Icma.az
close
up
RU
Bitkoin yenidən bahalaşır

Bitkoin yenidən bahalaşır

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Bitkoin həftənin son ticarət günündə yüksəlişini sürətləndirərək 75 min dollar həddini keçib.

Banco.az xəbər verir ki, kriptovalyuta cümə günü Asiya sessiyasında 4%-dən çox bahalaşaraq erkən ticarətdə 75 740 dollara yüksəlib. Bununla da həftəlik qazanc təxminən 20%-ə çatıb.

Artımın səbəbi nədir?

VanEck-in Rəqəmsal Aktivlər Tədqiqatı şöbəsinin rəhbəri Metyu Siqel hesab edir ki, Bitcoin-dəki son yüksəlişin əsas səbəbi ABŞ-da müzakirə olunan Aydınlıq Aktından (CLARITY Act) daha çox, Vaşinqtonun borclanma siyasəti ilə bağlı narahatlıqlardır.

Siqelin sözlərinə görə, ABŞ hökumətinin təxminən 40 trilyon dollarlıq borcunu necə maliyyələşdirəcəyi ilə bağlı suallar investorların diqqətini yenidən “maliyyə dominantlığı” riskinə yönəldib.

Xəzinədarlığın borclanma zamanı qısamüddətli istiqrazlara daha çox üstünlük verməsi isə gələcəkdə borc xidmətinin xərclərinin artacağı ilə bağlı narahatlıq yaradıb. Bu proses uzunmüddətli perspektivdə ABŞ dollarına təzyiq göstərə və daha yumşaq pul siyasəti ehtimalını gücləndirə bilər.

Zəif dollar Bitkoini gücləndirir

Dolların zəifləməsi Bitkoin üçün əlavə katalizator rolunu oynayır. İnvestorların bir hissəsi kriptovalyutanı dolların dəyər itirməsinə qarşı alternativ hedcinq aləti kimi qiymətləndirir. Bu səbəbdən dollarla bağlı narahatlıqlar artdıqca Bitkoinə maraq da güclənə bilər.

Beləliklə, Bitcoin-in son rallisində həm zəifləyən dollarla bağlı gözləntilər, həm ABŞ-ın borclanma siyasəti ətrafındakı narahatlıqlar, həm də Vaşinqtondan gələn kriptovalyuta yönümlü siyasi mesajlar əsas amillər kimi önə çıxır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://banco.az
archiveBu xəbər 21 Avqust 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri