləndirilir və müəyyən şərtlərlə icazəli ola biləcəyi bildirilir. Bu şərtlər arasında şəffaflıq, real sahiblik, faizsiz əməliyyat və haram sahələrlə əlaqənin olmaması göstərilir. Alimlər arasında yekdil mövqe yoxdur. Hökm çox vaxt konkret əməliyyatın formasından və niyyətindən asılıdır.

Araşdırma göstərir ki, “Bitcoin” nə avtomatik şəkildə tam investisiya, nə də tam qumar kimi təsnif edilə bilər. Əsas fərq riskin idarə olunmasında və niyyətdədir.

Borcla və yüksək leverec ilə daxil olmaq riskləri qat-qat artırır. Emosional və plansız alqı-satqı qumar davranışına yaxınlaşır. Uzunmüddətli strategiya və itirilə biləcək məbləğlə hərəkət etmək isə investisiya modelinə daha uyğundur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Fevral 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri