Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Salyan rayonunun Yolüstü kəndində yerləşən Arif Safalı oğlu Abuzərova məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı obyektdə ümumi çəkisi 1359,8 kiloqram və 297,15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb.
Məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:Psixotrop və güclü təsirli maddələrin olduğu dərman vasitələri aşkarlanıb
22 Noyabr 2025 08:56
Psixotrop və güclü təsirlə maddələrin olduğu dərman vasitələri aşkarlanıb
22 Noyabr 2025 20:21
Gəncədə ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
03 Mart 2025 11:07
Ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb FOTO
04 Mart 2025 22:07
Baxış sayı:112
Bu xəbər 30 May 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















