Icma.az
close
up
RU
Bitkoinin gələcəyi Tramp fəaliyyətə başladıqdan sonra qlobal iqtisadiyyatdakı dəyişikliklərdən asılı olacaq

Bitkoinin gələcəyi Tramp fəaliyyətə başladıqdan sonra qlobal iqtisadiyyatdakı dəyişikliklərdən asılı olacaq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Kriptovalyuta elektron pul vahididir. Hələ ki, onun dünya maliyyə bazarlarında rolu və həyata keçirmiş olduğu funksiya əhəmiyyətli dərəcədə deyil. Yəni kriptovalyuta bir elektron pul vasitəsi kimi hələ də qlobal fond birjalarında, maliyyə bazalarında hansısa önəmli bir göstərici hesab olunmur. Kriptovalyuta qlobal iqtisadiyyata dair çox ciddi bir funksiya yerinə yetirəcək bir səviyyədə maliyyə instrumenti deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərvz Heydərov danışıb. İqtisadçı hesab edir ki, gələcəkdə ciddi maliyyə instrumentinə çevriləcəyi mümkündür və bu, real hesab edilə bilər.

Pərviz Heydərov

“Real olaraq elektron pul vahidi kimi də valyutaların bitkoini və digərlərinin oynadığı rol, onun dəyər əldə etməsi və itirməsi qlobal iqtisadiyyat üçün ciddi bir funksional əhəmiyyət xarakteri daşımır. Kriptovalyutaların mövcudluğu günümüzün reallığıdır. Onun birdən-birə dəyərə minməsi və enməsi, hansısa bir səs elementi sayılır. Yəni nəyisə ehtiva edir. O da bundan ibarətdir ki, qlobal iqtisadiyyatda və dünyada qeyri-müəyyənlik yaşanarkən, həmişə qızılın qiyməti qalxır. Bu da onunla bağlıdır ki, investorlar öz sərbəst vəsaitlərini həmin qeyri-müəyyənlik aradan götürülənə qədər qızıla yatırmağı üstün tuturlar. Qızıl elə bir qiymətli metaldır ki, ona yatırılan vəsait sonradan nağd pula çevrilə bilər. Tutaq ki, bu gün dünya iqtisadiyyatında qeyri-müəyyənlikdir. Dolların, yuanın, avronun və digər xarici valyutaların, sabahı sual doğurduğu bir zamanda aparıcı, böyük investorlar vəsaitlərini dərhal qızıla yatırırlar. Qeyri-müəyyənlik aradan götürüldükdən sonra yenidən hansı valyuta aparıcı rola malik olursa, qızılı çox asanlıqla həmin valyutaya çevirmək və həmin valyutanın qəbul olunması mümkün xarakter daşıyır”-deyən iqtisadçı qeyd edib ki, elektron pul vahidlərinin, kriptovalyutaların bir-birə dəyərə minməsi və dəyərdən düşməsi sanki eyni xarakter daşıyır.

Qlobal iqtisadiyyatda bir qeyri-müəyyənlik yaranan kimi kriptovalyutalar, bitkoinin dəhşətli dərəcədə dəyərə minməsi müşahidə olunur. Elə ki, qlobal iqtisadiyyatda vəziyyət düzəli, kriptovalyutların dəyərdən düşməsi qeydə alınır. İqtisadçının sözlərin görə, qızıldan fərqli olaraq, elektron pul vahidləri, bitkoin və s. birdən-birə fantastik dərəcədə, həndəsi silsilə üzrə dəyərə minir və elə o templə də birdən-birə dəyərdən düşür. Bu da onun çox riskli bir yatırım vasitəsi, riskli bir yatırım vasitəsi olduğunu göstəricisi sayılır.

Pərviz Heydərov bildirib ki, bitkoinin son zamanlar dəyərə minməsi qeyd edilən səbəblərlə bağlıdır: “Dünya iqtisadiyyatının geosiyasi vəziyyət səbəbindən gərgin xarakter daşıması və qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin olması, investorların öz valyutalarını əslində nəyə yatırmalı olduqlarını axtardığı bir vəziyyət də müşahidə olunur ki, bu da təsadüfi xarakter daşımır. Noyabrda Trampın prezident seçilməsindən sonra kriptovalyutaların qiymətində də müəyyən stabillik yaranmağa başladı. Amma ardınca yenidən yüksəliş əldə müşahidə edildi. Çünki Tramp seçki qabağı təbliğat vasitələrində də, seçki qabağı platformasında da, elektron pul vasitələrinə diqqət yetirmişdi və onların gələcəyinin olacağı ilə bağlı bir nüansda çıxış etmişdi ki, bunun özü də investorların bu sahəyə vəsait yaratmasına səbəb olmuşdu Və hazırda bu proses davam edir. Trampın inaqurasiyasından sonra fəaliyyətə başladığı dönəmdə bir çox faktlar aydınlaşacaq”-deyən Pərviz Heydərov əlavə edib ki, bitkoinin gələcəyi Tramp fəaliyyətə başladıqdan sonra, Rusiya-Ukrayna müharibəsinin gələcək inkişafından və ümumiyyətlə, qlobal iqtisadiyyatda bu il ərzində baş verəcək dəyişikliklərdən, mövcud qeyri-müəyyənliyin aradan götürülüb-götürülməyəcəyindən asılı olacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Yanvar 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri